Icma.az
close
up
RU
“Ölümlə həbsdə olan şəxs yenidən ağır cinayət törətsə də, azadlıqda gəzir” Vəkil 675 min dollarlıq cinayət işindən danışdı

“Ölümlə həbsdə olan şəxs yenidən ağır cinayət törətsə də, azadlıqda gəzir” Vəkil 675 min dollarlıq cinayət işindən danışdı

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyada yaşayan azərbaycanlı iş adamının 675 min dollarını dələduzluq yolu ilə ələ keçirən şəxslərin məhkəmə prosesi başlayır. Əvvəllər ağır cinayətdə, yəni qəsdən adam öldürməkdə təqsirli bilinən, hazırda digər xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən, barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Qaytaranov Rəşad Adil oğlu və barəsində həbs qətimkan tədbiri seçilən Mustafazadə Səməndər Adil oğlunun məhkəmə prosesinin hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə dekabr ayının 25-də keçirləcək. 

Qaytaranovla Mustafazadə birləşərək əminin 675 min dollarını ələ keçirdi

Zərərçəkən Rasim Mustafayevin nümayəndəsi-müdafiəçisi ilə Elşad Daşdəmirovun “Unikal”a verdiyi açıqlamaya görə, Qaytaranov Rəşad Adil oğlu tanışı Mustafazadə Səməndər Adil oğlu ilə qabaqcadan birləşərək Rusiya Federasiyasında yaşayan iş adamı Səməndərin əmisi Mustafayev Rasim Şirzad oğlunun həyata keçirdiyi biznes fəaliyyəti nəticəsində Azərbaycan Respublikası ərazisində əldə etdiyi pul vəsaitlərini qanunsuz yolla beynəlxalq pul köçürmə sistemləri ilə ona çatdırılmasını təmin edib. Belə ki, adları çəkilən şəxslər Rasim Mustafayevin etibarını qazanaraq hesabına köçürülməsi və ya təyin edəcəyi şəxsə çatdırılması üçün kulli miqdarda məbləğləri ələ keçiriblər. İlk olaraq  Səməndər Mustafazadə şəxsiyyətləri istintaqla dəqiqləşdirilməyən şəxslərdən 06 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Günay Bank”ın inzibati binasının yaxınılığında 175 min ABŞ dolları məbləğində pul vəsaitini və 16 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin yaxınlığında 500 min ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçiriblər.

Adları çəkilən şəxslər Bakı şəhəri ərazisində yerləşən müxtəlif bahalı otel və restoranlarda təşkil etdikləri eyş-işrət məclislərində, istirahət mərkəzlərində xərcləməklə, avtomobillərin alqı-satqısı, icarəsi biznesinə yatırım etməklə və digər şəxsi ehtiyacları üçün sərf etməklə verdiyi vədinə əməl etməyib ümumilikdə zərərçəkmiş şəxs Mustafayev Rasim Şirzad oğluna xüsusilə külli miqdarda, yəni 1.147.500 (bir milyon yüz qırx yeddi min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçiriblər.

Vəkil Elşad Daşdəmirovun sözlərinə görə, bununla belə, cinayətin əsas iştirakçısı Rəşaq Qaytaranov həbs edildikdən sonra qısa müddətdə müxtəlif yollarla Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxdı. Belə ki, onun azadlıqda qalması, həm zərərçəkən Rasim Mustafayev, həm də hazırda həbsdə olan Səməndər Mustafazadənin ailəsi üçün də təhlükədir. Belə ki, digər təqsirləndirlən Səməndər Mustafazadə ibtidai istintaqa verdiyi ifadəsində təsdiq edib ki, Rəşad Qaytaranov onun ailəsi və əmisi Rasim Mustafayevi dəfələrlə ölümlə hədələyib. Bununla bağlı istintaqda səs yazıları da mövcuddur. Həmçinin təqsirləndirlən şəxslər tərəfindən dəymiş ziyandan bir manat pul belə zərərçəkmişə ödənilməyib. Biz Rəşad Qaytaranovun həbs edilməsi ilə bağlı adiyyatı orqanlara ərizələrimizi göndərmişik, müraciətlərimizi etmişik. 

Təqsirləndirlən şəxs Rəşad Qaytaranova gəldikdə isə, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.07. 2014-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək barəsində sağalana qədər, tibbi xarakterli məcburi tədbirlər - ümumi tipli psixiatriya stasionarında məcburi müalicə tətbiq edilib. Məhkəmə istintaqı zamanı Rəşad Qaytaranov ona elan olunmuş ittihamla özünü təqsirli bilib.

Belə ki, Rəşad Qaytaranov 2013-cü ilin avqust ayının 8-də xalası oğlu Sənan Məhərrəmova qarşı Alim Abuşov tərəfindən edilən xuliqanlıq əməlini araşdırmaq niyyəti ilə onunla görüşmək qərarına gəlib. Bu məqsədlə həmin gün axşam saatlarında Nizami rayonu, Naxçıvanski küçəsi 48 saylı ünvanda yerləşən “Şəki” kafesinə yollanıb. Rəşad Qaytaranov Alim Abuşovla mübahisə edərkən, həmin vaxt sonuncunun həmkəndlisi Ruslan Abbasov söhbətə müdaxilə edib. O, əlindəki pivə bakalı və çəngəllə Rəşada zərbə endirib. Ruslanın hərəkətlərindən əsəbləşən Rəşad Qaytaranov cibindən çıxardığı bıçaqla onu vurub. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 

Rəşad Qaytaranov 2018-ci ildə tam olaraq azadlığa çıxıb”.

Seymur Əli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Dekabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri