Icma.az
close
up
RU
Ölkəmizin tranzit gələcəyi

Ölkəmizin tranzit gələcəyi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Cənubi Qafqazda uzun illər davam edən münaqişə və sərhəd blokadaları regionda normal ticarət əlaqələrini demək olar ki, tam dondurmuşdu. İndi vəziyyət kökündən dəyişir. 2025–2026-cı illərdə açılan yeni tranzit marşrutları yalnız iqtisadi baxımdan deyil, həm də siyasi dialoq və sülh prosesinin praktik ifadəsi kimi önəm daşıyır.
Azərbaycan ərazisindən keçən yük qatarları artıq Ermənistana çatır. Rusiya və Qazaxıstandan gələn taxıl və digər kənd təsərrüfatı məhsulları ərazimizdən keçməklə Ermənistana göndərilir. Son aylar bu marşrutla 23,5 min ton taxıl, 1000 ton gübrə və 68 ton qarabaşaq daşınıb. Sonuncu dəfə aprelin 1-də Ermənistana taxıl daşıyan 5 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. Bu, əlaqələrin genişləndiyini və regional iqtisadi inteqrasiyanın gücləndiyini göstərir.
Qeyd edək ki, 2025-ci ilin oktyabrında Azərbaycan yük tranziti üzrə mövcud məhdudiyyətləri tam aradan qaldırdı. Bu addım bir neçə mühüm aspekt üzrə Azərbaycanın maraqlarına xidmət edir. Birincisi, Azərbaycan yalnız mövcud nəqliyyat infrastrukturundan istifadə etməklə kifayətlənmir, həm də yeni marşrutlar üzrə imkanlarını diversifikasiya edir. Bu, ölkənin strateji mövqeyini gücləndirir və xarici investorlar üçün etibarlı tranzit tərəfdaşı imicini möhkəmləndirir. İkincisi, yenidən açılmış marşrutlar vasitəsilə yük daşımaları, xüsusən taxıl və enerji resursları, Azərbaycanın tranzit gəlirlərini artırmaqla yanaşı, regionda ticarət dövriyyəsini sürətləndirir və iqtisadi inteqrasiyanı təşviq edir. Üçüncüsü, bu yük tranziti yalnız iqtisadi maraqların qarşılıqlı toqquşması deyil, həm də sülhün gündəmə gəlməsinin praktiki nümunəsidir. Əslində, 1990-cı illərdən dayandırılmış dəmiryolu əlaqələrinin bərpası Azərbaycan və Ermənistan arasında etimad mühitinin formalaşmasına xidmət edir. 
Eyni zamanda, bu hərəkətlilik yalnız iqtisadi fayda gətirmir, regional kommunikasiya infrastrukturunun normallaşmasına təkan verir. Bundan əlavə, həyata keçirilən tranzit Azərbaycan və Ermənistan arasında iqtisadi asılılıq yaradaraq siyasi etimadı gücləndirir. Azərbaycanın təşəbbüsü ilə açılmış yollar vasitəsilə nəqliyyat əlaqələrinin bərpası, tərəflər arasında dialoqun genişlənməsi üçün konkret vasitə rolunu oynayır və bölgədəki digər aktorlar – Gürcüstan, Türkiyə və ABŞ üçün də strateji imkanlar yaradır. Regional kommunikasiya şəbəkələrinin normallaşdırılması yalnız iqtisadiyyat və ticarət üçün vacib deyil, həm də Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizliyin təmin olunması baxımından həlledici rol oynayır. 
Onu da qeyd edək ki, tranzit marşrutları yalnız kənd təsərrüfatı məhsullarını deyil, enerji daşıyıcılarını da əhatə edir. 2025-ci ilin dekabrından SOCAR Ermənistana 6 min 878 ton yanacağı dəmiryolu ilə göndərib ki, bu da regionda enerji ticarətinin bərpasını təsdiqləyir.
Sərhədlərin açılması və nəqliyyat sistemlərinin birləşdirilməsi sülh prosesinə də müsbət təsir göstərir. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan bəzi razılaşmalarda regional inteqrasiya, kommunikasiya və sülhün dayanıqlığı mühüm yer tutur. Bu, siyasi dialoq və etimadın artması üçün real mexanizmlərin formalaşmasına yönəlmiş addımlardır. Bununla bağlı Cənubi Qafqaz üzrə ekspert Konstantin Tasiç bildirib: “Şübhəsiz ki, Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə yük daşımalarının açılması Ermənistan–Azərbaycan sülh prosesinə müsbət təsir göstərib. Bu, iki ölkə üçün sülh gündəliyinin əhəmiyyətli bir hissəsidir. Fakt budur ki, buğda və neft məhsullarını dəmir yolu ilə daşımaq daha sərfəlidir. Ümumiyyətlə, bu malların dəmir yolu ilə ixracı sərfəli olduğundan, onların tədricən artdığını demək olar”.
Ekspert qeyd edib ki, Sovet dövründə Azərbaycanla Ermənistanı birləşdirən dəmir yolları Qarabağ münaqişəsi ərzində dağıdılıb: “Ermənistan hakimiyyəti dəmir yolu xətlərinin Azərbaycana bərpa edilməsinin zəruriliyindən və gələcəkdə iki ölkə arasında birbaşa əlaqəni təmin etmək üçün yenidən qurulacağından danışır. Bu perspektiv, birincisi, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması, ikincisi, Ermənistan–Azərbaycan sərhədini keçmək üçün hüquqi və texniki məsələlərin (sərhəd keçid məntəqələrinin tikintisi) həlli ilə əlaqələndirilir”.
K.Tasiç TRIPP layihəsinə də toxunub. Onun sözlərinə görə, TRIPP texniki layihə olmaqla yanaşı, Ermənistan və Azərbaycan arasında normallaşmanı dəstəkləyir, yeni iqtisadi qarşılıqlı asılılıq yaradır və münaqişəni keçmişdə buraxmağı hədəfləyir: “Layihə regional etimadı gücləndirir və gələcəkdə daha böyük tranzit koridorları üçün zəmin yaradır. Şübhəsiz, TRIPP dayanıqlı və alternativ bağlantı təmin edən layihədir. Ermənistan üçün əsas fayda TRIPP-in özündən çox, Azərbaycanın, Türkiyənin və digər istiqamətlərə açılan şərq–qərb bağlantılarıdır”.
Beləliklə, indiki geosiyasi vəziyyətdə regionun nəqliyyat baxımından strateji əhəmiyyəti daha da artır. Orta Dəhliz, Trans-Xəzər dəhlizi və Zəngəzur dəhlizi yalnız ölkələrarası ticarətin təşkili üçün deyil, həm də regional inteqrasiyanın gücləndirilməsi, enerji və yük daşımalarının səmərəliliyinin artırılması baxımından böyük önəm daşıyır. Bu dəhlizlər, həmçinin Avropa ilə Asiya arasında etibarlı tranzit marşrutlarının formalaşmasında həlledici rol oynayır, müxtəlif geosiyasi gərginliklər şəraitində alternativ və dayanıqlı nəqliyyat imkanları yaradır.
Strateji baxımdan, bu dəhlizlərin fəaliyyəti geosiyasi risklərin idarə edilməsinə də imkan verir. Məsələn, enerji və ticarət resurslarının müxtəlif marşrutlarla daşınması, regional asılılığın azaldılmasına və iqtisadi təhlükəsizliyin təmin edilməsinə töhfə verir. Eyni zamanda, bu infrastruktur layihələri yalnız milli iqtisadiyyata deyil, həm də regional sabitliyə və təhlükəsizliyə müsbət təsir göstərir. Bu da ölkəmizi həm regional, həm də qlobal miqyasda etibarlı tranzit və iqtisadi tərəfdaş kimi mövqeləndirir, uzunmüddətli perspektivdə isə strateji üstünlük yaradır.

Pünhan ƏFƏNDİYEV 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri