Icma.az
close
up
RU
Dəhşətli müharibə BAŞLAYIR: Əks hücum əmri verildi

Dəhşətli müharibə BAŞLAYIR: Əks hücum əmri verildi

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Yaxın Şərqdə uzun müddətdir davam edən gərginlik bu gecə tarixi bir dönüm nöqtəsinə çatdı. İsrailin həyata keçirdiyi hava hücumu nəticəsində İranın hərbi və siyasi rəhbərliyinə ağır zərbə dəyib. Hücum zamanı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bageri, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) nüfuzlu komandirləri — general Hüseyn Səlami və general Qulaməli Rəşid, eləcə də İranın ali dini lideri Ayətullah Əli Xameneinin yaxın çevrəsinə daxil olan baş müşaviri Əli Şamxani həlak olublar.

Bu hadisə regionda onsuz da kövrək olan sabitliyi daha da sarsıdaraq, həm Tehranda, həm də beynəlxalq ictimaiyyətdə böyük səs-küyə səbəb olub. Məlumata görə, hücum dəqiqliklə planlaşdırılmış və əsas hədəf İranın strateji qərarverici şəxsləri olub. Hadisənin miqyası və nəticələri, habelə Tehranın buna verəcəyi cavab növbəti günlərdə regionda siyasi və hərbi dinamikanı ciddi şəkildə dəyişə bilər.

Bəs İran əks-hücuma keçəcəkmi?

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu bildirib ki, İranla İsrail arasında hərbi toqquşmanın baş verəcəyi artıq bir müddətdir gözlənilən idi və bu gecə baş verənlər yeni mərhələnin başlanğıcıdır:

“Bir neçə dəfə buna cəhd olunmuşdu, lakin baş tutmamışdı. Bu gecə İsrail tərəfinin İranda həyata keçirdiyi əməliyyatlar onu göstərir ki, bu bir gecəlik əməliyyatla yekunlaşmayacaq. Çünki İran tərəfinin xeyli sayda yüksəkrütbəli dövlət rəsmilərinin öz evində qətlə yetirilməsi böyük zərbədir. İran cavab zərbələrinə hər an başlaya bilər, bu qaçılmazdır".

Politoloq hesab edir ki, baş verən hadisələr artıq Yaxın Şərqdə böyük müharibənin təməlini qoyur:

“Təəssüflər olsun ki, baş verən hadisələr daha geniş bir müharibəyə çevrilə bilər. Çevrilməsə belə, bu daha böyük müharibəni yaxınlaşdırır. Gecə baş verənlər artıq yeni müharibənin anonsu yox, onun ilkin başlanğıcıdır.”

Taleh Əliyev əlavə edib ki, bu hücumun nəticələri təkcə İran və İsraillə məhdudlaşmayacaq. Münaqişəyə regionun digər güclərinin də cəlb olunması ehtimalı var. Xüsusilə ABŞ, Rusiya və digər böyük dövlətlərin prosesə reaksiyası Yaxın Şərqdəki vəziyyətin taleyini müəyyən edə bilər.

Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 İyun 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri