Icma.az
close
up
RU
Ölüm tarixi olmayan adam… Tural Turan yazır

Ölüm tarixi olmayan adam… Tural Turan yazır

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

       (Yazar, araşdırmaçı Namiq Hacıheydərlinin 50 illik yubileyinə və əziz xatirəsinə…)

Onunla son görüşümüz ölümündən üç-dörd gün öncə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında baş tutmuşdu.

Yanında bir xanım var idi… Deyəsən, həyat yoldaşı idi və Namiq müəllimi ilk və son dəfə harasa tələsən görürdüm. Həyat yoldaşı isə ömür-gün həmdəminin bu tələskənliyindən sanki çox narahatlıq keçirirdi.

Hər ikisinin baxışında yorğunluq, yanaqlarında isə heç yerə tələsməyən kövrək bir təbəssüm var idi… Hal-əhval tutduq, ayaqüstü bir-birimizin sağlığını, durumunu xəbər aldıq. Hər şeyin qaydasında olduğunu söylədi. Amma yenə də sanki tələsirdi. Üzündə ürkək bir nigaranlıq da vardı.

Fəqət, büruzə verməməyə çalışırdı. Üç-beş dəqiqəlik ayaqüstü söhbətdən sonra onunla yollarımız əbədi ayrıldı.

Təkcə mənlə yox, elə hamı ilə sağollaşıb bu dünyadan təkadamlıq köçünü çəkib getdi… Üç-dörd gün sonra media məkanında qara haşiyəli fotosunu gördüm: “Şair Namiq Hacıheydərli uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi”. Öncə inanmadım. Məndən cəmi 14 yaş böyük olan bu həlim adamın ölüm suyunu əcəl bu qədər tez isitməməli idi. Bəlkə də Ulu Yaradan Namiq Hacıheydərli saflığı üçün darıxmışdı, bilmirəm… Bəlkə də Yer üzündəki missiyasını göy üzünə daşımaq üçün tələsmişdi. Yaxşısını Ulu Yaradan, bir də Namiq müəllim özü bilir. Balıqların qibləsində – Salyanda doğulan türk oğlu türkün öz yönünü Tanrının qibləsinə – Göy üzünün söz qatına tutması nə qədər kədərlidirsə, şübhəsiz ki, ilahi qatda bir o qədər hikmətlidir.

Hər adam bu dünyadan söz apara bilmir, hər adam bu dünyadan SÖZ şəklində köçməyi bacarmır. Amma şair, maarifçi Namiq Hacıheydərli bunu bacardı, özü də işıq kimi, nur kimi… Hər kəlməsindən, hər cümləsindən ziyanın qoxusu gəlirdi Namiq əfəndinin! Türk dünyasının – Turan Birliyinin yaranmasını gördü, türk xalqlarının bir çətir altında birləşməsini də görəcək. Buna əminəm! Onun ideyaları beş min illik gerçəkliyə söykənirdi. Hətta ölümündən sonra da söykənəcək.

Nəzmindən nəsrinə – publisistikasına bir türklük yanğısı süzülürdü Namiq Hacıheydərlinin. Ömrünü bu sevgi yanğısına pərvanə eləmişdi, sözün əlindən-ətəyindən yapışmışdı. Gedərkən də sevdiklərinə, oxucularına, onu tanıyanlara sözdən cehiz düzəldib getdi – sözünü əmanət elədi bu boynundakı intihar ipi sözdən asılan bu dünyaya… Əminəm ki, Namiq Hacıheydərli irsi dünya durduqca yaşayacaq.

Çünki bu irs beş min illik türklük, turançılıq irsidir. Ömrün yarıda kəsilməsi belə onun ideyalarının gerçəkləşməsinə maneə yaratmayacaq. Çünki söz-ruh-fikir vəhdəti cismaniliyi qəbul etmir. Fikir-fikir, söz-söz mənəvi, mücərrəd ömür yaşayanlar isə sadəcə doğulurlar, heç vaxt ölmürlər. Namiq müəllim kimi insanların sadəcə doğum tarixləri olur, ölüm tarixlərinin yerinə isə ədəbiyyətin işıqlı fotosu həkk edilir… Namiq Hacıheydərli şəxsiyyəti onu tanıyanların qəlbində hər an yaşayacaq. Son eviniz içiniz kimi işıqlı olsun, sözün ziyalı tərəfi!..

Tural Turan

Şair-publisist

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Avqust 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri