Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib FOTOLAR
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib. SİA xəbər verir ki, qəbul üçün müraciət etmiş şəxslərin hər biri Ombudsman tərəfindən fərdi qaydada qəbul edilib.
Bir sıra məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması məqsədilə müvafiq dövlət qurumlarına müraciət ediləcəyi qeyd olunub.
Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün ənənəvi vasitələrlə yanaşı, Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, elektron poçt ünvanları, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 18 İyul 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















