Ön şüşəyə gerb yapışdıran sürücülərə mühüm XƏBƏRDARLIQ
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Gürcüstanda avtomobillərin ön şüşəsinə gerb şəkli yapışdıranların 500 lari cərimə edilməsi xəbəri bizim sürücüləri də narahat edib. 
Nəqliyyat məsələləri üzrə ekspert Rüfət Əmiraslanov Sherg.az-a açıqlamasında qeyd etdi ki, son günlər məhz bu məsələylə bağlı ona çoxsaylı müraciətər edilir, sürücülər hansı halda cərimə olunacaqlarını bilmək istəyirlər: 
- Avtomobil sahiblərinə bildirmək istəyirəm ki, burada əsas şərt görüntünün məhdudlaşdırılmamasıdır. Avtomobilin ön şüşəsinə gerb, bayraq, yaxud hər hansı başqa bir məzmunlu stiker yapışdırmaq olar və buna görə cərimə nəzərdə tutulmur. Lakin avtomobil sahiblərinin, sürücülərin diqqət etməli olduğu vacib məqam var. Hər hansı foto, şəkil, stiker görüntünü məhdudlaşdırmamalıdır. Stikeri ön şüşənin aşağı küncünə, ya da ən yuxarı küncə yapışdırmaq daha doğru olar. Bu halda şəkil görüntüyə heç bir maneə törətməyəcək. Və buna görə cərimə nəzərdə tutulmur. Cərimə o zaman tətbiq olunur ki, görüntü məhdudlaşmış olsun.
Baxış sayı:46
Bu xəbər 29 Sentyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















