Icma.az
close
up
RU
Ünvansız oğlan Dərya Qılıcın hekayəsi

Ünvansız oğlan Dərya Qılıcın hekayəsi

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az Dərya Qılıcın "Ünvansız oğlan" hekayəsini təqdime dir.

Qonşu otaqdan gələn gurultudan diksinib oyandım. Vüsal var səsi ilə bağırıb nələrisə yerə çırpırdı. Arada anamın da səsi eşidilirdi. Narahat olsam da, qalxıb onların yanına getməyin mənasız olduğunu bildiyim üçün əlim ilə qulaqlarımı tutdum. Vüsal anamın sonradan ailə qurduğu adam idi. Ona nə deyə müraciət etməyə söz tapa bilmirdim. Məni görməyə gözü yox idi. Belə dava vaxtı məni görəndə daha da qızışırdı. Səs-küy daha da artırdı, ürəyim çırpınırdı. Canım anamın yanında qalmışdı. Əslində anama qarşı bir küskünlüyüm var idi. Günlərlə başımı götürüb buralardan lap uzaqlara qaçmaq haqqında düşünürdüm. Amma hara, necə? Hələ yeddinci sinifdə oxuyurdum. Anam xərcləmək üçün qəpik-quruş verirdi. Artıq çoxdan idi ki, atam mənimlə maraqlanmırdı. Daha doğrusu, ailə qurandan sonra cəmi iki dəfə görüşmüşdük. Otaqdan gələn səslər azalmaq əvəzinə artırdı. Vüsalın tez-tez təkrarladığı “xort” sözünü eşitsəm də, mənasını başa düşmürdüm. Dava nəyin üstündə olduğunu anlamırdım. Anamla atamın birlikdə olduğu günlər yadıma düşdü. Gözümü açandan onların da dava etdiklərini xatırladım. O davalar ən çox həftə sonları, ya da bayramlarda hara isə getməyin üstündə olurdu. Anladığıma görə atamın bu tələbləri yerinə yetirməyə imkanı yox idi. Yəni atam bu sözləri hər davada təkrar edib deyirdi: “Pulu haradan alım? Oğurluq edim?” Anam isə ağlamaqdan şişmiş gözlərini bərəldib bağırırdı: “Başa düşmürəm, bütün gəzməyə gedənlər oğurluq edir?” Atam anama əl qaldırmasa da, evdə nə var yerə çırpırdı. Hər şeyi vurub dağıdır, sonra təmir edəndə xərclədiyi pula heyfi gəlirdi. Onlar ayrılanda bilmirdim sevinim, yoxsa kədərlənim. Bəzən davadan canım qurtardığını fikirləşsəm də, atasız qalacağımı düşünüb dəhşətə gəlirdim. İlk günlər hər iki tərəf məni əzizləyib nələrsə hədiyyə etməklə könlümü ovundurmağa çalışırdı. Anam ərə gedəndən sonra hər şey dəyişdi. Vüsalın məndən zəhləsi gedirdi. İlk günlər bunu təkcə mən bilsəm də, sonralar o, bunu heç kimdən gizlətmirdi. Qəribə idi, anam ailə quran gündən atam da məni itirib axtarmırdı. Sanki bu işdə mənim böyük günahım var imiş. Ən qəribəsi o idi ki, mənə verilən qiyməti özüm də qəbul edirdim. Belə ki, get-gedə özümdən zəhləm gedirdi. Özümü alçaldılmış, sevilməyən, heç kimə lazım olmayan, artıq bir uşaq kimi hiss edirdim. Bəzən məktəbdə müəllim məni tərif edəndə mənə elə gəlirdi ki, müəllim məni tanımır. Lazımsız biri olduğumu bilmir. Əlimi qulağımdan götürüb dinşədim. Nəhayət, qapı gurultu ilə çırpılıb örtüldü. “Yəqin ki, Vüsal getdi,” – deyə düşünüb qapıya yaxınlaşdım. Səs-səmir yox idi. Yatağıma qayıdıb çarpayımı səliqəyə saldım. Əynimi geyinib otaqdan çıxmaq istəyirdim ki, anamın kiminləsə danışdığını eşidib dayandım. O, Vüsalın məni “xort” adlandırdığını deyirdi. Səsi aydın gəlirdi. Rəfiqəsi ilə danışırdı:

– Ay qız, Allah məni bədbəxt yaradıb, nə edim? Bir vaxtlar bir yana çıxmağa həsrət idim. Bayquşun canı çıxırdı bir yana gedək deyəndə. İndi də qalmışam onun çırtımının əlində. Nə edim, Vüsal onunla getmək istəmir. Onu görəndə əsəbləşirəm, – deyir. Qızımın ad günüdür. Bir yana çıxmaq istəyirik. Atası da yaxın durmur ki, bir-iki gün göndərim onlara.

Məni sanki cərəyan vurdu, qıpqırmızı olmuşdum. Bir həftə bundan əvvəl mənim ad günüm idi. Heç bu haqqa söz danışan olmadı. Halbuki bir vaxtlar mənə də ad günü keçirib hədiyyə alırdılar. Mən də tortun üstündəki şamları ləzzətlə üfürüb söndürərdim. Anam ad günümdə bir köynək almışdı. Onu da verəndə: “Hələ geyinmə,” – dedi. Anam danışırdı, arada deyəsən ağlayırdı. Qulağım uğuldayırdı. Axşamdan otağıma girib ac yatmışdım, ürəyim bulanırdı.

Nəhayət, anam uzun söhbətdən sonra telefonu qapadıb otağıma yaxınlaşdı. Pəncərənin qarşısına keçib özümü məşğulmuş kimi göstərdim. Anam qapını azca aralayıb:

– Gəl, yemək ye, – dedi.

Hər gün eşitdiyim bu sözə nədənsə sevindim. Qalxıb mətbəxə keçdim. Yeməyimi yeyib həftəsonu atamın yanına gedəcəyimi söylədim. Anamın sevindiyini görməmək üçün:

– Orada qalacam, – dedim.

Ayrı vaxt olsa sualı suala calayan anam heç nə soruşmadan razı oldu.

Atamgilə çatanda gözümə inanmadım. Daha doğrusu, səhv gəldiyimi zənn etdim. Hər yer təmir olub təzələnmişdi. Atamın ailə qurduğu xanım çox baxımlı idi, daha da gözəlləşmişdi. Evdəki ab-havadan, atamın görkəmindən varlı dolandıqları aydın bilinirdi. Bir vaxtlar atamın tez-tez səsləndirdiyi söz qulağıma gəldi: “Arzu, vaxt gələcək, mənim də imkanım olacaq. Ona çalışıram.” Hər halda, atamın kefi yerində idi. Mənə qəribə suallar verirdi:

– Nədir, anan həftəsonu istirahətlərə gedə bilir?...

Cavabımı gözləmədən:

– Sənin ad günlərini indi ürəyi istəyən kimi qeyd edə bilir?

Dodağımın altında nə dediyimi özüm də başa düşmədim. Atamın mənim cavabımı eşitmək fikri yox idi. O, sanki məni qıcıqlandırmaq istəyirdi. Hər addımda imkanlı olduğunu, yaxşı yaşadığını göstərməyə çalışırdı. Müəmmalı sualları bitər-bitməz yerindən durub yenicə oyanmış körpəni qucağına aldı. Mən tərəfə baxmadan onunla oynamağa başladı. Atamın mənasız suallar verməyi bundan yaxşı idi. Bilirdim ki, bunları anama çatdırmağımı istəyir. Bir an özümə yazığım gəldi. Əslində bu hal məndə olmur. Mən özümə daha çox nifrət edirəm. Nə ad günü keçirilən bacıma, nə də ki, indi atamın atıb-tutub oynatdığı qardaşıma paxıllığım tutmurdu. Yenə də Vüsalın “xort” adlandırdığı özümə yazığım gəlirdi. Bir azdan atamın bol süfrəsindən qarın ac çıxıb gedirdim. Hara gedirdim, özüm də bilmirdim. Anamgilin evdə olmadığını bilirdim. Atamın bəzəkli gəlinciyə oxşayan arvadı ertə ikən:

– Dur, get, – demişdi. – Qaranlıqda itə-qurda rast gələrsən.

Ağzımı açıb “burada qalacam” demək istədim. Gözüm atamın buz kimi soyuq gözünə sataşdı. O da canıyanırmış kimi arvadının sözünü təsdiq etdi. Elə o söz iştahamı kəsdi. Dimdələnib ayağa qalxdım. Evimizə tərəf deyil, naməlum istiqamətə üz tutdum. Qarşıdakı parkı görüb sevindim. Çatıb bir az gözdən uzaq bir yer tapıb oturdum. Bundan sonra nə edəcəyimi düşünürdüm. Babam rəhmətə getmişdi. Nənəmi bibim öz evinə aparmışdı. Düşündükcə ürəyim sıxılırdı. Gözümə yuxu getdi. Yuxumda atamın evində idim. İndi bu ev bir vaxtlar anamın arzuladığı zəngin ev idi. Hər yer səliqə-səhmanlı, əşyaları təptəzə, süfrəsi bol, iqlimə hər yeri sərinləşdirib cənnətə çevirmişdi. Anam təzə mətbəxdə yemək bişirirdi, mənsə həvəslə yeməyin hazır olmağını gözləyirdim. Yuxudan xırıltılı səsi olan, üz-gözündən natəmizlik tökülən bir oğlanın səsinə oyandım. Oğlan məndən pul istəyirdi. Əvvəl “yoxdur” – dedim. Sonra üstümə şığıyan eybəcər oğlandan qorxub əlimi cibimə atdım, orada pul olmadığını bilirdim. Əlimə nəyinsə dəydiyini hiss edib sevindim. Qorxa-qorxa çıxardıb baxdım, iyirmi manat idi. Yəqin atam qoymuşdu. Hər halda sevindim. Oğlan pulu göydə qapıb əlimdən aldı. Puldan çox yarımçıq qalmış yuxuma heyfim gəlirdi. Burada yatmağa da qorxurdum. Bayaqkı oğlanın sifəti gözümün önündən çəkilmirdi. Bir azdan oğlan yenidən peyda oldu. Bu dəfə pul istəmədi. Domba gözlərini mənə dikib:

– Pul qazanmaq istəyirsən? – dedi.

Yazıq-yazıq onun üzünə baxıb çiynimi çəkdim. Dombagöz cibindən dərman çıxarıb mənə verdi:

– İç, ağlın başına gəlsin, sonra danışarıq, – dedi.

Qoxudan, ya bilmirəm nəyə görəsə dərmanı susuz-filansız uddum. Ertəsi gün polislər məni silkələyib ayıltmağa çalışanda başım daşa dönmüşdü. Toran düşüb şər qarışmışdı. Niyə bu qədər yatmışdım, bilmirəm. Axşamın sazağında xəfifcə titrəyirdim. Ünvanımı soruşanlara key-key baxırdım. Cavab verməsəm də, hər iki ünvanı əzbər bilirdim. Heç birinə qayıtmaq istəmədiyim üçün çiynimi çəkib:

– Bilmirəm, – dedim.

Ağacları əsdirən külək ürəyimə əsməyə başlasa da, o iki ünvanda məni gözləyən olmadığı üçün ürəyimdə: “Mənim ünvanım elə buradır,” – deyə düşünürdüm.

Lent.az 17 yaşında “Türk Dünyasının Memarları və Bərpaçıları” Simpoziumu keçirilib Müslüm Maqomayevin nadir səs yazısı - İlk dəfə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 İyul 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri