Icma.az
close
up
RU
Ombudsman Səbinə Əliyeva Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin sədri ilə görüş keçirib

Ombudsman Səbinə Əliyeva Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin sədri ilə görüş keçirib

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) sədri, Moldova Respublikasının Uşaq Hüquqları üzrə Xalq Müdafiəçisi Vasile Koroi ilə görüşüb.

Görüş zamanı Səbinə Əliyeva Azərbaycanın Ombudsman təsisatı ilə Avropa Uşaq Ombudsmanları Şəbəkəsi arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.  Müvəkkil ölkədə uşaq hüquqları sahəsində mövcud vəziyyət, müxtəlif kateqoriyadan olan, o cümlədən müharibədən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsi və həyata keçirilən tədbirlər barədə qonağa məlumat verib. Bununla yanaşı, son dövrlərdə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində normativ hüquqi aktlarda edilmiş müvafiq dəyişikliklər və aparılan institusional islahatlar nəticəsində Azərbaycan Ombudsman təsisatının ENOC-un tam üzvü seçilməsini əhəmiyyətini qeyd edib, ENOC-la əməkdaşlıq çərçivəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə təkliflərini səsləndirib.

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva Ombudsmanın müvafiq sahə üzrə mandatı, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə Monitorinq Qrupunun fəaliyyəti, bu istiqamətdə görülən işlər, irəli sürülən təkliflər və əldə edilmiş müsbət təcrübələr barədə ətraflı məlumat verib.

Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin sədri öz növbəsində səmimi qəbula görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib, mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb, ombudsman təsisatları səviyyəsində uşaq hüquqları sahəsində əməkdaşlığın daha gücləndirilməsinin vacibliyini qeyd edib.

Yekunda tərəflər qarşılıqlı fikir mübadiləsini yüksək qiymətləndirib, gələcəkdə insan hüquqları, xüsusilə uşaq hüquqları sahəsində birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Hurriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Noyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see577

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see136

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see136

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see136

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see135

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see132

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see129

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see129

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see128

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see128

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see127

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see127

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see126

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see126

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see124

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see122

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see120

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri