Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Ölkəmizin milyonlar qazanacağı liman bombalandı

Ölkəmizin milyonlar qazanacağı liman bombalandı

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-İran müharibəsindən bir qədər əvvəl Bakıdan gedən nümayəndə heyəti Bəndər Abbasda olub.

Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşən Azərbaycan tranzit yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayır. Bu da ölkəmizin mühüm nəqliyyat habına çevrilməsi ilə yanaşı, tranzit sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaradır. Son illər Cənub-Şərqi Asiya ölkələri ilə Rusiya və Şimali Avropanı nəqliyyat baxımından birləşdirən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin funksionallığının artması müşahidə olunur. Məlum olduğu kimi, ilin son ayında Azərbaycan və Rusiya arasında Şimal-Cənub dəhlizi ilə tranzit yük daşımaları, o cümlədən dəmiryol daşımalarının inkişafı üçün əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb. Sazişin məqsədi dəmiryol infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən etmək və Şimal-Cənub dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır. Sözügedən saziş üzrə əməkdaşlıq sayəsində dəmiryol nəqliyyatına yeni yüklərin cəlbi stimullaşdırılacaq. Eyni zamanda daşıma həcmlərinin artımı və dəmiryol nəqliyyatı infrastrukturunun inkişaf tempi balanslaşdırılacaq.

Amma İran müharibəsi başladıqdan sonra bu layihənin  taleyi müəmmalı olaraq qalır.   Atəşkəs imzalanmasa da, ABŞ İranın cənubundakı bir neçə hədəfə, eyni zamanda sözügedən limana  zərbə endirib. Marqarita pizza

“Yeni Sabah” xəbər verir ki, məlumatı "Fox News" ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokinsə istinadən yayıb: “ABŞ ordusu bu gün İranın cənubunda özünümüdafiə məqsədilə qüvvələrimizi İran qüvvələrinin yaratdığı təhdidlərdən qorumaq üçün zərbələr endirib. Hədəflər arasında raket buraxılış məntəqələri və İran qayıqları da var idi”.

“Fox News” jurnalistinin sözlərinə görə, hücum nəticəsində Bəndər Abbas şəhəri yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki qayığı, eləcə də raket buraxılış məntəqəsi məhv edilib. ABŞ ordusu zərbələrin müdafiə xarakterli olduğunu və İranla mövcud atəşkəsin pozulmadığını elan edib.

Qeyd edək ki, İranın Bəndər-Abbas limanı Azərbaycanın iştirakçı olduğu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində mühüm əhəmiyyətə malikdir.

İranın beynəlxalq əhəmiyyətə malik olan iki limanı var. Onlardan biri Fars körfəzindəki Bəndər-Abbas, digəri isə Hind Okeanına çıxışı olan Çabahar limanıdır. Bəndər-Abbas limanı körfəz ölkələrinin, Çabahar limanı isə Cənub-Şərqi Asiya ölkələrinin Avropa ilə ticarət əlaqələrində mühüm rol oynayır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi də məhz bu limanlara görə əhəmiyyətlidir. ABŞ zərbə vurduğu bu limanın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, İrana daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə Rusiyaya, oradan isə Avropaya daşınacaq. “Şimal-Cənub” dəhlizi Avropa və Asiya arasında ən qısa və ən səmərəli tranzit marşrutudur.

Hindistan və Cənub-Şərqi Asiyadan mallar İranın Bəndər-Abbas limanı və Azərbaycan ərazisi vasitəsilə çatdırılacağını nəzərdə tutur. Marşrut üzrə potensial daşıma həcmi ildə 15 milyon tona qədərdir. Bu, Azərbaycan üçün əhəmiyyətli tranzit potensialı yaradır - ildə təxminən 250-300 milyon ABŞ dolları gəlir əldə edə bilər. Bu kontekstdə “Şimal-Cənub” dəhlizinin qərb marşrutu - Rusiyanın Həştərxan və Mahaçqala şəhərləri vasitəsilə daha sonra Azərbaycan ərazisindən Samurdan Astaraya qədər və daha sonra İranın tikintisi davam edən Astara-Rəşt-Qəzvin dəmir yolu xətti ilə - region və ilk növbədə Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.

Təsadüfi deyil ki, ABŞ-İran müharibəsindən bir qədər əvvəl Azərbaycan nümayəndə heyəti İranın Bəndər Abbas limanında olmuşdu. Belə ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində Bəndər-Abbas şəhərində yerləşən Şimal-Cənub nəqliyyat dəhlizinin vacib tərkib hissəsi olan limandakı şəraitlə tanış olmuşdu.

“Yeni Müsavat”


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 May 2026 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri