Icma.az
close
up
RU
Ölkəmizin hidrogen potensialı hərəkətə gətirilir

Ölkəmizin hidrogen potensialı hərəkətə gətirilir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycanda hidrogen sektorunun inkişafı yeni mərhələyə keçir. Bu barədə “Hidrogen istehsalı ilə bağlı konseptual-strateji sənəd layihəsinin hazırlanması” üzrə işçi qrupunun hibrid formatda keçirilən növbəti iclasında ətraflı bəhs olunub. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin sədrlik etdiyi iclasda ölkəmizdə hidrogen sektorunun inkişafı üzrə mərhələli plan müzakirə edilib.

Agentlik rəhbəri bildirib ki, “Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədinin Tətbiq Planı”nın həyata keçirilməsi istiqamətində aparılan işlər mühüm mərhələyə daxil olub. Onun sözlərinə görə, ötən müddətdə normativ-hüquqi və tənzimləyici çərçivə, bazarın idarə olunması, infrastruktur tələbləri, təşviq mexanizmləri, bilik və bacarıqların inkişafı, eləcə də potensial hidrogen klasterləri üzrə təhlillər aparılıb. Qeyd olunub ki, hazırkı mərhələdə əsas məqsəd aparılmış təhlillərin praktiki cəhətdən icra edilməsi üçün Tətbiq Planında əks etdirilməsindən ibarətdir.

İclas zamanı “DNV Energy Systems Germany GmbH” şirkətinin ekspertləri tərəfindən Tətbiq Planının əsas istiqamətləri üzrə təqdimatlar edilib. Hidrogen sektorunun tənzimlənməsi, standartlar və müvafiq qanunvericilik aktlarına təklif olunan dəyişikliklər, bazarın idarə olunması və tənzimlənməsi, dövlət infrastrukturu tələbləri və dövlət tərəfindən təşviq mexanizmləri barədə məlumat verilib.

Eyni zamanda, hidrogen sektorunun inkişafı üzrə təklif olunan mərhələli yanaşma müzakirə edilib. Yanaşmaya əsasən, ilkin mərhələdə ölkədaxili pilot layihələrin və kiçikmiqyaslı hidrogen klasterlərinin formalaşdırılması, növbəti mərhələdə kommersiya miqyaslı layihələrin icrası, daha sonrakı mərhələdə isə ixrac imkanlarına malik inkişaf etmiş hidrogen bazarının formalaşdırılması nəzərdə tutulur.

İşçi qrupun üzvləri ilə mərhələlərin icra müddətləri, o cümlədən pilot layihələrin icrası, ölkədaxili tələbatın formalaşması, infrastrukturun hazırlıq səviyyəsi və ixrac imkanlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. İclasda, həmçinin təklif olunan hüquqi və tənzimləyici tədbirlər, aidiyyəti qurumların iştirakı və Tətbiq Planında nəzərdə tutulan tədbirlərin praktiki icrası ilə bağlı işçi qrup üzvlərinin rəy və təklifləri dinlənilib.

Sonda müzakirələrin nəticələrinin Tətbiq Planının növbəti mərhələdə təkmilləşdirilməsi zamanı nəzərə alınması və aidiyyəti istiqamətlər üzrə işlərin davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Yeri gəlmişkən, 2050-ci ilədək karbon emissiyalarını sıfıra endirməyi hədəfləyən Avropa ölkələri “yaşıl keçid” platformasının əsas istiqamətlərindən sayılan hidrogenin istehsalı, onun saxlanması və ixracına nail olunması sahəsində intensiv iş aparırlar. Hidrogen isə planetimizdə ən bol elementlərdən biri olmaqla yanaşı, təmiz yanacaq növü kimi getdikcə daha çox maraq kəsb edir.

Qeyd edək ki, “yaşıl hidrogen” bərpaolunan enerjidən istifadə edilərək elektroliz nəticəsində əldə olunan enerji növüdür. Mütəxəssislərin fikrincə, hidrogen istehsalında külək və günəş enerjisi kimi bərpaolunan enerjidən istifadə olunduğundan onun tərkibində heç bir istixana qazı emissiyası yoxdur. Eyni zamanda, hidrogen yüngül qaz olduğu üçün yanma zamanı ondan üç dəfə çox istilik almaq mümkündür.

Təsadüfi deyil ki, bu sahədə potensialın yüksək olmasına və ekoloji təmizliyinə görə hidrogeni “gələcəyin yanacağı” adlandırırlar. Məlum olduğu kimi, hazırda istehsal olunan hidrogenin çox cüzi hissəsi, təqribən 1 faizi “yaşıl hidrogen”dir. Bununla belə, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına görə, 2050-ci ilə qədər enerji istehsalının 12 faizi hidrogenin payına düşəcək.

Son illər Azərbaycanın hidrogen potensialının (xüsusilə də yaşıl hidrogen) hərəkətə gətirilməsi və ölkənin qlobal dekarbonizasiya prosesində fəal rol oynaması istiqamətində mühüm strateji, hüquqi və praktiki addımlar atılıb. Xatırladaq ki, 2024-cü ilin noyabrında, COP29 çərçivəsində təqdim olunmuş Avropa Yenidənqurma və İnkişaf Bankının texniki dəstəyi ilə hazırlanmış “Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış” sənədi mühüm əhəmiyyət daşıyır. Bu sənəd ölkədə hidrogen iqtisadiyyatının bünövrəsini qoyur.

Ötən müddətdə bu sahədə bir sıra beynəlxalq əməkdaşlıq və investisiya müqavilələri imzalanıb. Buna Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA power” və Avstraliyanın “Fortescue Future Industries” kimi qlobal yaşıl enerji nəhəngləri ilə hidrogen layihələrinin araşdırılması və reallaşdırılması üzrə çərçivə və icra müqavilələrini misal çəkmək olar. Həmin müqavilələr orta perspektivdə hidrogen istehsalına yönəldilə biləcək, təxminən, 10 giqavata yaxın “yaşıl” enerji potensialının inkişafını nəzərdə tutur.

Rəsmi hədəflərə görə, resursların tam səfərbər olunması ilə Azərbaycanda hidrogen istehsalına 2035-ci ildən sonra, genişmiqyaslı ixracatına isə 2036-cı ildən etibarən başlanılması planlaşdırılır. Ekspertlər hesab edirlər ki, ölkədə mövcud olan gübrə, ammonyak və metanol zavodları gələcəkdə yaşıl hidrogenin əsas daxili istehlakçısı olacaq və yerli sənayenin karbonsuzlaşdırılmasına kömək edəcək

Hələlik isə Azərbaycanda hidrogen istehsalı ilə bağlı fəal fiziki pilot layihə tam işə düşməyib. Bununla belə, ölkədaxili kiçikmiqyaslı pilot layihələrin və hidrogen klasterlərinin formalaşdırılması istiqamətində hazırlıq və məsləhət xidmətləri həyata keçirilir. Ölkəmizin bu sahədə başlıca hədəfi isə həm daxili sənayeni təmiz enerji ilə təmin etmək, həm də regional ixracatçıya çevrilməkdir.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri