Icma.az
close
up
RU
Ölümsüzlük istəyən Putinə “cavanlaşdıran çiyələklər” göstərilib...

Ölümsüzlük istəyən Putinə “cavanlaşdıran çiyələklər” göstərilib...

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tərkibində guya “faydalı maddə” var...

...Sentyabrın 9-da axşam saatlarında Rusiya prezidenti Vladimir Putin Sirius Elm və Texnologiya Universitetinin laboratoriya kompleksinə baş çəkib və burada ona “cavanlaşdırıcı çiyələklər” göstərilib.

SİA-nın məlumatına görə, agentlik qeyd edib ki, bu, siyasətçinin Çin rəhbəri ilə ölümsüzlük mövzusunu müzakirə etdikdən bir neçə gün sonra baş verib.

Rusiya prezidenti üçün turu universitetin elmi şurasının sədri Roman İvanov aparıb. Laboratoriyanın işinin nəticələri arasında o, ilk olaraq Putinə göbələk infeksiyalarına qarşı müqavimətini artırmaq üçün genomu "dünyada ilk dəfə olaraq" redaktə edilən Merlot üzüm sortunu göstərdi.

Sonra isə ona “cavanlaşdıran çiyələklər” göstərilib.

...Daha sonra gördüyünüz çiyələklər də redaktə edilmiş çiyələklərdir ki, tərkibində 12 dəfə çox quercetin var. Bu, faydalı maddədir - antioksidant xüsusiyyətlərə malik flavonoiddir. Yəni, sonda belə cavanlaşdıran çiyələk əldə etdik.

Bunu İvanov deyib.

Kremlin saytı qeyd edib ki, Sirius Universitetinin laboratoriya kompleksi “ən müasir avadanlıqla təchiz olunub və əczaçılıq, tibb və kənd təsərrüfatında genetik texnologiyalardan istifadə ilə bağlı geniş spektrli problemləri həll etməyə, genetika, immunologiya, tibbi biotexnologiya və gen terapiyası, biologiya və bitki biotexnologiyası sahəsində tədqiqatlar aparmağa imkan verir”.

...Rus xalq nağıllarına görə, cavanlaşdıran alma gənclik verir. Eyni hekayə başqa ölkələrin mifologiyasında da var. Məsələn, yunan mifologiyasında Heraklin zəhmətlərindən birində əldə etdiyi Hesperid almaları da gəncliyi bərpa edib, ömrü uzadır. Putinə Çində keçirilən hərbi paradda Çin rəhbəri ilə təsadüfən nə danışdıqları məlum olduqdan cəmi bir neçə gün sonra ona cavanlaşdıran çiyələklər göstərilib.

Onlar tribunaya gedərkən Çin dövlət televiziya kanalının mikrofonu Çin liderinin tərcüməçisinin sözlərini götürüb. O, Sinin sözlərini rus dilinə tərcümə edib: “Əvvəllər insanlar nadir hallarda 70 yaş yaşayırdılar, amma indi 70 yaşında sən hələ uşaqsan”.

Daha sonra Putinin cavabı gəlib: "İnsan orqanlarını hər zaman transplantasiya etmək olar. Nə qədər çox yaşasanız, bir o qədər cavanlaşarsınız və hətta ölümsüzlüyə nail ola bilərsiniz".

…Putin həm də qeyri-ənənəvi cavanlaşdırma təcrübələrinə maraq göstərib: hələ 2000-ci illərin əvvəllərində o, Altay marallarının buynuzlarının ekstraktından hazırlanan buynuz vannaları ilə maraqlanmağa başlayıb.

Bunu da Proekt yazır.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Sentyabr 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri