Ömər Baba prokurorluqda: Filmdəki ölüm səhnəsi...
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Türkiyənin məşhur “Qurdlar Vadisi” serialında Ömər Baba obrazı ilə yadda qalan aktyor Emin Olcay prokurorluqda ifadə verib.
Kult.az Musavat.com-a istinadla xəbər verir ki, aktyor keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında müəmmalı ölümü ilə bağlı aparılan istintaq çərçivəsində “məlumat sahibi” qismində dindirilib. Emin Olcay Silivri Ədliyyəsinə gələrək prokurorluqda ifadə verib. Onun ədliyyəyə gəlişinin görüntüləri də yayılıb. Aktyor istintaqda şübhəli şəxs statusunda deyil.
Araşdırmanın diqqətçəkən məqamlarından biri “Qurdlar Vadisi Pusu” serialında Kozinoğlunun ölümü ilə oxşarlıq təşkil edən səhnələrdir. 10 noyabr 2011-ci ildə yayımlanan 136-cı bölümdə Kaşif Kozinoğluna bənzədilən Kazım Kaşifoğlu obrazı həbsxanada saxlanılıb, daha sonra isə öldürülüb.
Cəmi iki gün sonra, noyabrın 12-də Kaşif Kozinoğlu Silivri həbsxanasında dünyasını dəyişib. Dekabrın 8-də yayımlanan 139-cu bölümdə isə Kazım Kaşifoğlu obrazının şprislə öldürülməsi səhnəsi nümayiş etdirilib.
İstintaq çərçivəsində serialın ssenaristləri Raci Şaşmaz, Bahadır Özdənər və Cüneyt Aysan da daha əvvəl “məlumat sahibi” qismində ifadə veriblər. Kazım Kaşifoğlu obrazını canlandıran Sədat Savtakın da ifadəyə çağırıldığı bildirilir.
Prokurorluq serialdakı həmin səhnələrin hazırlanması, ssenaridə istifadə edilən məlumatların mənbəyi və bunların Kozinoğlunun ölümü ilə mümkün əlaqəsini araşdırır.
Emin Olcay ifadədən sonra jurnalistlərə açıqlamasında “İgidlərimizin qanı yerdə qalmaz” deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 23 Sentyabr 2026 06:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















