Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Ölüm haqdır, nə edək?..

Ölüm haqdır, nə edək?..

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizdə belədir ki, bir nəfər ölən kimi bir-birimizə xəbər verib yığışıb gedirik baş sağlığı verməyə. Lap yaxşı. “Sevinc paylaşdıqca çoxalar, kədər paylaşdıqca azalar” deyiblər. Baş sağlığı da ki, verdin, ta dur get işinin-gücünün dalınca kimi deyil bizdə. Saatlarla otururuq, ta ev yiyəsini təngə gətirmədən durub getmirik. Mətləbdən uzaqlaşıram, bilirəm, amma onu da deməsəm olmaz ki, hələ aramızda elələri də var ki, yasa ancaq yemək saatında gedir. Nə isə...

Keçək mətləbə. Sözümün canı odur ki, getdiyimiz yasda ev sahibinə baş sağlığımız yalnız bu sözlərdən ibarət olur: “Ölüm haqdır, nə etmək olar ki”. Bu ölən haqlı yerə ölüb, haqsız yerə ölüb, durduğu yerdə ölüb, ya bəzi həkimlərin səhiyyə elmini “mükəmməl” mənimsəməsindən ölüb, bir sərxoş sürücü yazığı yol ilə getdiyi yerdəcə vurub öldürüb, qoz çırpanda ağacdan düşüb ölüb, damın qarını təmizləyəndə oradan yıxılıb ölüb, hamamda qaz boğub öldürüb, sayğacın başına oyun açanda elektrik qurudub öldürüb, qiymətlərin bahalığından infarkt keçirib ölüb, köhnə qida yeyib zəhərlənib ölüb, xəstə olub, əcəli çatıb ölüb, hər nə isə, ölənin hamısına “Nə etməli, ay bacı, ay qardaş, ölüm haqdır” təsəllisini verib işimizi tamam hesab etmiş oluruq.

Bu əcəlsiz ölümlərin sayını azaltmaq üçün insanları ha maarifləndir, ha maarifləndir, xeyri yoxdur. Ha de ki, əcəlini özün gətirmə, ay adam. İmkan ver, alın yazının vaxtı gəlib çatsın. Sənə kim deyir ki, bir yerin ağrıdımı, həkimə gedəsən? Pulun var, bir yaxşı həkim tap, yoxdur, otur yerində türkəçarədən, zaddan, bir şey elə, ümidini də ki, Allahdan kəsmə.

Sənə kim deyir ki, qazla işləyən istilik cihazını apar qoy hamam otağına, o da səni boğub öldürsün. Axı ötən il, keçən həftə, sırağa gün bu dərddən ölənlərə “Əşi, bunun ağlı-zadı heç yoxmuş”,- deyən sən idin. Ay qardaş, ay bacı evinizdə yer yoxdur, yoxsa şüurunuz yoxdur?

Sənə kim deyir ki, sayğaca müdaxilə edəsən, ölüb oradaca qalasan? Canın çıxsın oğurluq eləmə, ölmə.

Sənə kim deyir ki, çıxıb ağacdan qoz çırpasan, qonşunda bu bəlanın qurbanlarının qəbrini axı elə özün qazmısan.

Sənə kim deyir ki, qışın qarında-boranında çıxıb damın qarını təmizləyəsən. Durub da orada, yaz gələndə əriyib gedəcək.

Sənə kim deyir ki, get dükana, bazara, qiymətləri dünən, sırağagünkü kimi görməyib infarkt keçirəsən, ay qardaş, bu, belədir də, hər gün qiymətdir ki, qalxır, təzə xəbərdir niyə bu? Palaza bürün, elnən sürün də. Bunu biz necə qəbul ediriksə, sən də qəbul elə, çox yemə, az ye, ölmə də.

Sənə kim deyir ki, get vaxtı keçmiş qida al, ye. O gözü Allah nə üçün verib sənə? Bir bax, gör nə alırsan da. Onsuz da insaf ərşə qalxıb.

Sənə kim deyir ki, düş yolun ortasına, axı sərxoşu var, dəliqanlısı var, atasının balası var. Ay adam, bir-iki addım o tərəfdə səki var, yerüstü, yeraltı keçidlər var, onu nə üçün düzəldiblər, sənin hərəkətin üçün ediblər də. Bəs bunu nə vaxt anlayacaqsan? Səki ilə, piyada keçidi ilə get, maşın da səni vurub öldürməsin də.

Sabah, Allah eləməsin, birini avtomobil vurub yerə yıxanda yenə yığışıb gedəcəyik evinə, deyəcəyik ki, ölüm haqdır, nə etmək olar. Gəlin heç olmasa bu dəfə başqa söz deyək. Deyək ki:

Sənə kim deyir ki, piyada keçidlərini qoyub, düşürsən yolun ortasına. Dəli kimi yolda maşınların arası ilə o yana, bu yana qaçırsan? O keçidləri tikənlər səndən ağılsızdır ki...

Qaldı söz dinləməyənlərə, ölüm haqdır, Allah ölənlərin hamısına rəhmət eləsin!

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyun 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see725

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see689

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see688

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see519

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see487

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see484

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see417

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see369

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see360

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see359

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see352

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see348

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see341

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see340

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri