Icma.az
close
up
RU
Gətirdin ömrümün yazını, nərgiz!

Gətirdin ömrümün yazını, nərgiz!

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Hər gələn yazda güllərin, çiçəklərin qoxusu var. Hər yaz mehində bu qoxunu könlümüzdən ruhumuzun dərinliklərinəcən hiss etdirən nərgizlərin də insan kimi yuxusu var. Bəlkə, yaz çiçəklərinin sehri də, mehri də elə bundadır. Məni də beləcə ovsunlayır yaz çiçəkləri. Yazda ana torpaq mənimlə gül-çiçək dilində danışır. Yazın dili nərgiz, bənövşə dilidir.

Hələ bir şairin hissin, duyğunun zirvəsindən boylanan zərif misra düzümünə fikir verin: ”Çiçəklər şairə deyər dərdini...”

Gül-çiçəklə öz dilində danışmasan, ətrini itirər, rəngini dəyişər. Torpağın köksünü yaralamasan, hər qarışında gül bitirər. Bunu bir ovuc torpağın həsrəti ilə yaşayanlar gözəl bilər, hamıdan əzəl bilər.

Torpağın köksündəki çəmənin gül-çiçək xalısını görmüsünüzmü? Zər çiçəklər, xalı çəmənini bəzər çiçəklər. O xalının bircə gülünü üzmüsünüzmü, çiçəyini dərib yaxanıza düzmüsünüzmü? Baxanda gözlər gözəllikdən qamaşar.

Könlüm yazda çöllərə, güllərə uçar, bənövşə-bənövşə, nərgiz-nərgiz qönçələr açar. Doğrudan da, “Bənövşənin xatirinə kol dibinə iz düşər”.

Həzin-həzin meh əsdikcə qönçələr baş-başa verib bir-birini qoxlayar. İnsan təbiətin tablosuna biganə qala bilmir, dönüb ayaq saxlayır. Görür ki, “bənövşə qız iylər, qız bənövşəni”...

Nərgiz insan ürəyini ehtizaza gətirən güldür. Yaz günəşi öz zərrin şəfəqlərini yaydıqca arzular çiçəyi – nərgiz gülü açılar. Nərgizin rəngi təzəcə doğmuş günəşin sarımtıl rəngini xatırladır. Nigaran nərgizlər ləçəklərindən gözlərimdə çıraq yandırır. Baxıram, rəngini gözlərimə, ətrini ciyərlərimə köçürürəm.

Nərgizlər yuxulu gözlərini günəşə tərəf əyər. Yaz yağışı yağmağa başlayanda isə su sonası kimi yuyunar nərgizlər. Bu da əzbərimdə yaşayan şeirlər içindən bir seçmədir. Şairin duyğu mənzərəsinə biganə qalmamaq olmur:

“Üfüqdən baharın ilk günü çıxar,
Çıxar, qar deyilən kürkünü çıxar.
Qarşına nərgizlər mürgülü çıxar,
Sovuşar qışları bizim yerlərin.
Yağar yağışları bizim yerlərin,
Bahar yağışları bizim yerlərin...”

Nigaran nərgizləri görəndə duyğular qalareyasından yaranmış bir mənzərə aləminə düşürəm. Nərgizin sarımtıl yuxulu gözlərinə baxanda “yolunu gözləməkdən gözümün kökü saraldı” deyimi yada düşür. Sarı bülbüllərin köksü də, kəhraba kimi bal da nərgiz rəngindədir. Nərgizi görəndə qəlbimi beləcə nurlu duyğular isindirir və beynimi misra-misra düşündürür:

Anadilin səsinəmi oyandın?
Gətirdin ömrümün yazını, nərgiz.
Gözlərimdə nazlı-nazlı boylandın,
Gözlərim çəkəcək nazını, nərgiz...

Nigaran nərgizim, sənin baxışında günəş rəngi var. Mənim ömrümün də öz ahəngi var. Təbiətin yazı gələndə çıraq kimi, şam kimi yana- yana məni də yandırırsan:

Güllərin şahanə sarısı nərgiz,
Urəyimin sancan arısı nərgiz!

Ana torpağın qoynunda gül kimi bəslənən, köksü sarı bülbül kimi süslənən sarı nərgizim. Şahanə sarılardan danışdıqca özüm də Sarı Aşığa döndüm. Gülüm, mənim könlümü al, könlümü...

Həzi HƏSƏNLİ,
şair – publisist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Aprel 2025 02:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1064

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see378

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see377

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see342

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see240

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see235

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see220

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see218

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see204

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see199

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see197

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see195

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see188

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see187

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see179

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see177

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see172

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see171

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see168

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri