Icma.az
close
up
RU
Ölkəni ayağa qaldıran ölüm: Nazirlik hərəkətə keçdi Biabırçılıqdır

Ölkəni ayağa qaldıran ölüm: Nazirlik hərəkətə keçdi Biabırçılıqdır

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Son vaxtlar plastik əməliyyat nəticəsində həyatını itirənlərin sayı artdığı üçün aidiyyəti qurumlar məsələ ilə bağlı hərəkətə keçib. Çəpər əyriliyi əməliyyatı keçirdikdən dərhal sonra komaya düşən və nəticədə vəfat edən 30 yaşlı Nəzrin Mansurovanın başına gələnlər məsələ ilə bağlı narahatlıqları daha da artırıb.

Sözügedən məsələ plastik cərrahların lisenziya mövzusunu təkrar gündəmə gətirib. Bir müddət əvvəl Səhiyyə Nazirliyi 31 yanvara qədər plastik cərrahlardan nazirliyə sənəd təqdim etmələri üçün vaxt vermişdi. Həmin həkimlərə verilən son tarix artıq başa çatıb.

Prosesin nəticəsi nə olacaq? Məsələ ilə bağlı müsbət irəliləyiş gözlənilirmi? 

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, bu işlər dünya səviyyəsində və beynəlxalq standartlara uyğun görülürsə, mütləq başqa bir akreditasiya qurumu yaradılmalıdır:

“Akreditasiya qurumu həkimlərin sənədlərini alır, yoxlayır və ona bir müddət lisenziya verir. Məsələn, həkimlər 3-5 il müddətinə lisenziya alırlar. Müddət məsələsi ayrı-ayrı ölkələrdə fərqli tənzimlənir. Beləliklə də, həmin lisenziya əsasında həkim fəaliyyət göstərir. Təyin olunan vaxt bitdikdən sonra müraciətlər yoxlanılır və verilən müddət yenidən uzadılır. Dünyada qayda belədir və biz də bu yolla getməliyik”.


Adil Qeybulla

Adil Qeybulla bildirib ki, ölkədə “sertifikat imtihanı” deyilən bir biabırçı vəziyyət var:

“Məsələn, Azərbaycan Tibb Universitetinin professorları gedir, imtahan verir. Halbuki onlar həmin imtahanlarda yazılan suallarla bağlı tələbələrə dərs keçirlər. Ölkədə bu cür biabırçı vəziyyət yaranıb. İlk növbədə bunu aradan qaldırmaq, sonra dünyada olduğu kimi akreditasiya sistemini qurmaq lazımdır. Belə olduğu təqdirdə, müsbət nəticə görəcəyik. Qurum yarandıqdan sonra onun özünün də standartları və məsuliyyəti olur. Sertifikat imtahanını da ləğv etmək lazımdır. Çünki həmin imtahan həkimlərə qarşı təhqirdir. Bununla bağlı Prezidentin fərmanı var və əməl etmək lazımdır”.

Cərrah Elşən Nəsibov bildirib ki, bəzi “plastik cərrahların” fəaliyyətini gedib birbaşa yoxlamaq olmur:

“Bunu nazirliyin göstərişi ilə klinikalar həyata keçirməlidirlər. Dünyanın hansı ölkəsində görünüb ki, həkimləri kütləvi şəkildə yoxlama üçün harasa çağırsınlar? Guya bu yaxşı şeydir ki?! Onsuz da klinika özü hər il yoxlama aparır, sənədlər yoxlanılır”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Fevral 2026 04:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri