Icma.az
close
up
RU
Ölüm cəzasının yenidən tətbiqi nə hüquqi, nə də siyasi baxımdan real görünür Hüquqşunas

Ölüm cəzasının yenidən tətbiqi nə hüquqi, nə də siyasi baxımdan real görünür Hüquqşunas

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əliməmməd Nuriyev: Caparovun adımı ictimai təzyiqin və sosial tələbin nəticəsi kimi qiymətləndirilir


Ölüm cəzasının tətbiqi cinayətlərin azalmasına uzunmüddətli təsir göstərmir


Son günlərdə Qırğızıstanda baş vermiş dəhşətli cinayət ölkədə dərin ictimai sarsıntıya və geniş rezonansa səbəb olub. Azyaşlı qızın amansızlıqla qətlə yetirilməsi cəmiyyətin kəskin emosional reaksiyası ilə qarşılanıb və ölkə rəhbərliyini sərt qərarlar verməyə vadar edib. Prezident Sadir Caparovun ölüm cəzasının bərpası ilə bağlı qanunvericilik təşəbbüsünə start verməsi, bu kontekstdə gözlənilən addım kimi dəyərləndirilir. Bu hadisə təkcə Qırğızıstanda deyil, ümumilikdə ölüm hökmünün yenidən gündəmə gətirilməsi mövzusunu beynəlxalq və regional səviyyədə aktuallaşdırıb. Azərbaycanda da bu məsələ zaman-zaman cəmiyyətin emossional reaksiyası fonunda müzakirə olunsa da, hüquqi və siyasi reallıqlar bu cəzanın bərpasını mümkünsüz edir. Məsələyə insan hüquqları, beynəlxalq öhdəliklər və ədalət prinsipindən yanaşdıqda, ölüm hökmünün yenidən tətbiqinin nə qədər mürəkkəb və ziddiyyətli olduğu aydın görünür.


Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Sherg.az-a açıqlamasında Sadir Caparovun bu addımının ictimai təzyiqin və sosial tələbin nəticəsi kimi qiymətləndirildiyini söyləyib:


"Qırğızıstanda son günlərdə baş vermiş dəhşətli hadisə ölkədə böyük sarsıntı və ictimai qəzəbə səbəb olub. Azyaşlı qızın xüsusi amansızlıqla qətlə yetirilməsi cəmiyyətdə ciddi emosional reaksiya doğurub. Bu fonda prezident Sadir Caparov qadınlara və uşaqlara qarşı qəddarlıqla törədilən cinayətlərə görə ölüm cəzasının bərpası ilə bağlı qanun layihələrinin hazırlanmasını tapşırıb. Onun bu addımı ictimai təzyiqin və sosial tələbin nəticəsi kimi qiymətləndirilir.

Ölüm cəzasının bərpası məsələsi son illərdə təkcə Qırğızıstanda deyil, bir sıra digər ölkələrdə də müzakirə olunur. Lakin bu, hüquqi və beynəlxalq müstəvidə ciddi çətinliklər yarada bilər. Qırğızıstan bir sıra beynəlxalq insan hüquqlarını müdafiə edən sənədlərinə qoşulub və bu öhdəliklər ölüm hökmünün bərpasını çətinləşdirir. Əgər bu cəza bərpa olunarsa, ölkənin beynəlxalq nüfuzuna da mənfi təsir göstərə bilər".


Ekspert Azərbaycanda vəziyyətin fərqli olduğunu bildirib: 

"Ölüm cəzası 1998-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ləğv edilib və əfv cəzası ilə əvəz olunub. Konstitusiyada hər kəsin yaşamaq hüququ təsbit olunub. Azərbaycan, həmçinin Avropa Şurasının üzvüdür və ölüm hökmünün qadağasını nəzərdə tutan beynəlxalq sənədlərə qoşulub. Bu baxımdan, ölüm cəzasının Azərbaycanda yenidən tətbiqi nə hüquqi, nə də siyasi baxımdan real görünür. Bunun üçün konstitusiya dəyişdirilməli və beynəlxalq öhdəliklərdən imtina edilməlidir ki, bu da mümkün hesab olunmur. Buna baxmayaraq, cəmiyyət daxilində bu mövzu vaxtaşırı emosional şəkildə gündəmə gəlir. Xüsusilə də uşaqlara qarşı törədilən və ya erməni hərbi cinayətkarları ilə bağlı məsələlərdə bəzi insanlar ölüm hökmünü haqlı çıxarmağa çalışırlar. Lakin beynəlxalq təcrübə göstərir ki, ölüm cəzasının tətbiqi cinayətlərin azalmasına uzunmüddətli təsir göstərmir. Onun effekti, adətən, qısa müddətli olur. Ən ciddi risk isə səhv məhkəmə qərarlarıdır. Əgər ölüm hökmü tətbiq olunarsa və sonradan məlum olsa ki, şəxs günahsız imiş bu, geri dönüşü olmayan faciədir. Belə hallar dünya praktikasında az olmayıb. Məsələn, ABŞ-də bir şəxs 40 il ölüm cəzası təhlükəsi altında yaşadıqdan sonra məlum olub ki, o, günahsızdır. Azərbaycanda da bu kimi risklər mümkündür".


Hüquqşünas ən sərt cəza formasının ömürlük həbs olduğunu qeyd edib: 

"Bu cəza ölüm cəzasından da ağır cəzadır. Çünki insan hər gün etdiyi hərəkətləri başqalarına yaşatdığı qətilləri daim xatırlamaq məcburiyyətində qalır. Bizdə bu istiqamətdə tərəfdarlar çoxdur. Xüsusilə də erməni hərbi cinayətkarlarla bağlı bu fikirlər tez-tez səsləndirilməkdədir. Onlarla bağlı ölüm hökmünün tətbiq edilməsi daha doğru olardı. Amma yenidən ölüm hökmünün gətirilmısinin perspektivini görmürəm və məqbul hesab etmirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see142

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri