Icma.az
close
up
RU
Ombudsman Beynəlxalq Əlilliyi olan Şəxslər Günü tədbirində iştirak edib

Ombudsman Beynəlxalq Əlilliyi olan Şəxslər Günü tədbirində iştirak edib

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edib.

Bu əlamətdar gün çərçivəsində Müvəkkil ilk növbədə autism sindromlu şəxslərin çalışdığı “Kaşalata” inklüziv kafesini ziyarət edib, burada yaradılmış şərait və iş mühiti ilə tanış olub, məşğulluğu təmin edilmiş əlilliyi olan şəxslərlə görüşərək onların qayğıları ilə maraqlanıb.
Görüş zamanı əhalinin həssas qrupları arasında məşğulluğun artırılması, onların cəmiyyətə inteqrasiyasının təmini istiqamətində tədbirlərin olduqca mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub, eləcə də Ombudsmanın fəaliyyətində həmin şəxslərin hüquqlarının müdafiəsinin mühüm yer tutduğu bildirilib.
Daha sonra Səbinə Əliyeva Bakı Kitab Mərkəzində “Səssiz Ünsiyyət Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən inklüziv formatda keçirilmiş “Oxu saatı”nda iştirak edib.
Ombudsman çıxışı zamanı bu cür tədbirlərin təşkilini yüksək qiymətləndirdiyini, eşitmə və nitq qabiliyyəti məhdud, həmçinin xüsusi qayğıya ehtiyacı olan bütün uşaqların cəmiyyətə layiqli inteqrasiyasına, eləcə də onlara dövlət orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, ümumilikdə bütün ictimaiyyətin inklüziv həyat naminə lazımi dəstəyin göstərilməsinin əhəmiyyətini vurğulayıb.
Müvəkkil jest dilinə canlı tərcümə təmin edilməklə uşaqların seçdiyi kitablardan nağıllar oxuyaraq, onlarla mahiyyəti üzrə interaktiv və maraqlı müzakirələr aparıb.
Ombudsman sonda bu kimi layihələrin yalnız xüsusi günlər üçün deyil, cəmiyyətdə inklüzivliyin davamlı dəstəklənməsi naminə mütəmadi qaydada təşkilinin vacibliyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Dekabr 2024 01:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri