On yaşlı keniyalı iştirakçı: COP29da ən çox xoşuma gələn uşaqlar üçün xüsusi pavilyonun olmasıdır
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"COP29 konfransının iqlim mövzularına yönəlməsi yüksək qiymətləndirilməlidir. Burada əsasən iqlim dəyişiklikləri ilə bağlı məsələlər müzakirə edilir. Uşaqlar üçün xüsusi xəbər pavilyonunun olması isə məni çox sevindirdi".
Bu sözləri COP29 çərçivəsində ölkəmizə Keniyadan gələn 10 yaşlı iştirakçı Abigeyl Nyoki Gitonga AZƏRTAC-a açıqlamasında söyləyib.
O, ölkəsində mövcud iqlim problemlərinə də diqqət çəkərək deyib: "Keniyanın bəzi bölgələrində şiddətli quraqlıq müşahidə olunur, digər bölgələrdə isə həddindən artıq yağış yağır. Ekoloji tarazlığı bərpa etmək üçün tədbirlər görülməlidir. Bu konfransın digər tədbirlərdən fərqi əsasən iqlim mövzularına yönəlməsindədir, halbuki əvvəlki tədbirlərdə kənd təsərrüfatı və digər sahələr daha çox ön planda idi".
Təşkilatçılıq səviyyəsinə də toxunan iştirakçı əlavə edib: "Tədbirin təşkilatçılığı çox yüksək səviyyədədir. Hər yer səliqəlidir və xalçalarla döşənib. Bu, iştirak etdiyim ilk belə tədbirdir və çox bəyəndim".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 21 Noyabr 2024 01:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















