Icma.az
close
up
RU
Ölkəmizin iqtisadi uğurları və imkanları dünyada böyük maraq doğurur

Ölkəmizin iqtisadi uğurları və imkanları dünyada böyük maraq doğurur

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illər özünün davamlı inkişaf modelini yaratmağa nail olmuş Azərbaycan Respublikası 2026-cı ilə də yüksək iqtisadi göstəricilərlə qədəm qoyub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə ölkəmizdə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 129,1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal edilib.

İl ərzində iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 1,6 faiz azalsa da, qeyri neft-qaz sektorunda 2,7 faizlik artım qeydə alınıb. Hesabat dövründə Azərbaycanın qeyri-neft sənayesində isə əvvəlki illə müqayisədə 5,5 faiz artım baş verib. Yanvarın 20-də Prezident İlham Əliyev Davosda “Euronews” televiziya kanalının təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı görüşdə ölkə iqtisadiyyatının inkişaf dinamikasından bəhs edərkən deyib: “Qeyri-neft sektoru 2 faizdən çox artıb və neft-qazla əlaqəli olmayan sənaye isə ötən il 5,5 faiz artıb. Prezident olaraq mənim üçün bunlar əsas göstəricilərdir”.

Ötən il ölkə üzrə əlavə dəyərin 33 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrində, 21,7 faizi isə digər sahələrdə istehsal olunub. İl ərzində məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib, əhalinin hər nəfərinə düşən ÜDM isə 12 min 602,2 manata bərabər olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkənin sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 63 milyard 123,4 milyon manatlıq və ya əvvəlki illə müqayisədə 1 faiz az sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 59,6 faizi mədənçıxarma, 33,9 faizi emal, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Hesabat dövründə sənayedə qeyri-dövlət sektorunun payı 79,2 faiz təşkil edib. Ümumi istehsalın 87,9 faizi sənaye məhsullarının istehsalı, 12,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Hesabat dövründə sənayenin mədənçıxarma bölməsində 37 milyard 618,4 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 2024-cü ilə nisbətən 2 faiz azdır. Bu azalma isə bilavasitə neft sənayesində hasilatın aşağı düşməsi ilə bağlıdır. Ötən il ölkə üzrə 27 milyon 679,6 milyon ton neft və kondensat hasil olunub. İl ərzində təbii qaz hasilatı isə 50 milyard 915,8 milyon kubmetrə çatıb ki, bu da ölkəmiz üçün rekord göstərici sayılır. Qaz hasilatının 38 milyard 881,7 milyon kubmetri əmtəəlik məhsulun payına düşüb. Ümumilikdə, neft hasilatı əvvəlki illə müqayisədə 4,8 faiz azalsa da, qaz hasilatında 1 faiz, (o cümlədən əmtəəlik qaz hailatında 0,7 faiz) artım baş verib.

Heç şübhəsiz, son illər neft hasilatında müşahidə olunan təbii azalma ölkənin ümumi iqtisadi artım dinamikasına mənfi təsir göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı görüşdə ölkəmizdə neft ehtiyatlarının təbii azalması səbəbindən iqtisadiyyatımızın sürətlə inkişaf edə bilmədiyini vurğulayıb. Bununla belə, dövlətimizin başçısı Azərbaycanda neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planların mövcudluğuna diqqət çəkərək deyib: “Ola bilsin ki, indi bu barədə danışmaq tezdir. Ancaq əgər beynəlxalq enerji şirkətləri tərəfindən həyata keçirilən kəşfiyyat layihələri yaxşı nəticələr versə, Azərbaycanda ikinci mühüm neft bumunu yaşaya biləcəyimizə dair çox haqlı ümidlərimiz var. Biz məhz buna ümid edirik”.

Bununla yanaşı, Prezident İlham Əliyev bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı da yaxın gələcəkdə ölkəmizdə neft hasilatının sabitləşəcəyi təqdirdə ÜDM üzrə daha yüksək göstəricələrə nail olunacağına ümid etdiyini bildirib. Dövlət başçısı qarşıda duran başlıca vəzifənin iqtisadiyyatı inkişaf etdirməklə əhalinin yaşayış şəraitini daha da yaxşılaşdırmaqdan, azad edilmiş əraziləri bərpa etməkdən, eləcə də müdafiə qabiliyyətinə investisiya qoymağa nail olunmasından ibarət olduğunu diqqətə çatdırıb.

Ötən il ölkə sənayesinin mədənçıxarma bölməsinin metal filizlərinin hasilatı sahəsində 744 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 2024-cü ilə nisbətən 47,3 faiz çoxdur. Bununla yanaşı, mədənçıxarma sənayesinin digər sahələri üzrə də 1,2 faizlik artım qeydə alınıb. Bir məqamı da xatırladaq ki, mədənçilk ölkəmiz üçün nisbətən yeni sahə sayılsa da, son illər bu istiqamətdə də yüksək artım meyilləri müşahidə olunur. Prezident İlham Əliyev Davosda bu vacib məqama toxunaraq Azərbaycanda investisiyalar üçün açıq elan olunan mədənçilik barədə fikirlərini bölüşüb: “Bu sahə nisbətən yenidir. Çünki nadir metallarımızın əksəriyyəti son beş və 2 il ərzində Ermənistanın işğalından azad edilmiş ərazilərdə yerləşir. Hazırda ən müasir texnologiyalardan istifadə etməklə fəal tədqiqat mərhələsindəyik ki, potensialımızı dəqiq müəyyən edək. Potensialın mövcudluğu sovet dövründə aparılmış araşdırmalardan məlumdur, lakin o texnologiyalar tamamilə köhnə idi”.

Yeri gəlmişkən, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər dünyanın əksər dövlətləri, eləcə də bir sıra beynəlxalq təşkilatlar tərəfindən bəyənilir, təqdir edilir. Təsadüfi deyil ki, hazırda tanınmış reytinq agentlikləri də ölkəmizin gələcək iqtisadi inkişafı ilə bağlı nikbin, ümidverici fikirlər səsləndirir, əvvəlki proqnozlarını mütəmadi olaraq yeniləyirlər.

Bu arada, “Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib. Belə ki, agentlik 2026-cı ildə ölkəmizdə real ÜDM-in artımını 3 faiz səviyyəsində proqnozlaşdırıb. Qurum 2027-ci ildə isə Azərbaycan iqtisadiyyatının 2,5 faiz artacağı qənaətindədir. Bütövlükdə isə, agentliyin gözləntiləri digər xarici maliyyə institutları və təşkilatlarına nisbətən daha pozitivdir. Yeri gəlmişkən, “Moody`s” reytinq agentliyi bundan əvvəl ölkəmizin 2025-ci il üzrə iqtisadi artımını 1,5 faiz səviyyəsində müəyyən etmişdi.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri