Icma.az
close
up
RU
Ölkənin giriş qapısı: Heydər Əliyev Beynəlxalq Aeroportunun pasport yoxlanışı hissəsindən REPORTAJ

Ölkənin giriş qapısı: Heydər Əliyev Beynəlxalq Aeroportunun pasport yoxlanışı hissəsindən REPORTAJ

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Dövlət Sərhəd Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd edirlər.

Belə ki, 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib.

Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il avqustun 18-i sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur.

Hava limanı bir növ ölkənin giriş qapısıdır. PhotoStock.az Heydər Əliyev Beynəlxalq Aeroportunun pasport yoxlanışı hissəsində olaraq, reportaj hazırlayıb:

Hazırda Prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində dövlət sərhədlərinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradılıb. Hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri də onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır. Bu baxımdan, hava limanında da sərhəd nəzarəti xüsusi qaydalarla həyata keçirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarəti şöbəsinin şəxsi heyəti sutka ərzində fasiləsiz olaraq dövlət sərhədindən keçən şəxslər və həmçinin hava gəmiləri üzərində etibarlı sərhəd nəzarətini həyata keçirir. Bu nəzarətin əsas məqsədi dövlətin təhlükəsizliyini təmin etmək, miqrasiya və gömrük qaydalarına əməl olunmasına nəzarət etməkdir.

İlk mərhələdə beynəlxalq uçuşlarla gələn sərnişinlər pasport nəzarəti məntəqəsindən keçirlər. Burada onların şəxsiyyətini təsdiq edən sənədlər yoxlanılır, vizaların etibarlılığı araşdırılır. Şübhəli məqam aşkarlanarsa, sərnişin əlavə sorğu-suala cəlb olunur.

Daha sonra sərnişinlər gömrük nəzarətindən keçirlər. Bu mərhələdə ölkəyə gətirilən mallar, valyuta və digər əşyalar gömrük əməkdaşları tərəfindən yoxlanılır. Sərhədlərimizin toxunulmazlığının təmin edilməsi və etibarlı qorunmasının aktual olduğu dövrdə Azərbaycan sərhədçiləri öz peşə borclarına sadiq qalaraq vətənin keşiyində layiqincə dururlar.

Daha çox foto burada PhotoStock.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Avqust 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri