Icma.az
close
up
RU
“Ölkəmizin təhlükəsizliyi üçün ən böyük təhdid iqtisadi və məhkəmə islahatlarının gecikməsidir” Qüdrət Həsənquliyev

“Ölkəmizin təhlükəsizliyi üçün ən böyük təhdid iqtisadi və məhkəmə islahatlarının gecikməsidir” Qüdrət Həsənquliyev

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Tramp atəşkəs üçün Putinə 10 gün vaxt verdi, bu, sülhə yol aça bilərmi?

- Putin əmin olsa ki, ABŞ-də Trampa impiçment elan oluna bilər, onun mövqelərinin gücləndirilməsi üçün güzəştə gedə bilər. Çünki Putin əsas məqsədinə çoxdan nail olb, Krıma quru yolu təmin edilib. Putin Trampdan istifadə edərək, Rusiya iqtisadiyyatının gücləndirilməsi, Trampın Nobel sülh mükafatı alması və Rusiyaya tətbiq olunmuş sanksiyaların aradan qaldırılması üçün atəşkəsə razı ola bilər. Putin sadəcə sülhü baha satmaq istəyir.

- Tramp Putinin istədiyini ona verə bilməsə müharibə davam edəcəkmi?

- Rusiyada başa düşürlər ki, hətta Trampın qurban verilməsi ilə belə Ukraynanı tam məğlub etmək indiki mərhələdə alınmayacaq. Ona görə Rusiyanın atəşkəsə gedəcəyi ehtimalı böyükdür. Müdrik qərar bu olardı.

- Çoxları Rusiyanın azərbaycanlıları kütləvi şəkildə deportasiya edəcəyini gözləsə də, bu baş vermədi. Niyə?

- Çünki Rusiyada başa düşürlər ki, geri qayıdan azərbaycanlılar hökumətdən Rusiya ilə bütün əlaqələri kəsməyi tələb edəcək. Azərbaycan isə Rusiya üçün xüsusi əhəmiyyət kəsb edən ölkədir. Ermənistandan azərbaycanlıların qovulması nümunəsi göz önündədir. Həm də Rusiyanın işçi qüvvəsinə ehtiyacı var. İnanıram ki, Putin özündə güc tapan kimi Azərbaycanla münasibətləri pozmaq istəyən ətrafındakı müəyyən şəxsləri hakimiyyətdən uzaqlaşdıracaq və münasibətlər bərpa olunacaq.

- Azərbaycanın İran, Rusiya ilə və Avropa İttifaqı ilə münasibətlərindəki müəyyən problemlər nə dərəcədə ciddidir və təhlükəsizliyimizə hansı təhdidləri yaradır?

- Pezeşkian Azərbaycanla münasibətləri tənzimləmək istəyir və biz bu istiqamətdə onun səylərini tam dəstəkləyirik, qarşılıqlı addımlar atırıq. Rusiya ilə də yaxın gələcəkdə münasibətlərin tənzimlənəcəyini gözləyirəm. Avropa İttifaqı ilə də müəyyən razılaşmaların əldə olunacağına inanıram. Ölkəmizin təhlükəsizliyi üçün üçün ən böyük təhdid iqtisadi və məhkəmə islahatlarının gecikməsidir. Daxilə investisiya qoyulmalı, yeni iş yerləri yaradılmalıdır. Görünən odur ki, hökumət xarici ölkələrə investisiya yatırıb, onlarla həm dost olmaq, həm də daha çox pul qazanmaq və xalqın minimal təlabatını ödəmək barədə düşünür. Amma hökumət pul qazanmamalıdır, iqtisadiyyatda rəqabət mühiti, əlverişli biznes şəraiti yaratmaqla sahibkarlara pul qazanmaq imkanı verməlidir. Ölkəmizə investisiya cəlbi üçün qanunun aliliyi, mülkiyyət toxunulmazlığı təmin olunmalıdır. Bürokratiyanı kiçiltmək üçün hökumət üzvlərinin sayını iki dəfəyə qədər azaltmaq olar. 5-6 nazirliyi (maksimum 10-11 nazirlik olmalıdır), bir neçə komitə və xidməti, agentliyi ləğv etmək lazımdır. Ölkədə böyük özəlləşdirməyə gedib, bazar iqtisadiyyatına tam keçidi təmin etmədən sürətli inkişafa nail olmaq mümkün deyil. İnhisarçı dövlət müəssisələri ən azından təcrübəli xarici özəl şirkətlərə idarəetməyə verilməlidir. Region dövlətləri ilə iqtisadi əlaqələr genişləndirilməli, ilkin mərhələdə Türkiyə və Cənubi Qafqaz ölkələri ilə ümumi bazar yaradılması üçün ciddi təkliflərlə çıxış etməliyik, Dünya Ticarət Təşkilatına üzv olmalıyıq. Hesab edirəm böyük islahatlara başlamaq üçün geosiyasi vəziyyət də uyğundur.

- Qüdrət bəy, elm və təhsilin inkişafı üçün hansı adımlar atılmalıdır?

- İlk növbədə təhsilə daha çox pul ayrılmalı, çoxsaylı məktəblər, uşaq bağçaları tikilməlidir. Özəl məktəb və uşaq bağçası tikintisinə imkan yaradılmalıdır. Tanıdığım bir sahibkar var, uzun müddətdir şəhərin kənarında xarabalığa bənzəyən bir ərazidə, şəhərin baş planına uyğun olsa da, ciddi ehtiyac olmasına baxmayaraq, həmin ərazinin abadlaşdırılması, kommunikasiya xətlərinin yaradılması şərtilə mənzil, məktəb və bağça tikintisinə icazə ala bilmir. Təhsilin inkişafı üçün universitetlər özəlləşdirilməli, şəhid övladları və istedadlı gənclər dövlət hesabına təhsil almalı, imkanı olmayan digər tələbələr isə uzunmüddətli faizsiz kreditlərlə təmin olunmalıdırlar. Universitetlərdə elmi tədqiqat işləri aparılmalıdır. Ali məktəblərə qəbul orta məktəbin buraxılış imtahanlarının nəticələri əsasında aparılmalıdır. Bu yolla repititorluğa son qoyulmalı, müəllimlərin maaşı artırılmalıdır. Ölkəmizdə beynəlxalq dil olan ingilis dilinin öyrədilməsi üçün xüsusi dövlət proqramı qəbul olunmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 İyul 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see359

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see219

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see167

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see165

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see160

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see160

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see150

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see145

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see142

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see142

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see141

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see141

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri