Icma.az
close
up
RU
Boz pişiyin ünvansız məktubu Akif Cabbarlının hekayəsi

Boz pişiyin ünvansız məktubu Akif Cabbarlının hekayəsi

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mənim adım Marsdır. Düzü, bu adı niyə qoyublar bilmirəm. Marsdan gəlməmişəm, Yupiterdən də xəbərim yoxdur. Deyilənə görə əslim-nəcabətim Şotlandiyadandır. Hələ körpəlikdən, mavrı vaxtımdan bu ailəyə düşmüşəm. Məni burada çox sevirlər, əzizləyirlər. Evin ağsaqqalı məni sadəcə Vasya deyə çağırır. Bu adı səsləndirən kimi yanına qaçır, qucağına çıxıram. Eşitmişəm ki, ağsaqqal hələ lap gəncliyindən həmcinslərimə böyük hörmət bəsləyir. Bildiyim qədər pələng ilindəndir.Buna görə  təbii olaraq pişikkimilərin hamısına böyük hörməti, tükənməz məhəbbəti var.

Evin ağbirçəyinin də mənə qarşı qayğısını heç vaxt unutmaram. Həmişə başıma sığal çəkir, ayaqüstə qaldırıb üzünü üzümə sürtür. Belə vaxtlarda o da kövrəlir, mən də. Çox ürəyiyumşaq qadındır. Məni ayda bir-iki dəfə o çimizdirir. Əllərini cırmaqlayıb eləmirəm. Bilirəm ki, təmizliyimi, yaraşıqlı olmağımı istəyir. Amma evin gəlini bir dəfə- onda bir yaşım tamam olurdu – məni yuyunduranda gördüm əsəbidir, mən də əllərini çırmaqladım, hətta barmaqlarını  möhkəmcə dişlədim də. Odur-budur çimmək işinə yalnız ağbirçək baxır. Qaldı uşaqlara, on iki yaşlı dəcəl oğlan başıma min oyun açır. Gözümə qırmızı işıq salır, rəngbərəng ipləri fırladıb məni cırnadır. Mən də ondan qaçıram, bir küncdə gizlənib saatlarnan çıxmıram. On yeddi yaşlı qızcığaz isə ayrı aləmdir. Məni evdə hamıdan çox istəyir. Bunu dəqiq bilirəm. Havalar xoş olanda mənim üçün xüsusi olaraq tapıb aldıqları səbət- korzində məni həyətə düşürür, nazımı çəkir, tumarlayır. Doğrudur, tumarından xoşum gəlir, amma keçirdiyim iztirablardan onun zərrə qədər xəbəri olmur. Baxıram həyət pişiklərinə, ürəyim sıxılır. Oynaşırlar, qaçışırlar, arada bir həyətdə dənlənən ağlı-qaralı göyərçinlərdən birini tutub parçalayır, paylaşır, həyatdan qədərincə ləzzət alırlar. Mən isə yalnız mağazadan alınan  yeməyə möhtacam. Niyə belə qayda qoyublar, bilmirəm. Axı niyə toyuq əti, mal ətinin kotleti, yumurta, kartof yeməməliyəm ki... Evdə söhbətlərini eşitmişəm, guya baytar həkimi belə məsləhət görüb. Onun məsləhəti başına dəysin. Hələ bu azmış kimi, o gün o həkim evin oğluna zəng edib məni təcili olaraq yanına apazdırıb. Nədir-nədir, artıq o vaxt yetişib ki, məni təcili əməliyyat eləsin,  quzu kimi sakitləşim. Ömür boyu yadımdan çıxmaz, həkim əsil qəssab davranışı ilə məni dünyanın ən şirin ləzzətindən birdəfəlik məhrum elədi. Beləliklə nə vaxtsa rastlaşacağım, ünsiyyət quracağım zərif həmcinslərimdən biri ilə baş tutacaq romantik anlarıma iti qəssab bıçağı ilə heç vaxt silinməyəcək qara bir nöqtə qoydu.

Təbii ki, başıma gələn bu hadisəyə görə evdəkiləri qətiyyən qınamıram. Görünür, yuxunun şirin vaxtları qəfil miyoldamağım, zarımağım onları da narahat edirmiş. Həm də mənim gənclik eşqimin anlaşılmaz sızıltıları onların da qəlbini ağrıdırmış. Nə etmək olar, bu da bir taledir, alnıma yazılıb. Görünür biz pişiklərin həyatı bu cür anlaşılmaz, izaholunmaz hadisələrə köklənib. Amma yaşadığım, ağsaqqalın dediyi kimi, evin “kiçik oğlu” statusunu qazandığım mənzilin ab-havası, aurası çox ürəyimdəndir. Özümü burada rahat hiss edirəm. Evə hər cür ərzaq alırlar, biş-düş edirlər, yeyib-içirlər. Heç nəyə tamah salmıram, nuş canları olsun. Nə etmək olar, qayda bu cür qoyulub- mən ancaq market yeməyi yeməliyəm. Olsun, acından ölmərəm. Pəncərədən seyr elədiyim göyərçinlərə də uzun ömür arzulayıram. Allah o çöl pişiklərinə də insaf versin ki, ətcəbala quşlara diş qıcamasınlar. Axı, bu quşcuğazlar da yaşamaq, balalamaq, nəsil artırmaq istəyirlər. Onların ömrünü yarıda qırmaq bağışlanan deyil, axı..

Nə isə. Bir qədər həyacanlıyam. Bu məktubu pişiklərin hüquqlarını qoruyan hansısa təşkilata ünvanlamaq fikrim yoxdur. Sadəcə ürəyim dolu idi, qismən də olsa fikirlərimi yazıb yüngülləşmək istədim. Başağrısı oldusa bağışlayın. Hamınızı Çoxmərtəbəli, Çoxmənzilli Binanın lap yuxarısından salamlayır, hər birinizə, eləcə də mənim həmcinslərimə sakit, salamat həyat arzulayıram.

                Son.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Mart 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri