Icma.az
close
up
RU
Ölkənin valyuta ehtiyatları 88 milyard dolları ötür Vüqar Bayramov

Ölkənin valyuta ehtiyatları 88 milyard dolları ötür Vüqar Bayramov

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycan tarixi günlərini yaşayır. Prezident İlham Əliyev sosial şəbəkə hesabında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, qürur duyardı”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov plenar iclasda çıxışı zamanı deyib.

Deputat bildirib ki, Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə Prezident İlham Əliyevin Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlərlə görüşü xüsusi rəmzi məna daşıyır: “Uzun illərdən sonra vətəndaşlarımız öz ata-baba yurdlarına qayıdırlar”.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycan hazırda regionda geosiyasi mövqeyini daha da gücləndirən və “orta güc”ə çevrilən dövlətdir. Onun sözlərinə görə, Azərbaycan postsovet məkanında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk ölkədir.

Deputat vurğulayıb ki, ölkənin valyuta ehtiyatları 88 milyard dolları ötür, xarici borcun ÜDM-də payı isə 6,5 faiz təşkil edir. O bildirib ki, təxminən 76 milyard dollarlıq ümumi daxili məhsulla Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib.

Vüqar Bayramovun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin bərpasına dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayrılıb, artıq 85 minə yaxın vətəndaş həmin ərazilərdə yaşayır, çalışır və təhsil alır.

Deputat qeyd edib ki, son dörd ildə Azərbaycan Avropaya 57 milyard kubmetrdən çox təbii qaz ixrac edərək 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verib.

O əlavə edib ki, son 30 ildə ölkə iqtisadiyyatına 300 milyard dollardan çox xarici sərmayə cəlb olunub, yalnız son altı ildə isə 3 milyondan çox vətəndaşı əhatə edən beş sosial paket həyata keçirilib.

Vüqar Bayramov vurğulayıb ki, bugünkü Azərbaycan təkcə regional deyil, qlobal məsələlərdə də söz sahibi olan güclü dövlətdir: “Ən əsası isə bu günkü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin qurduğu dövlətin uğurlu davamıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 May 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri