“Bu reallıqların nəzərdən qaçırılması nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan qəbulediləndir”
Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
“Prezident İlham Əliyevin dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi dövlət siyasətinin ideoloji və strateji mahiyyətini aydın şəkildə əks etdirən mühüm siyasi mesaj kimi qiymətləndirilməlidir. Dövlət başçımızın çıxışı bir tərəfdən ölkəmizin sülh gündəliyinə sadiqliyini nümayiş etdirirsə, digər tərəfdən tarixi ədalətin və milli yaddaşın qorunmasının prinsipial əhəmiyyət daşıdığını bir daha diqqətə çatdırır. Cənab Prezident çıxışında xüsusilə vurğulayır ki, sülh prosesinin irəliləməsi keçmişin unudulması anlamına gəlməməlidir. Xocalı soyqırımı da daxil olmaqla Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlər, uzun illər davam edən işğal siyasəti və bunun nəticəsində bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi milli tarixi yaddaşın ayrılmaz tərkib hissəsidir. Bu reallıqların nəzərdən qaçırılması nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan qəbulediləndir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Politoloq bildirib ki, dövlət başçısının “tarixdən dərs çıxarmalıyıq” fikri gələcəkdə oxşar təhdidlərin qarşısının alınması baxımından strateji əhəmiyyət daşıyır: “Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən digər mühüm məqam isə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan proseslər fonunda beynəlxalq müstəvidə müşahidə olunan ikili standartlara yönəlmiş əsaslı tənqidlərdir. Hazırda tərəflər arasında sülh sazişi üzrə danışıqların aparıldığı, regional kommunikasiyaların açılmasının müzakirə edildiyi, ticarət və iqtisadi əlaqələrin bərpası imkanlarının gündəmdə olduğu bir şəraitdə ABŞ-nin “Azadlığa Dəstək Aktı”na edilmiş 907-ci düzəlişin qüvvədə qalması mövcud siyasi reallıqlarla uzlaşmır. Heç şübhəsiz ki, Azərbaycanın regionda sülh, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış etdiyi, eləcə də ölkəmizə qarşı irəli sürülən “blokada” iddialarının əsassız olduğunun faktlarla sübuta yetirildiyi indiki məqamda sözügedən düzəlişin qüvvədə saxlanılması ABŞ-nin özünün bəyan etdiyi ədalət və tərəfdaşlıq prinsipləri ilə ziddiyyət təşkil edir. Prezident Donald Tramp tərəfindən 907-ci düzəlişin tətbiqinin müvəqqəti dayandırılması müsbət addım kimi dəyərləndirilsə də, məsələnin fundamental həlli yalnız onun tam şəkildə ləğvi ilə mümkün ola bilər”.
A.Qurbanova diqqətə çatdırıb ki, nəticə etibarilə, Prezident İlham Əliyevin Ağdam şəhərində səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, Azərbaycan post-münaqişə mərhələsində balanslı, ardıcıl və milli maraqlara əsaslanan siyasət həyata keçirir: “Sülh Azərbaycanın strateji seçimidir, lakin bu proses yalnız qarşılıqlı hörmət, ədalətli mövqe və mövcud tarixi-siyasi reallıqların qəbul edilməsi əsasında davamlı və dayanıqlı xarakter ala bilər. 907-ci düzəlişin ləğvi isə beynəlxalq tərəfdaşların regionda formalaşmış yeni reallıqlara adekvat yanaşmasının və səmimi əməkdaşlıq niyyətinin mühüm göstəricisi olaraq ifadə olunmalıdır”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 26 Dekabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















