Icma.az
close
up
RU
Ölməsi real olan ”saxta ərlər” və qazanılan milyonlar

Ölməsi real olan ”saxta ərlər” və qazanılan milyonlar

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyadan çıxarılan milyard dollarlar hara gedir?

Rusiyanın Ukraynaya qarşı müharibəsi uzandıqca Rusiyada mütəşəkkil cinayətkar dəstələrin sayı artır və bəzən bu cür dəstələrin fəaliyyəti yalnız müharibə ilə bağlı olduğu üçün hakimiyyətin işinə yarayır. Ona görə də çox vaxt bu dəstələrin əməllərinə göz yumulur. Amma, miqyas böyüyəndə cidanı çuvalda gizlətmək mümkün olmur.

Rusiyalı insan haqları fəalları tərəfindən 2026-cı ilin əvvəllərindən bəri bölgələrdə kişiləri zorla müharibəyə göndərən və pul müqabilində evlənməyə məcbur edən mütəşəkkil cinayətkar qrupun fəaliyyəti haqqında məlumatlar yayılıb. Bu məlumatlardan sonra Voloqda vilayətinin Çerepovets prokurorluğunun məlumatına görə, təhlükəsizlik qüvvələri bölgə sakinlərini "SVO" zonasına köçürmək üçün qaçıran bir dəstəni aşkar edib. Cinayətkarların qurbanları "həssas vəziyyətdə" olan kişilər - spirtli içkilər aludəçiləri və işsiz olanlardı. Cinayətkarlar qurbanlarını başqa bir bölgəyə aparır, orada iradələrinə zidd olaraq saxlanılıblar və onları Rusiya Müdafiə Nazirliyi ilə müqavilələr imzalamağa məcbur ediblər. Dəstə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq üçün "pul yığmaq"ın böyük hissəsini özləri üçün saxlayıb. Mütəşəkkil cinayətkar dəstənin üzvləri müharibədə qurbanların ölümü halında kompensasiya almaq üçün kişiləri saxta nigahlara məcbur ediblər. Dindirmə zamanı “bu kişilərin döyüş təcrübəsi olmadığı üçün ölmə ehtimalı yüksək idi” cinayətkarlar  məhz bu amilə ümid etdiklərini etiraf ediblər.

Rusiya Prokurorluğunun məlumatına görə, işi "müntəzəm olaraq" aparan dəstə hər qurban üçün 10-15 milyon rubl qazana bilərmiş. Təkcə Çerepovetsdə nəzarət orqanı tərəfindən 10 oxşar iş araşdırılıb. Çerepovets sakinlərinin bəziləri küçədən cinayətkarlar tərəfindən qaçırılıb: onlardan müəyyən bir evə getmək üçün yol istənilib, başqa yerə aparılıb, sonra maşına mindirilib naməlum istiqamətə aparılıb.

Ötən həftə Yekaterinburqda da başqa bir cinayətkar qrupun yeddi üzvünün məhkəməsi başlayıb. İstintaqa görə, təqsirləndirilən şəxslər antisosial həyat tərzi sürən kişiləri müəyyən edib, onlara müvəqqəti mənzil təklif edib və təhdid altında onları Rusiya Müdafiə Nazirliyi ilə müqavilələr imzalamağa məcbur ediblər. Daha sonra onlar ödənişləri ciblərinə qoyublar. Cinayətkarlar qurbanların hesabları və ya əlavə bank kartları üçün etibarnamələr verməklə 1 milyon rubldan çox birdəfəlik ödəniş alıblar. Dəstə üzvləri içərisində qadınlar da iştirak edir, qurbanlarla saxta nikahlara girirdilər ki, "ərlərinin" xəsarət alması və ya ölümü halında qanuni kompensasiya ala bilsinlər.

***

Ukraynaya qarşı müharibənin Rusiyada fəsadları yalnız neft emalı zavodlarının vurulması, yanacaq qıtlığı ilə bağlı deyil. Müəyyən olunub ki, Ukraynada tammiqyaslı müharibənin başlanğıcından bəri Rusiyadan 406 milyard dollarlıq özəl kapital çıxarılıb. Bu qiymətləndirmə Stokholm Keçid İqtisadiyyatı İnstitutunun (SITE) direktoru Torbjörn Bekker tərəfindən təqdim edilib. O bildirib ki, kapital çıxışı 2022-ci ildə pik həddə çatdı, Rusiyadan 219 milyard dollar - rekord məbləğ - getdi. Ukraynanın işğalından sonra ruslar və əcnəbilər xaricə vəsait köçürməyə başladılar, Qərb şirkətləri isə Rusiya bazarını tez bir zamanda tərk etməyə başladılar. Sanksiyalar və valyuta məhdudiyyətləri bu prosesi dayandırmadı.Tədqiqata görə, 2023-cü ildən bəri Rusiyadan portfel, kredit və digər maliyyə əməliyyatları vasitəsilə rübdə təxminən 10 milyard dollar xaricə gedib. 2008-ci ildə Gürcüstan ərazilərinin işğalından 2026-cı ilə qədər Rusiyadan yığılmış özəl kapitalın xalis axını 1,3 trilyon dollara çatıb.

Mənbələr 2026-cı ilin iyul ayında Amerika nəşri Bloomberg-ə bildiriblər ki, o dövrdə Vladimir Putinə yaxın olanlar da daxil olmaqla varlı iş adamları Rusiyadan aktiv şəkildə pul çıxarırdılar. Beynəlxalq statistikada ümumi kapital axını ilə Rusiya aktivləri arasındakı fərq təxminən 1 trilyon dollardır. Ukraynaya qarşı təcavüzə görə sanksiyaların tətbiqi fonunda Rusiya pulları Qərb banklarından da çıxmağa başlayıb. Belçika istisna olmaqla, Qərb banklarındakı Rusiya vəsaitlərinin həcmi 116 milyard dollardan 71 milyard dollara düşüb. ABŞ-da isə bank hesablarındakı qalıqlar 44 milyard dollardan 7 milyard dollara enib.

İsveçli ekspert vurğulayır ki, Rusiya iş adamları üçün Kipr əsas istiqamət olaraq qalır və 2024-cü ildə birbaşa Rusiya investisiyaları 89 milyard dollar təşkil edib.Tədqiqat müəllifinə görə, Kreml və şəxsən Vladimir Putinlə əlaqəsi olan şirkətlər və şəxslər Rusiyanın xarici aktivlərinin əhəmiyyətli bir hissəsinin arxasında ola bilər. Thorbjörn Bekkerin sözlərinə görə, onlar bu aktivlərdən Ukraynadakı müharibəni və AB və NATO ölkələrinə qarşı hibrid əməliyyatları maliyyələşdirmək üçün istifadə edə bilərlər.

Moderator.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Noyabr 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri