Icma.az
close
up
RU
7 saylı Səbail seçki dairəsində növbəti treninq

7 saylı Səbail seçki dairəsində növbəti treninq

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar dairə və məntəqə seçki komissiyalarının bütün üzvlərinin iştirakı ilə hazırlığın artırılması, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərin təkmilləşdirilməsi, xüsusilə protokolların düzgün doldurulması istiqamətində 7 saylı Səbail seçki dairəsinin 3 saylı dairə seçki komissiyasında treninq təşkil olunub. SİA xəbər verir ki, təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığının və peşəkarlığının artırılmasıdır.

Treninqlərdə ümumilikdə 41 məntəqədən 246 nəfərin iştirakı nəzərdə tutulub. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak etmiş Anar Əhmədov həyata keçirib.

Anar Əhmədov bildirib ki, bu günədək bələdiyyə seçkilərində iştirak üçün Səbail seçki dairəsindən 30 nəfər, Badamdar seçki dairəsindən 24 nəfər namizədliyini irəli sürüb. Səbail seçki dairəsindən 17 nəfər, Badamdar seçki dairəsindən isə 13 nəfər bələdiyyə üzvü seçiləcək. Seçkilərə hazırlığın yüksək səviyyədə aparıldığını qeyd edən Anar Əhmədov bu prosesin uğurla yekunlaşması üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.

Məntəqə seçki komissiyasının üzvləri seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması, ümumiyyətlə bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumatlandırılıblar. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və digər zəruri metodiki vəsait, əyani materiallar da verilib.

7 saylı Səbail dairə seçki komissiyasının sədri Cahangir Məmmədov hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə səsvermə prosesinin şəffaf və demokratik qaydada təşkili, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını deyib.

“Bələdiyyə seçkiləri bütün dünyada həyata keçirilir. Hesab edirəm ki, demokratiyanın vacib atributlarından biridir və bu seçkilərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Mərkəzi Seçki Komissiyasının təlimatlarına əsasən bizim seçki dairəsində mütəmadi treninqlər keçirilir. Gün ərzində seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının üzvləri iki qrup şəklində - saat 11:00-da, ikinci qrup isə saat 15:00-da treninqdə iştirak edir. Bu hazırlıq zamanı seçki günü məqbul və qeyri-məqbul hərəkətlər barədə ətraflı məlumat verilir, qanun çərçivəsində şəffaf seçkilərin keçirilməsi üçün təlimatlar təqdim olunur. Daimi fəaliyyət göstərən 41 seçki məntəqəsindən əlavə Səbail rayonu ərazisində seçkiyə ən geci 5 gün qalmış işə başlayacaq seçki komissiyaları var. Bunlardan biri N saylı hərbi hissədir. Hər məntəqədən 36 nəfər hər gün treninqlərdə iştirak edir”, - deyə Cahangir Məmmədov bildirib.

Treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Yanvar 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri