Icma.az
close
up
RU
Ölkəni ayağa qaldıran ölüm: Nazirlik hərəkətə keçdi

Ölkəni ayağa qaldıran ölüm: Nazirlik hərəkətə keçdi

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son vaxtlar plastik əməliyyat nəticəsində həyatını itirənlərin sayı artdığı üçün aidiyyəti qurumlar məsələ ilə bağlı hərəkətə keçib. Çəpər əyriliyi əməliyyatı keçirdikdən dərhal sonra komaya düşən və nəticədə vəfat edən 30 yaşlı Nəzrin Mansurovanın başına gələnlər məsələ ilə bağlı narahatlıqları daha da artırıb.

Sözügedən məsələ plastik cərrahların lisenziya mövzusunu təkrar gündəmə gətirib. Bir müddət əvvəl Səhiyyə Nazirliyi 31 yanvara qədər plastik cərrahlardan nazirliyə sənəd təqdim etmələri üçün vaxt vermişdi. Həmin həkimlərə verilən son tarix artıq başa çatıb.

Prosesin nəticəsi nə olacaq? Məsələ ilə bağlı müsbət irəliləyiş gözlənilirmi?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, bu işlər dünya səviyyəsində və beynəlxalq standartlara uyğun görülürsə, mütləq başqa bir akreditasiya qurumu yaradılmalıdır:

“Akreditasiya qurumu həkimlərin sənədlərini alır, yoxlayır və ona bir müddət lisenziya verir. Məsələn, həkimlər 3-5 il müddətinə lisenziya alırlar. Müddət məsələsi ayrı-ayrı ölkələrdə fərqli tənzimlənir. Beləliklə də, həmin lisenziya əsasında həkim fəaliyyət göstərir. Təyin olunan vaxt bitdikdən sonra müraciətlər yoxlanılır və verilən müddət yenidən uzadılır. Dünyada qayda belədir və biz də bu yolla getməliyik”.

Adil Qeybulla bildirib ki, ölkədə “sertifikat imtihanı” deyilən bir biabırçı vəziyyət var:

“Məsələn, Azərbaycan Tibb Universitetinin professorları gedir, imtahan verir. Halbuki onlar həmin imtahanlarda yazılan suallarla bağlı tələbələrə dərs keçirlər. Ölkədə bu cür biabırçı vəziyyət yaranıb. İlk növbədə bunu aradan qaldırmaq, sonra dünyada olduğu kimi akreditasiya sistemini qurmaq lazımdır. Belə olduğu təqdirdə, müsbət nəticə görəcəyik. Qurum yarandıqdan sonra onun özünün də standartları və məsuliyyəti olur. Sertifikat imtahanını da ləğv etmək lazımdır. Çünki həmin imtahan həkimlərə qarşı təhqirdir. Bununla bağlı Prezidentin fərmanı var və əməl etmək lazımdır”.

Plastik cərrah Elşən Nəsibov tələb olunan sənədləri Səhiyyə Nazirliyinə təqdim etdiyini bildirib:

“Bilirsiniz, bəzi “plastik cərrahların” fəaliyyətini gedib birbaşa yoxlamaq olmur. Bunu nazirliyin göstərişi ilə klinikalar həyata keçirməlidirlər. Dünyanın hansı ölkəsində görünüb ki, həkimləri kütləvi şəkildə yoxlama üçün harasa çağırsınlar? Guya bu yaxşı şeydir ki?! Onsuz da klinika özü hər il yoxlama aparır, sənədlər yoxlanılır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 Fevral 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri