Ölkəmizə qarşı vahid mərkəzdən idarəolunan, hazırlanan informasiya təxribarı həyata keçirilir
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Daxili Qoşunların fəaliyyətinin hüquqi tənzimlənməsi ilə əlaqədar atılan addımlar ölkəmizin düşmənlərini açıq hücuma keçməyə vadar edib.
Məqsəd ölkəmizin müdafiə qabiliyyətinin artırılması siyasətinə kölgə salmaqdır.
Tarixi kökləri Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxan Daxili Qoşunlar ötən onilliklər ərzində dövlət suverenliyinin təmin olunması, daxili sabitliyin qorunması və qanunun aliliyinin bərqərar edilməsi istiqamətində şərəfli yol keçib və hər zaman xüsusi missiyaya malik olub. AR Daxili Qoşunlarının əsası 1919-cu ildə Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən qoyulmuşdur. 1919-cu il mаrtın 27-dən Dахili İşlər Nаzirliyinin tərkibində оlаn Bаkı şəhərinin 14 rаyоnundа sаbitlik və nizаm-intizаmın qоrunub sахlаnmаsı ilə fəаliyyətə bаşlаyаn «Könüllü yаrdım аlаyı» еlə Dахili Qоşunlаrın vəzifələrini icrа еdirdi. Alayın ilk komandanı polkovnik Yusif Ziya Talıbzadə olmuşdur.
Bütün müstəqillik illərində olduğu kimi və bu gün də Daxili Qoşunlar bu müqəddəs missiyanı şərəflə, şücaətlə, sədaqətlə yerinə yetirir.
Xüsusilə müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi mürəkkəb siyasi və hərbi şəraitdə Daxili Qoşunlar dövlətin dayaqlarından biri kimi formalaşaraq milli təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrilib. 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı baş verəndə Daxili Qoşunlar Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə fəal iştirak edib. Birinci Qarabağ müharibəsi zamanı bu qoşunların şəxsi heyəti Ağdam və digər istiqamətlərdə ağır döyüşlərə qatılaraq böyük qəhrəmanlıq nümunələri göstərib, çoxsaylı şəhidlər verib.
Müstəqillik illərində daim Daxili Qoşunların maddi-texniki bazası gücləndirilib və şəxsi heyətin döyüş hazırlığı yüksəldilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Daxili Qoşunların müasir silah-sursatla təchizat, qabaqcıl texnologiyaların tətbiqi, hərbi hissələrdə yaradılan yüksək xidmət və yaşayış şəraiti bu qoşunların döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb.
Bu hazırlıq 2020-ci ildə Vətən müharibəsi zamanı öz real nəticəsini göstərdi, Daxili Qoşunların hərbçiləri işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə ön sıralarda yer alaraq Zəfərin qazanılmasına mühüm töhfə verdilər. Vətən müharibəsindən sonra Daxili Qoşunlar işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsi, ictimai asayişin qorunması və dövlət suverenliyinin faktiki bərpası prosesində mühüm missiya icra edir.
Müasir çağırışlara uyğun olaraq, ölkəmizdə hərbi quruculuq prosesi yüksək dinamika ilə davam etdirilir. Daxili Qoşunların fəaliyyətinin hüquqi tənzimlənməsi ilə əlaqədar atılan addımlar bu prosesin tərkib hissəsi kimi dəyərləndirilməlidir, idarəetmənin səmərəli və çevik təşkil olunması, operativliyin artırılması, hüquq-mühafizə tədbirlərinin həyata keçirilməsinin mövcud təhdidlərə uyğun səmərəli təşkili məqsədilə qanunvericilik islahatları artıq bir zərurətə çevirilmişdi. Xüsusən 44 günlük Vətən Müharibəsində əldə olunan təcrübənin tətbiqi baxımından Daxili Qoşunların fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi vacib idi. Bu baxımdan "Daxili qoşunlar haqqında" yeni qanunun qəbulu bu çağırışlara cavab verən, vaxtında atılmış addım kimi dəyərləndirilməlidir. Həmişə olduğdu kimi, bu dəfə də xaricdə fəaliyyət göstərən, özünü “bloger”, “ekspert kimi təqdim edən bəzi şəxslər yenə manipulyasiyaya başlayıblar. Görünür sifariş o qədər güclü və təcilidir ki, artıq açıq yalan danışmaqdan belə çəkinmirlər. İlk növbədə qeyd edək ki, daxili qoşunların komandanının təyin (azad) olunmasının Prezident tərəfindən həyata keçirilməsi yeni məsələ deyil. Bu səlahiyyət həmişə dövlət başçısında olub. “Daxili qoşunların statusu haqqında” Qanuna əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı daxili qoşunların komandanını təyin (azad) edirdi. Bu yalnız savadsızlıqla izah edilə bilməz, bu açıq qərəz və ictimai rəylə manipulyasiya cəhdidir. Çünki, daxili qoşunların komandanının, habelə ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitlərin Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətləri hər zaman dövlət başçısında olub, bu məsələlərdə hər hansı yenilikdən söhbət getmir. Bu bir daha aşkar nümayiş etdirir ki, bu ölkəmizə qarşı hibrid savaşın daha bir istiqamətidir. Məqsəd, dövlət suverenliyinin təmin olunması, daxili sabitliyin qorunmasında şərəfli yol keçən Daxili Qoşunların mənfi reputasiyasını yaratmaq, ölkəmizin müdafiə qabiliyyətinin artırılması siyasətinə kölgə salmaqdır.
Daxili Qoşunların terrorçuluqla mübarizə, mühüm dövlət obyektlərinin mühafizəsi və fövqəladə vəziyyət zamanı asayişin qorunması kimi əsas vəzifələri digər ölkələrdə, beynəlxalq təcrübədə olduğu kimi Azərbaycanın qanunverilciyində təsbit olunub. Həmçinin, fiziki qüvvə, xüsusi vasitələr və odlu silahın tətbiqi prinsipləri (xəbərdarlıq edilməsi, mütənasiblik, qadınlara və uşaqlara qarşı məhdudiyyətlər) beynəlxalq konvensiyalara uyğun olaraq qanunvericiliyimizidə əksini tapıb. Kütləvi tədbirlər zamanı polislə birgə fəaliyyət bütün dünyada olduğu kimi milli qanunvericiliyimizdə təsbit edilib.
Bütün bunlar göstərir ki, bu məsələdə ölkəmizə qarşı vahid mərkəzdən idarəolunan, hazırlanan informasiya təxribarı həyata keçirilir. Lakin, bu cəhdlər əbəsdir, Azərbaycan cəmiyyətində bu təxribatlara qarşı artıq davamlı immunitet formalaşıb.
Zaur İbrahimli, Milli QHT Forumunun İdarə Heyətinin üzvü
Bu mövzuda digər xəbərlər:Rusiyanın ölkəmizə qarşı informasiya təxribatı davam edir
06 Fevral 2025 21:24
Ölkəmizə qarşı hazırlanan yeni işğal planının qarşısı alındı DEPUTAT
04 Dekabr 2025 21:29
Rusiya mətbuatı ölkəmizə qarşı informasiya müharibəsi aparır Ekspert
06 Yanvar 2025 21:20
Milli Məclisin komissiyası ölkəmizə qarşı informasiya kampaniyasını pisləyib
03 İyul 2025 09:56
Rusiya ölkəmizə qarşı informasiya hücumları hazırlayır Azərbaycan nə etməlidir?
02 İyul 2025 13:11
Baxış sayı:65
Bu xəbər 27 Dekabr 2025 00:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















