Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Ölümcül silahlar sərhədə GƏTİRİLİR: Qərar dəyişdi, dəhşətli hücum BAŞLAYIR

Ölümcül silahlar sərhədə GƏTİRİLİR: Qərar dəyişdi, dəhşətli hücum BAŞLAYIR

Icma.az, News24 portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Ukraynaya silah yardımı ilə bağlı mövqeyində növbəti dəfə dəyişiklik edib. Əvvəllər yardımın dayandırılacağını bildirən Tramp, son açıqlamasında Ukraynaya yenidən silah tədarükünün həyata keçiriləcəyini bəyan edib. O, həmçinin NATO və Avropa İttifaqının da Kiyevə böyük həcmdə maliyyə və hərbi yardım göstərəcəyinə söz verib. 

Trampın sözlərinə görə, Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri və daha ağır silahlar veriləcək. Bu açıqlama, Vaşinqtonun və ümumilikdə Qərbin Ukraynaya dəstək siyasətində davamlılıq mesajı kimi dəyərləndirilir.

Maraqlıdır, Ukraynaya silah tədarükünün yenidən başlanması müharibəyə təsir edəcəkmi?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq İlyas Hüseynov bu dəyişimin arxasında geosiyasi reallıqların dayandığını bildirib. Onun sözlərinə görə, Trampın əvvəlki sərt ritorikasından sonra verdiyi bu yeni açıqlama Ukrayna ətrafında baş verənlərin siyasi çəkisini və ABŞ-ın mövqeyinin yenidən formalaşdığını göstərir:

“Bir müddət öncə Trampın Ukraynaya siyasi, silah və maliyyə dəstəyini dayandıracağı ilə bağlı verdiyi bəyanatlar həm Vaşinqtonda, həm də Avropada ciddi suallar doğurmuşdu. Lakin sonradan Ukrayna xalqının dözümlülüyü, Zelenskiyə olan daxili dəstək və cəbhədəki durum Trampın mövqeyinə təsir göstərdi. Ən mühüm məqam isə Trampın Rusiya prezidenti Vladimir Putinlə birbaşa və dolayı təmaslarından sonra anladığı reallıq oldu – Rusiya sülh istəmir”.

Hüseynov bildirir ki, Trampın vasitəçilik iddialarına baxmayaraq, hər bir danışıqdan sonra Rusiyanın hücumlarının daha da şiddətləndiyi müşahidə olunub:

“Tramp müşahidə etdi ki, sülhə dair atılan hər addım əslində Rusiyanın yeni hərbi əməliyyatları ilə nəticələnir. Bu isə onun mövqeyində dönüş nöqtəsi yaratdı. Artıq o, Ukraynaya yalnız müdafiə xarakterli deyil, daha güclü silahların, o cümlədən uzaqmənzilli sistemlərin verilməsini gündəmə gətirib. Bu, onun əvvəlki siyasətindən kəskin fərqlənir”.

Politoloqun sözlərinə görə, Trampın bu addımı yalnız siyasi qərar deyil, həm də beynəlxalq ictimaiyyətin gözləntilərinə cavab vermək və liderlik görüntüsünü qorumaq cəhdidir:

“Tramp uzun müddət 'Amerika birinci' siyasəti çərçivəsində xarici münaqişələrə qarışmamağı təbliğ edirdi. Amma bu gün real geosiyasi mənzərə onu geri addım atmağa vadar edir. Ukrayna bu qərarla öz müdafiə gücünü artırmaq üçün mühüm bir şans qazanıb. Lakin bu silahların təkcə müdafiə üçün yox, həm də işğal altındakı ərazilərin azad edilməsində nə qədər effektiv olacağı sual altındadır”.

İlyas Hüseynovun fikrincə, bu mərhələdə Ukraynaya veriləcək hərbi və maliyyə yardımlarının miqyası və keyfiyyəti münaqişənin gələcək istiqamətini müəyyən edə bilər. Amma son nəticənin nə olacağı yalnız zamanla bəlli olacaq:

“İndi əsas sual budur: bu dəstək Ukraynanın işğal altında olan torpaqlarını geri qaytarmaq üçün kifayət edəcəkmi? Bunu yalnız yaxın aylardakı döyüş meydanı və diplomatik proseslər göstərəcək".

Aqil Qarayev
News24.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 İyul 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri