Icma.az
close
up
RU
Ombudsman institutu, yoxsa saxta reklam şirkəti?

Ombudsman institutu, yoxsa saxta reklam şirkəti?

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Ombudsman özünüreklamla gerçək müvəkkillikdən imtina edir; şikayətlərdən rüşvət amacı ilə yararlanılır

Azərbaycan televiziyalarının əsas mövzudan kənar yayımının bir bölümünü də Ombudsmanın- insan hüquqları üzrə müvəkkilinin reklam çarxının zəbt etməsindən bəlkə də çoxunun xəbəri yoxdur. Amma müvəkkilliyin özündən fərqli olaraq bu reklam gerçəkdir, Ombudsman hansı hallarda ona müraciət etmək gərəkliyini insanlara anladır. İnsanlar şikayət etdikdə isə müvəkkilliyin elə yalançı reklamdan özgə bir şey olmadığı üzə çıxır. Gerçəkdə Ombudsman Aparatının şikayətlərdən rüşvət, korrupsiya amacı ilə yararlanması hüququ pozulanlara gizlin deyil. Ombudsmanın özü haqqında qanunla üzərinə qoyulan  görəvi, özəlliklə,  məhkəmələrlə bağlı pozuntularda icra etməkdən  imtinasının kökündə qeyri-prosessual ilişgidən özgə nə dayana bilər axı? Baxın, bu “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 1.9-cu maddəsi, bu da Konstitusiyaya da, Qanuna da hörmətsizlik!

“1.9. Müvəkkilin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə MƏHKƏMƏ QƏRARLARININ İCRASININ GECİKDİRİLMƏSİ ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır”. Konstitusiyaya, Qanuna sayğısızlıq o həddədir ki, ombudsman məhkəmə qərarlarının GECİKDİRİLMƏSİNDƏN pozulan insan hüquqlarını nəinki qoruyur, əksinə bu qərarların heç vaxt icra edilməyəcəyinə müvəkkillik edir.(?) Saxta müvəkkillik məntiqinə görə, məhkəmə qərarlarını gecikdirmək HAKİMLƏRİN MÜSTƏSNA FƏALİYYƏTİDİR və ombudsmanın bu fəaliyyəti yoxlamaq səlahiyyəti yoxdur, yoxdur! ( Lap ünlü filmimizdəki ölməz aktyorumuz Əlağa Ağayevin personajının “yoxdur” xidməti”nə oxşadı: “Görürsən ki, pul sayıram, vaxtım yoxdur!”- M. B.)

Başımıza gələnlərin lap bugünədək sürməsindən , ombudsmanın onlarla illərdir məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı pozulan insan hüquqlarını hüquq pozucularının sifarişi qorumaqdan imtina etməsindən faktları bir daha “reklam müvəkkilliyinin” diqqətinə çatdırırıq: Xətai məhkəməsinin 2009 və 2011 tarixli 2 qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ əlilinə sahibkarlıq amacı ilə ayrılan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev-10 A ünvanındakı qeyri-yaşayış otaqlarını borclular ƏMDX, Nizami RİH ƏN-in Xətai və Nizami icra şöbələrinin “ ağzını bağlayıb  gözünü yumdurmaqla” mütəşğkkil dəstə şəklində  öncə həmin ünvandakı bankın, bank bunu yalanlayanda 9 yaşlı Hüseynov Aydın Bəxtiyar oğlunun, 2021-ci ildən ata adı olmayan (?) Türkiyə vətəndaşı Sezer Keremin adına sənədləşdiriblər. 17-ci ildir Ombudsman bu məhkəmə dələduzluğuna, mütəşəkkil cinayətə baxmaqdan imtina edir. Məhkəmələrin çıxardıqları məhkəmə qərarlarının icra etməməsini müvəkkillik hakimlərin müstəsna fəaliyyəti kimi qiymətləndirir. 17 il geriyə getməyə ehtiyac yoxdur, 17 gün qabaq 2 qətnaməni çıxaran, lakin icrasını təmin etməyən Xətai məhkəməsinə tələbkar kimi ərizə verib, qətnamələrin yenidən icraya yönəldilməsini tələb edən tələbkarın ərizəsini məhkəmə şəbəkə cinayəti ilə dəyişdirib. Ombudsmanın (Aparatının) cavabı isə “fəaliyyəti” yoxlamaq səlahiyyətsizliyi” olub. Bakı İnzibat Məhkəməsinin 2016 və 2017-ci il tarixli 2 qərarının icrasını da məhkəmə təmin etməkdən imtina edir, hətta tələbkar kimi verilən ərizələri qəbul etmir. 11 və 19 iyunda məhkəmənin dəftərxanasına verilən icranın təmin olunması barədə ərizələrə isə 40 gündür baxılmır. Ombudsman (Aparatı) yenə “daş alıb, başını tutur” ki, məhkəmənin icradan imtina etməsi “fəaliyyətini” yoxlamaq hüququ yoxdur. Ombudsman (Aparatı) şikayətləri “cibinə uyğun” saxtalaşdırıb, baxacaqsa, onda saxta reklam çarxına pul xərcləməyin adı nədir? Məhkəmələrdə süründürməçiliyə də müvəkkilin öz baxışı var. Məhkəmənin saxta cavablarını Konstitusiya kimi qəbul etmək. Saxtalığa baxın, Nərimanov məhkəməsinin 1514/25 və 1588/25 saylı iki qərardadını hakim Nərgiz Tağıyeva 5 ay qabaq özü ləğv edib , amma MPM-in 269.2-ci maddəsinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etmir. Hər 2 qərardadın nəticə hissəsi- QƏRARDAD LƏĞV EDİLSİN- Ombudsmana şikayətə əlavə olunsa da, müvəkkil məhkəmənin nağılına əsasən “fəaliyyəti” yoxlaya bilməzliyini qərara alıb. Bakı İnzibati Məhkəməsinin hakimi, hazırda saxtalığını Bakı Apellyasiya Məhkəməsində sürdürən Şərafət Məmmədovanın 11-ci ildir, hazırda Şəki İM-ə sədrlik edən Rüstəm Kərimlinin 6-cı ildir Bakı AM-in ləğv etdiyi aktlarına yenidən baxmaqdan imtinasına da müvəkkilliyin cavabı “fəaliyyət səlahiyyətsizliyidir”. Şərafət Məmmədovanın 10-cu ildir özünün qərarının icrasına qadağa qoymasından apellyasiya şikayətinin apellyasiya instansiyasına göndərilməsini də müvəkkil təmin edə bilmir. Onda bu reklam bazarı kimə gərəkir, kimin üçün açılıb?

Özfəaliyyəti, özbaşınalığı hakimin müstəsna hüququ, fəaliyyəti kimi qiymətləndirən müvəkkilin öz fəaliyyətinin də özbaşınalıqdan o yana keçmədiyi verdiyi cavablardan bəlli edir. Özbaşına fəaliyyətə baxın, Bakı AM-in MK-sının sədri Rafael Eyvazovun göstərişiilə Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə üçlüyü 1-ci dərəcəli Qarabağ əlilini yatağında  məhkəməyə ərizə verdiyinə görə 400 manat, Fuad Abdıyev, Fuad Babayev, Cəmilə Musayeva kassasiya şikayəti verməyə hüquqi yardım istədiyinə görə 100 manat, Nizami məhkəməsinin kommersant hakimi Qumru Əliyeva (VÖEN 1400028632) hakimə etiraza görə 300 manat yazılı icraat qaydasında cərimə edib və anında – gecə ilə saxta qərarlarını saxta icra sənədi ilə icraya yönəldib, anında icra məmurları (Aslanov Əlihüseyn Zayralı oğlu, Qurbanova Sevinc Zahid qızı) icraata başlayıblar, di gəl,  müvəkkil bunu da “hakimlərin müstəsna fəaliyyəti”  sayır!

İndi necə olur, 17 ildir Qarabağ əlilinin xeyrinə çıxarılan 8 məhkəmə qərarının heç bir icra olunmur, amma məhkəmələrin cərimə qərarları bir gecənin içində icra olunur?! Ombudsman hər iki özbaşınalığı “hakimlərin fəaliyyəti” sayıb, özbaşınalığını 17 ildir sürdürür. İndi də keçib reklama. Reklamla hüquq qorunsaydı, “halva-halva” deməklə də ağız şirin olardı. Olmur axı!

Məğrur Bədəlsoy

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 İyul 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri