Icma.az
close
up
RU
Olmayan münaqişənin “vasitəçi”si...

Olmayan münaqişənin “vasitəçi”si...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ATƏT-in Minsk qrupu öz aktuallığını itirib

Ermənistanın qrupun ləğvi ilə bağlı müraciəti gecikdirməsi fərqli planlardan xəbər verir

Azərbaycan ilə Ermənistan arasında normallaşma ilə bağlı proses finişə yaxınlaşdıqca, bəzi məsələlər daha çox diqqəti cəlb edir. 2023-cü il antiterror tədbirlərinin ardından özünün suverenliyini təmin edən Azərbaycan 30 ildən artıq davam etmiş ədalətsizliyə son qoydu - separatçı xunta rejiminin ləğv edilməsi ilə yeni reallıqlar ortaya çıxdı. Bu reallıqlar həm də hüquqi gerçəkliklərin proyeksiyası idi - bütün beynəlxalq sənədlərdə, qətnamə və qərarlarda, hətta bəyanatlarda belə Azərbaycanın ərazi bütövlüyü bütün vahidlər üzrə tanınıb. Bu mənada, Qarabağ adlı bir “münaqişənin” bitməsi həm də Azərbaycanın hüquqlarının, suverenliyinin bərpasının təsdiqi demək idi.

Ötən müddət ərzində isə Ermənistanın siyasi hakimiyyəti bu faktı dəfələrlə etiraf edib - bildirilib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Ötən ildən başlayan, bu il isə yeni inkişaf mərhələsinə qədəm qoyan sərhədlərin delimitasiyası prosesi isə münasibətlərin yaxınlaşması üçün əsl məqama çevrilmə imkanını özündə ehtiva edir - rəsmi İrəvan sülh üçün özündə siyasi iradə formalaşdırmalıdır.

Aktual olmayan qrup...

Beləliklə, münaqişənin başa çatması həm də ATƏT-in Minsk qrupunun ləğvini aktuallaşdırır. Artıq tərəflər vasitəçisiz bir ortamda razılaşmanın bir addımlığındadırlar, sülh sənədinin şərtlərinin mühüm əksəriyyəti razılaşdırılıb. Son reallıqlar bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoyur. Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək işğala son qoyub. Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmadığı halda bu tənzimləyici mexanizmin qalması nə dərəcədə məqsədəuyğun ola bilər?

Təsadüfi deyil ki, Prezident İlham Əliyev ötən ilin dekabrında “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində sülh sənədinin 17 maddəsinin 15-nin razılaşdırıldığını bildirmişdi və razılaşdırılmamış iki maddədən birinin də məhz ATƏT-in Minsk qrupu ilə bağlı olduğunu qeyd etmişdi: “Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.

Xatırladaq ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin tənzimlənməsi üzrə birbaşa vasitəçi qismində tanınan Minsk qrupunun əsası 1994-cü ildə keçirilən ATƏM-in Budapeşt Zirvə toplantısı zamanı qoyulub. 28 avqust 1995-ci ildə isə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi (ŞN) vəzifəsi təsis olunub. 1 yanvar 1997-ci ildən münaqişənin sonuna qədər ATƏT-in Minsk prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.

Ermənistanın “ümidi”...

Əslində isə, Ermənistanın ATƏT-in Minsk qrupunun saxlanılmasında istəyi tamam fərqli aspektdən irəli gəlir. Azərbaycanın irəli sürdüyü tələblərdən biri də Ermənistanın dövlət Konstitusiyasında dəyişikliyin edilməsi, oradan Azərbaycan torpaqlarına qarşı iddianın rəsmən çıxarılmasıdır. Ermənistan isə bu dəyişikliyi etməyə “tələsmir”. Onlar düşünürlər ki, indiki vəziyyətdə sülhü imzalamaqla gələcək üçün vaxt qazanmış olacaqlar. Yaranan ilk fürsətdəcə imzalanan sülhü bir kənara qoyaraq öz əsassız iddialarını yenidən gerçəkləşdirməyə çalışacaqlar. Bu işdə isə onlara ATƏT-in Minsk qrupunun saxlanılması “yardım” edə bilər. Bu yolla Ermənistan vəziyyəti yenə də 1990-cı illərə “transfer” etmək, özünün işğalçı niyyətini həyata keçirmək istəyir.

Təbii ki, Azərbaycan buna yol verməyəcək. Maraqlıdır ki, Minsk qrupunun həmsədr ölkələri də bu formatın artıq ömrünü başa vurduğunu dilə gətirib. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 24 iyun 2022-ci ildə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə “Minsk qrupu fəaliyyətini dayandırıb” açıqlamasını vermişdi. Eyni zamanda, Minsk qrupunun digər həmsədri olan ABŞ-da Minsk qrupuna ehtiyac görmür. ABŞ dövlət katibinin Qafqaz üzrə müşaviri Filip Riker 2022-ci il noyabrın 17-də verdiyi açıqlamada faktiki ollaraq Lavrovun sözlərini bu şəkildə təkrarlamışdı: “Minsk qrupu mexanizmi işləmir. Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh quruculuğuna dəstək verir”.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə xələl yetirmək üçün məqam gəzən Fransa da isə, təbii ki, bu məsələdə susqunluğunu qoruyur. Paris bölgəyə nəzərən erməni kartını əldən çıxarmamaq üçün Minsk qrupu formatına da bir vasitə kimi yanaşır.

Amma bütün bunlar heç bir əhəmiyyət daşımır - fakt odur ki, Azərbaycanın özünün iradəsi və gücü ilə münaqişəyə son qoyub. ATƏT-in Minsk qrupu isə sülhə mane olmaqdan başqa bir işə yaramır...

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Yanvar 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see269

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see258

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see240

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see232

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see212

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see209

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see205

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see204

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see204

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see197

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see196

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see196

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see190

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see189

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see187

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see185

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see183

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see179

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see178

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri