Icma.az
close
up
RU
Əsrin bəlası: Stress

Əsrin bəlası: Stress

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Yeni gün başlayır və siz bu günü bacardığınız qədər problemsiz keçirmək istəyirsiniz. Ancaq bir tərəfdən yoxa çıxan corablar, bir tərəfdən hazır olmayan çay, bir tərəfdən uşağın ağlamaq səsi, bir tərəfdən tıxaca düşən maşın sizi hövsələdən çıxarır. Bütün cəhdlərinizə baxmayaraq, gününüzü problemlərlə başlayır, axşam isə ağır bir iş günündən sonra yorğun düşürsünüz.
Bu mənzərə yəqin ki, hamınıza yaxşı tanışdır. Çox vaxt belə günlərdən sonra səhhətinizdə müəyyən problemlər ortaya çıxır və siz istər-istəməz bunun səbəbini başqa yerdə və ya yerlərdə axtarmağa çalışırsınız. Halbuki başqa yerdə səbəb axtarmağa ehtiyac yoxdur. Diqqət yetirsəniz, bütün bu problemlərin başında stresin dayandığını görəcəksiniz.
Orqanizmin stresə qarşı reaksiyası başqa cür “ümumi ahəng sindromu” adlanır. Bu sindrom təhlükə, müqavimət, zəiflik kimi üç mərhələdə özünü göstərir. Təhlükə mərhələsində ən çox müşahidə edilən əlamətlər aşağıdakılardır:
1. Ürək döyüntüsünün (həmçinin tənəffüsün) sürətlənməsi;
2. Qanda şəkər səviyyəsinin yüksəlməsi;
3. Əzələlərdə gərginliyin artması;
4. Oynaqlarda ağrıların baş qaldırması;
5. Ağızda (həmçinin boğazda) quruluq;
6. Baş ağrısı və baş gicəllənməsi;
7. Əllərdə və ayaqlarda tərləmə;
8. Mədə-bağırsaq və həzm pozğunluğu;
9. Az və ya çox danışmaq;
10. Ürək bulanması, qusma və ya ishal;
11. Yorğunluq və ya halsızlıq;
12. İştahasızlıq və ya acgözlük;
13. Yuxuda danışmaq və ya qorxulu yuxular görmək;
14. Müvazinət pozğunluğu və ya yuxu pozğunluğu;
15. Həssaslığın artması (xüsusilə də səsə qarşı).
Təhlükə mərhələsindən sonra orqanizm ikinci mərhələyə qədəm qoyur. Bu mərhələ müqavimət mərhələsidir. Müqavimət mərhələsində orqanizm meydana gələn dağıntıları bərpa etməyə çalışır. Əgər orqanizm güclüdürsə, stresin fiziki təsirləri aradan qalxır. Əks halda isə insanda həyəcan, əsəbilik, bədbinlik, laqeydlik, qorxu və s. kimi əlamətlər davam edir.
Bundan sonra isə zəiflik mərhələsi başlayır. Bu mərhələdə orqanizmdə bəzi orqanik xəstəliklər meydana gəlir. Baş ağrısı, mədə yarası və yüksək qan təzyiqi bu xəstəliklərdən bəziləridir.
Stresli bir şəraitdə yaşayan insanların ən çox qarşılaşdıqları əlamətlər yuxusuzluq və ya yuxu pozğunluğudur. Stresdən irəli gələn yuxu pozğunluqları insanın əsəb sisteminin pozulmasına gətirib çıxarır.
Bəs stresdən necə yaxa qurtarmaq olar? Bunun üçün hər şeydən əvvəl stresi düzgün xarakterizə etmək lazımdır. Bundan sonra başqa tədbirlərə əl atmaq olar. Məsələn...
1. İstirahət etmək üçün vaxt ayırın.
2. Həmişə hərəkətdə olun.
3. İş vaxtınızı düzgün bölün.
4. Lazım olan qədər yatın.
5. Yemək rejiminə riayət edin.
6. Çətin vəziyyətdə özünüzü itirməyin.
7. Problemlərinizi başqaları ilə bölüşün.
8. İnsanlarla ünsiyyətə əhəmiyyət verin.
9. Hadisələrə nikbin baxmağı öyrənin.
10. Hobbilərinizin sayını artırın.
11. İşləriniz gərginləşdikdə fasilə verin.
12. Əsəblə (ya da həyəcanla) heç bir şeyi həll etmək mümkün olmadığını unutmayın.
13. Yaxınlarınızla ünsiyyətinizi kəsməyin.
14. Bir işə başlayarkən plan qurun.
15. Lazım gəldikdə kömək istəməkdən çəkinməyin.
Aygün Vəliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 05 Aprel 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri