Icma.az
close
up
RU
Ömürlük əlillik necə verilir? Bütün suallara rəsmi cavab

Ömürlük əlillik necə verilir? Bütün suallara rəsmi cavab

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər aktual olan mövzulardan biri ömürlük əlillik verilməsi ilə bağlıdır.

Belə ki, sosial şəbəkələrdə əlilliyi olan vətəndaşlar müvafiq qurumlardan bu istiqamətdə bir sıra suallara cavab verilməsini istəyirlər.

Həmin şəxsləri ən çox narahat edən məsələlərdən biri ömürlük əlillyin qruplar üzrə hansı qaydada verilməsi və eyni zamanda, hansı hallarda kəsilə biləcəyidir.

Bu istiqamətdə "Cebheinfo.az"-ın suallarını Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov cavablandırıb: 

- Ömürlük əlillik qruplar üzrə hansı qaydada verilir?

- Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq müəyyən edilmiş diaqnoz və ağırlaşmalara əsasən əlillik müddətli və müddətsiz (ömürlük) təyin edilir.

Xüsusi tibbi göstəriş olduğu hallarda, bəzi geridönməz vəziyyətlərdə, məsələn, yuxarı və aşağı ətrafların amputasiyası zamanı əlillik müddətsiz təyin edilir. Bir sözlə, reabilitasiya potensialı olmayan əsas diaqnoz və ağırlaşmalar zamanı əlillik təyinatı ömürlük aparılır.

- Əlilliyə görə ödənişlər hansı hallarda kəsilə bilər?

- “Əlillik kəsilir” fikri yanlışdır. Müddətli təyin edilmiş əlillik başa çatdığı zaman əlilliyə görə ödənişlər də avtomatik olaraq dayandırılır. Bu, əlilliyin kəsilməsi və ya səbəbsiz dayandırılması  demək deyil.

Sadəcə daha əvvəl təyin olunmuş əlillik müddəti başa çatır və bu halda şəxs əlilliyin qiymətləndirilməsi üçün yenidən müvafiq qaydada müraciət etməlidir. Yəni, xüsusi yoxlamalar nəticəsində müəyyən edilən əsassız təyinat halları xaric əlillik kəsilmir, dayandırılmır. 

- Məsələn, 2-ci qrup əlilliyi olan şəxs fasiləsiz olaraq 10 il əlillik statusu alıbsa, ona ömürlük əlillik statusu avtomatik verilir, yoxsa yenə müayinəyə cəlb olunur?

- Qanunvericiliyə əsasən, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik təyin edilərsə, müddətsiz (ömürlük) müəyyən edilir. Bu hal həm ümumi, həm də xüsusi səbəbdən əlilliyə aid edilir.

Elektron sistem üzərindən qiymətləndirmə mümkün olmadığı halda biz onu müayinəyə dəvət edirik. Əgər elektron sistem üzərindən qiymətləndirmə mümkündürsə, heç əyani müsahibəyə gəlməyə ehtiyac yoxdur.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri