Ömer Çelik: Azərbaycan qazının nəqli Suriyada sosial həyatının bərpası baxımdan əhəmiyyətlidir
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya nəqli bu ölkənin dağılmış infrastrukturunun, sosial həyatının bərpası baxımından son dərəcə əhəmiyyətlidir.
525.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik keçirdiyi mətbuat konfransında deyib.
Türkiyənin enerji diplomatiyasının mərkəzinə çevrildiyini vurğulayan Ö.Çelik həmçinin qeyd edib ki, bu addım regionda sabitliyin təmin olunmasına da töhfə verəcək.
Qeyd edək ki, bu gün Azərbaycandan Suriyaya qaz tədarükünə başlanılıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 02 Avqust 2025 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















