Icma.az
close
up
RU
Ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası gənc nəsil üçün ən böyük hədiyyə oldu

Ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası gənc nəsil üçün ən böyük hədiyyə oldu

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“30 ildən sonra Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu, cənab İlham Əliyevin hakimiyyəti dövründə reallaşdı və biz də gənclik olaraq bunun canlı şahidi olduq. Ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası gənc nəslin qismətinə düşən ən böyük hədiyyə oldu”.

Bu barədə Bizimyol.info xəbər portalına Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə danışıb. Sədr qeyd edib ki, suverenlik ölkə daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub, onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplər və normalar əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.

Kənan Qubadzadə

“Azərbaycan suverenliyin tam şəkildə qəbul olunmuş bir dövlətdir. Azərbaycan istər daxildə, istər xarici siyasətində çox böyük irəliləyiş göstərir. Ölkə başçısı İlham Əliyevin bu istiqamətdə fəaliyyəti danılmazdır. Çünki bizim ərazi bütövlüyümüzün tam bərpa olunması və eyni zamanda istər daxildə, istər xarici tribunalarda prezident İlham Əliyevin apardığı uğurlu siyasətin canlı şahidləri oluruq. Hələ torpaqlarımız azad olunmamışdan öncə biz bu cür hallarla rastlaşırdıq. Çünki biz cənab İlham Əliyevin bütün tribunalardakı çıxışlarında səsləndirdiyi fikirləri yaxşı xatırlayırıq. Prezident İlham Əliyev deyirdi ki, bizim ərazi bütövlüyümüz tam olacaq və Azərbaycan xalqı bütöv bir xalq olacaq. Hətta cənab prezident 2003-cü ildə ilk dəfə prezident seçkilərində Azərbaycanın ərazi bütövlüyünün tam qərarlaşacağı ilə bağlı xalqımız qarşısında söz vermişdi”-deyə Kənan Qubadzadə vurğulayıb.

Kənan Qubadzadə bildirib ki, ölkə başçısı 2025-ci ili müvafiq sərəncamla “Konstitusiya və Suverenlik İli” elan edib və bu qərar heç də təsadüfi deyil.

“Bizim gördüyümüz son müharibədən əldə etdiyimiz qalibiyyətin bu il 5 illiyi tamam olur. Eyni zamanda ərazi bütövlüyümüzün tam bərpa olunmasndan sonra konstitusiyamızın ölkənin bütün regionlarında keçərli olduğunu görürük. 44 günlük Vətən müharibəsində xalq cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi və prezidentin apardığı uğurlu siyasətin nəticəsi olaraq, bu gün biz torpaqlarımızda azad şəkildə yaşayırıq. Həmin müharibə bizim zəfər yolumuza çevrildi və torpaqlarımıza “Böyük qayıdış” dönəmi çoxdan başlayıb. Bu qayıdışın iştirakçıları arasında əksəriyyət də gənc nəslin nümayəndələridir.

Vətən müharibəsi 44 gün ərzində bir daha xalq-dövlət birliyinin bariz nümunəsi oldu. Bu da cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi idi. Dövlətimiz, dövlət başçımız hər zaman xalqının yanındadır, xalq da hər zaman dövlət başçısının arxasındadır və bu işdə bizim rəşadətli ordumuz da çox böyük şücaət göstərdi. Ordumuzun da tərkibi gənclərdən ibarət idi. Hansı ki, o gənclər Azərbaycan xalqının tarixini yenidən yazdılar. Biz onların sayəsində, cənab İlham Əliyevin müzəffər ordu başçısı kimi rəhbərliyilə torpaqlarımızı düşmən işğalından azad etdik. 2023-cü il 23 saatlıq lokal antiterror əməliyyatı nəticəsində bizim ərazi bütövlüyümüz tam bərpa olundu”-deyə ictimai birlik sədri qeyd edib.

“İlk dəfə olaraq, növbədənkənar parlament seçkiləri ölkənin bütün regionlarında keçirildi. Bu da müstəqillik tariximizdə, bütün ərazilərimizdə ilk dəfə müstəqil və demokratik şəkildə keçirilən seçki idi. Ölkə başçısı İlham Əliyevin gənclərlə görüş çərçivəsində səsləndirdiyi fikirlərin hər biri öz yerini tapır”-deyə Kənan Qubadzadə vurğulayıb.

Kənan Qubadzadə qeyd edib ki, “Böyük Qayıdış” prosesinə artıq start verilib və düşmən işğalından azad edilən ərazilərə köç prosesihəyata keçirilir.

“Hər gün biz şahidi oluruq ki, işğaldan azad olunmuş torpaqlarımız necə canlanır, necə gözəlləşir. Ora gənclik qayıdır. Hansı ki, onlar ata yurdundan uşaq yaşlarında məcbur çıxmışdılar. Bu gün onlar öz ailə üzvləri ilə birgə könüllü şəkildə qayıdırlar. Həmin ərazilərdə istər könüllü işlərdə, istərsə də proqram üzrə bərpa-quruculuq işlərində Azərbaycan gəncliyi yaxından iştirak edir. Bu da ölkəmizdə aparılan çox güclü siyasətin nəticəsidir. İlham Əliyevin gənclər siyasətinin göstəricisi, onun xüsusi diqqəti və qayğısıdır. Ölkəmizdə müxtəlif gənclər təşkilatlarında ixtisaslaşmış kadrlar bu gün dövlətin müəyyən qurumlarında yaxından iştirak edirlər. Ölkənin gənclik "ordu"su hər zaman cənab İlham Əliyevin apardığı uğurlu siyasətin mərkəzində olacaq. Cənab İlham Əliyev bütün çıxışlarında artıq bildirir ki, “biz Göyçəyə qayıdacağıq, Zəngəzura qayıdacağıq”... Mən inanıram ki, biz bu prosesin şahidi olacağıq”-deyə Kənan Qubadzadə əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Yanvar 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see262

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see131

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see125

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri