Icma.az
close
up
RU
On doqquz saylı Nərimanov birinci seçki dairəsində növbəti treninq təşkil olunub AZƏRTAC

On doqquz saylı Nərimanov birinci seçki dairəsində növbəti treninq təşkil olunub AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar 19 saylı Nərimanov birinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün növbəti treninq təşkil olunub. 4 gün davam edəcək təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığını, peşəkarlığını artırmaqdır.

AZƏRTAC xəbər verir ki, treninqlərdə 37 məntəqədən 185 nəfərin iştirakı nəzərdə tutulub.

Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak edən Bəhruz Cabbarlı və Hürü Kərimova aparırlar.

MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki prosesində müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə prosesinə dair praktiki tapşırıqlar və sair ilə bağlı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilir.

Dairə seçki komissiyasının sədri Azad Nəbiyev AZƏRTAC-a seçkilərə hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını deyib. O bildirib ki, məntəqələr seçki kabinələri, təşviqat, məlumat, seçici siyahısı lövhələri, generatorlar, elektrik fənərlərı, daşınmaz və daşınan seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, bələdiyyə seçkiləri ilə bağlı təlimatlarla təmin olunub. Seçki məntəqələrinin 11-də veb-kamera quraşdırılıb. Sağlamlıq imkanları məhdud seçicilər də diqqətdən kənarda saxlanılmayıb. Belə ki, həmin qəbildən olan vətəndaşlar üçün məntəqələrdə panduslar quraşdırılıb.

“Hazırda dairədəki seçki məntəqələrinin sayı 37, seçicilərin sayı isə 48 mindən çoxdur. Dairə üzrə 4 nəfərin 100-dən yuxarı yaşı var. Dairədə seçicilərin 893 nəfəri ilk dəfə səs verəcək. Onlar 18 yaşı tamam olan seçicilərdir”, - deyə A.Nəbiyev qeyd edib.

Qeyd edək ki, treninqlər, həmçinin 18 saylı Nərimanov-Nizami-Binəqədi, 20 saylı Nərimanov ikinci seçki dairələrinin dairə seçki komissiyalarında da keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri