Icma.az
close
up
RU
Ölkənin ən qalmaqallı vəkili haqqında daha bir SENSASİON İDDİA KONKRET

Ölkənin ən qalmaqallı vəkili haqqında daha bir SENSASİON İDDİA KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər ölkənin ən qalmaqallı vəkili kimi ad çıxaran və media manşetlərindən düşməyən Adəm Məmmədov haqqında yeni iddialar ortaya çıxır. Belə ki, onun gah ayrı-ayrı şəxslərə vəd verərək pullarını mənimsədiyi, gah da qaranlıq keçmişi olan şəxslərə iş birliyinə girdiyi və onlara vəkillik etdiyi haqda iddialar səsləndirilir.

KONKRET.az xəbər verir ki, bu dəfə Rusiya vətəndaşı olan Eldəniz Verdiyev adlı şəxs Adəm Məmmədovdan şikayətçi olub və onun haqqında ilginc iddialar səsləndirib. O bildirib ki, Adəm Məmmədov Rusiyada yaşayan, kriminal və “qara” işlərlər məşğul olan Niyazov Ramin Mübariz oğluna vəkillik edir:

“Bu şəxsin atası Niyazov Mübariz Ramiz oğlu da 84 il iş alıb və 25 ildir ki, ömürlük məhbuslar üçün nəzərdə tutulan həbsxanada cəza çəkir. Bundan başqa Mahir Babayev adlı 1990-cı illərdən qalma kriminal keçmişi olan şəxs də var. Bu şəxs Moskvada azərbaycanlı iş adamlarını və onların uşaqlarını oğurlamaqda ad çıxarıb, 5 nəfərlik dəstəsi var. Adəm Məmmədov isə bu cür qaranlıq və kriminal keçmişi olan şəxslərə vəkillik edir. Hazırda Ramin Niyazov Moskvada quldurluqla məşğuldur. Bu şəxslə mənim ədavətim 3 ildir davam edir. Onlar mənim biznesimi oğurlayıblar, çay içmək adı ilə çağıraraq zirzəmiyə salıblar. Sonra “cinayətkar axtarırıq” başlığı ilə şəkilimi böyüdüb divarlara vurublar. Hətta aralarında Hüseynov Etibar Qələndər oğlu adlı polisdən qovulan şəxs də var. Bu şəxs də Ramin Niyazovun dəstəsinə qoşulub. Onu “Food Siti” bazarında təhlükəsizlik xidmətində işə düzəldiblər. İndi Etibarın əli ilə oğurladıqları şəxsləri zirzəmiyə salaraq işgəncə verirlər. Məni Allah qorudu, 2 saatdan sonra bir nəfərin köməkliyi ilə buraxdılar. Amma məqsədləri döymək və işgəncə vermək idi. Bundan sora Azərbaycana uçanda məni “Bandotdel” tərəfindən saxladılar. Çünki bu adamlar haqqımda şikayət etmişdilər. Lakin araşdırma aparıb günahım olmadığını aydınlaşdırdıqdan sonra məni sərbəst buraxdılar. Baş verənlərə öz etirazımı bildirmək və kömək istəmək üçün ölkə başçısına videomüraciət etdim. Bundan sonra Adəm Məmmədov həmin şəxsləri qızışdırdı və onlar məni guya “şərəf və ləyaqəti təhqir etmə” xüsusi ittiham ilə məhkəməyə verdilər. İki ilə yaxındır məni məhkəmələrdə süründürürlər. İkimiz də Rusiya vətəndaşıyıq, bütün proseslər Rusiyada baş verib. İndi Adəm Məmmədov adını çəkdiyim həmin şəxslərdən böyük pullar alaraq məni həbs elətdirəcəyini vəd verir. Bir dəfə Nizami Rayon Məhkəməsinə verdilər. Ancaq məhkəmə prosesi ləğv etdi və Gəncə məhkəməsinin baxmalı olduğunu bildirdi. Bundan sonra Adəm Məmmədov Səbail Məhkəməsində iş qaldırdı. Məhkəmədə özbaşına hərəkətlərə yol verir, düzgün olmayan sənədlər təqdim edir. Hazırda Rusiyaya gedə bilmirəm, çünki kriminal aləmdəki adamlar ölümümə fərman veriblər. Bir sözlə, Adəm Məmmədov kriminal aləmə vəkillik edir və işini düzgün görmür. Hakimlərə, müstəntiqlərə təzyiq göstərməyə, ələ almağa çalışır. Bütün bu səbəblərə görə, mən Adəm Məmmədov barəsində müvafiq dövlət orqanlarına şikayət ünvanlamışam. Hətta Vəkillər Kollegiyasının sədri Anar Bağırovla da ayın 10-nu görüşməliyəm”, – Eldəniz Verdiyev öz iddialarında vurğulayıb.

Qeyd: Adəm Məmmədov haqqında səsləndirilən bütün iddiaları birmənalı olaraq rədd edir və bunun qərəzli, planlaşdırılmış kampaniya olduğunu bildirir. Hər bir halda Adəm Məmmədovun cavab haqqını tanıyırıq və dərc etməyə hazırıq!

Natiq Səlim

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Fevral 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2022

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see240

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see207

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see199

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see197

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see135

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see133

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see129

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see127

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri