Icma.az
close
up
RU
“Ölkənin qeyri neft sektoru büdcə gəlirlərinin formalaşmasına imkan vermir” İQTİSADÇI

“Ölkənin qeyri neft sektoru büdcə gəlirlərinin formalaşmasına imkan vermir” İQTİSADÇI

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar–oktyabr aylarında Azərbaycanda qeyri-neft-qaz sektorunda artım ölkə iqtisadiyyatında diversifikasiya proseslərinin davam etdiyini göstərir.

Hökumət son illər neftdən asılılığın azaldılması üçün müxtəlif islahatlar həyata keçirsə də, iqtisadi artımın əsas drayveri hələ də neft-qaz sektoru olaraq qalır. Qlobal enerji qiymətlərinin dəyişkənliyi isə bu asılılığın potensial risklərini daha da qabardır.

Mövcud dinamika fonunda əsas sual belədir: qeyri-neft sektorundakı artım real iqtisadi dayanıqlığa nə dərəcədə təsir edir?

Yanvar–oktyabr dövründə qeyri-neft-qaz sektorunda qeydə alınan artım uzunmüddətli iqtisadi dayanıqlığı təmin etmək üçün yetərlidir, yoxsa Azərbaycanın iqtisadi artımı hələ də kritik dərəcədə neft-qaz sektorundan asılı qalır?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı Xalid Kərimli vurğulayıb ki, qeyri-neft sektoru – yəni neft və qaz çıxarıldıqdan sonra ölkənin iqtisadiyyatı üçün arzu olunan səviyyədə deyil:

“Ölkənin qeyri-neft sektoru büdcə gəlirlərinin formalaşmasına imkan vermir. Ölkənin qeyri-neft sektoru yüksək əməkhaqlı iş yerləri yaratmır. Ölkənin qeyri-neft sektorunun ixrac qabiliyyətinə baxanda, ixrac rəqəmlərinə nəzər yetirəndə, vəziyyət çox ürək açan deyil.

Yəni qeyri-neft sektorunun necə durumda olduğunu hardan bilirik? Onun ixrac rəqəmlərinə baxırıq ki, dünyaya nə satırıq və ümumi ixracımızda onun payı nə qədərdir, həmin ixrac gəlirləri bizim valyuta ehtiyaclarımızı ödəyirmi – demək istəyirəm ki, bu istiqamətlərdə vəziyyət çox zəif inkişaf edib”.

İqtisadçının sözlərinə görə bu sürətlə 10 illər lazımdır ki, qeyri-neft sektoru tələbatı qarşılaya bilsin:

“Tələbat deyəndə – yaxşı iş yerləri formalaşdırsın, büdcənin formalaşmasında neft sektoruna olan asılılıq aşağı düşsün.Azərbaycan hələ iqtisadiyyatın neft-qaz sektorundan uzun müddət asılı qalacaq. İxracatda da xüsusilə uzun müddət neft-qaz sektorundan asılı olacaq. Hələ islahatlar kifayət qədər arzu olunan nəticələr verməyib”.

Gülxanım Əliyeva

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Noyabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri