Ramana sakini səkidə maşın üçün qaraj tikib piyadaları təhlükəyə atır VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Sabunçu rayonunda səki üzərində inşaa edilən obyekt piyadaların gediş-gəlişinə ciddi maneə yaradır.
Avtosfer.az xəbər verir ki, Ramana qəsəbəsi “Sovxoz” adlana ərazidə, Elşən Məhərələmli küçəsində yerləşən bu tikili birbaşa səkiyə inşaa olunduğu üçün piyadaların hərəkət yolunu tamamilə kəsib.
Sakinlərin sözlərinə görə, obyektin tikintisindən sonra səkidən istifadə etmək mümkünsüz hala gəlib. Piyadalar, xüsusilə uşaqlar və yaşlı insanlar, məcbur qalaraq avtomobil yoluna çıxırlar. Bu isə həm onların, həm də hərəkətdə olan sürücülərin həyatını təhlükə altına salır.
Hadisə yerindən çəkilən görüntülərdə aydın görünür ki, tikili səki ilə yol arasında heç bir təhlükəsizlik məsafəsi saxlamayıb. Yolun bu hissəsində nə səki qoruyucuları, nə də piyada zolağı var. Bu səbəbdən piyadalar avtomobillərin sıx hərəkət etdiyi hissədən keçməyə məcbur qalırlar ki, bu da qəza riskini dəfələrlə artırır.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 Oktyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















