Icma.az
close
up
RU
Ölkəmizi Çində uğurla təmsil edən gənc KİMDİR? FOTO

Ölkəmizi Çində uğurla təmsil edən gənc KİMDİR? FOTO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verərkən verilişin aparıcısı dövlət başçısına Çinə yay düşərgəsinə gələn azərbaycanlı gənc haqqında danışıb. Həmin gəncin orada fəlsəfə doktoru dərəcəsinə yiyələnmək üçün təhsil aldığını və özünə yeni bir gələcək qurduğunu bildirib.

Avtosfer.az xəbər verir ki, haqqında danışılan həmin gənc – doktorant Tağı Məmmədov 2 ildən çoxdur ki, Çində yaşayır. Soydaşımız Pekin Texnologiya İnstitutunda magistr pilləsində təhsil alıb, hal-hazırda isə Çinkianq şəhərində Jiangsu (Çianqsu) Universitetinin doktorantıdır. 

Soydaşımızın Çinə olan marağı 2019-cu ildə Yay məktəbinə gedişi ilə başlayıb və o, bundan sonra təhsilini həmin ölkədə davam etdirmək qərarına gəlib.

Tağı Məmmədov bildirib ki: ”Bir neçə ay öncə Çindəki qış iqtisadiyyatı mövzusunda CCGN TV-yə, ölkənin nüfuzlu jurnalistlərindən olan Liu Xinə müsahibə verdim. Mən Liu Xinlə Pekində bir dəfə də görüşdüm. O, mənə Azərbaycanla bağlı suallar verdi və mən də onları ətraflı cavablandırdım”.

Xatırladaq ki, ölkəmizi Çində yüksək səviyyədə təmsil edən Tağı Məmmədov 2024-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə diasporun Qarabağa səfəri çərçivəsində Şuşada olub. Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin tələbələrindən olan Tanq Yuxuan da həmin səfərdə iştirak edib. Onlar sosial şəbəkə hesablarında Qarabağla bağlı paylaşımlar edib, səfərlə əlaqədar geniş məlumat veriblər.

Qeyd edək ki, Çində yaşayan soydaşlarımız, həmçinin bu ölkənin nüfuzlu ali məktəblərində təhsil alan tələbələr Azərbaycanla Çin arasındakı münasibətlərin inkişafına töhfələr verir, icmanın inkişafı  istiqamətində uğurlu fəaliyyət göstərirlər və onların fəaliyyəti hər zaman dövlətimizin diqqət mərkəzindədir. 

Tağı Məmmədov haqqında və onun Şuşaya səfəri barədə aşağıdakı linklərdən məlumat əldə etmək mümkündür:

https://www.instagram.com/reel/C90NtJ5OxuA/?igsh=MXB5cjFwamRuM2YyNQ%3D%3D;

https://www.instagram.com/reel/DI6omc_TwxD/?igsh=MW40ZG94cXNuMGx4Ng%3D%3D 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Aprel 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri