Icma.az
close
up
RU
Ona görə Mirzə Cəlil xəstəliyə tutuldu, Mikayıl Müşfiq güllələndi, Hüseyn Cavid sürgün olundu Erməni müstəntiqin ölümə göndərdiyi ilk qadın nazirimiz

Ona görə Mirzə Cəlil xəstəliyə tutuldu, Mikayıl Müşfiq güllələndi, Hüseyn Cavid sürgün olundu Erməni müstəntiqin ölümə göndərdiyi ilk qadın nazirimiz

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycan tarixinin ən ziddiyyətli qadınlarından biri, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri — xalq ədliyyə komissarı və Azərbaycan SSR Ali Məhkəməsinin sədri Ayna Sultanovanın anım günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Ayna Sultanova Azərbaycan tarixində qadın hüquqları uğrunda mübarizənin əsas simalarından biri olub. O, 1895-ci ildə Şabran rayonunun Pirəbədil kəndində anadan olub.

Sultanova gənc yaşlarında Bakının məşhur “Müqəddəs Nina” gimnaziyasını bitirib. Daha sonra müəllim kimi çalışaraq qəzet və jurnallarda qadınların maariflənməsi, təhsili və ictimai-siyasi həyatda rolundan bəhs edən məqalələr yazıb. Məsələn, o, qadınların savadsızlığı və bunda çadranın təsiri barədə açıq sözlü çıxışlar edərək ictimaiyyətin diqqətini bu problemlərə yönəldirdi.

***

Ayna Sultanova inqilabi mübarizəyə 1917–1918-ci illərdə qoşulub. O və həyat yoldaşı Həmid Sultanov mart qırğınından az sonra Stepan Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edib və Azərbaycanda sovet rejimi qurmaq uğrunda çalışıblar. Mart qırğınlarından sonra sosialist düşüncəyə meyl edən Sultanova Bakının Sovetləşdirilməsi uğrunda gedən mübarizədə fəal iştirak edib. Sovet quruluşu möhkəmləndikcə 1919-cu ildə o, Moskvanın Lenin adına Kommunist Universitetinə göndərilib. Burada o, təhsilini davam etdirməklə yanaşı, RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin katibi işləyib. Moskvadakı fəaliyyəti haqqında o öz xatirələrində belə yazır:

"Xalq Xarici İşlər Komissarlığının partiya özəyi məni, qadın qulluqçular tərəfindən rayon partiya komitəsinə təhkim olunmuş nümayəndə təyin etdi. Mən qadınların qızıl ordu üçün alt paltarı tikmək və yamamaq, xəstəxanaların, uşaq bağçalarının və yeməkxanaların sanitariya vəziyyətini yoxlamaq işlərində çalışmasını təşkil edirdim".

***

Onun bolşevik partiyasına keçməsi haqqında filologiya elmləri doktoru Sabir Məmmədov “Azərbaycanın maarifpərvər qadınları” adlı əsərində yazır:

“1918-ci ilin isti, cansıxıcı iyul axşamlarının birində Ayna bir neçə kommunistlə partiya komitəsinə gəldi.

- Yoldaş Əzizbəyov, bu ilk azərbaycanlı qızıdır ki, firqəyə daxil olmaq istəyir, - deyə onlar Aynanı Məşədi bəyə təqdim etdilər.

Məşədi bəy imtahan edirmiş kimi Aynaya dedi:

- Qızım, firqəmizin hər bir üzvü böyük sınaqlar qarşısında özünü itirmir, lazım gəlsə, öz canını qurban verməyə hazırdır.

- Olsun, heç bir çətinlik, ölüm məni qorxutmur”- deyə Ayna xanım bolşevik partiyasına daxil olur və sona kimi ona sadiq qalır”.

***

O, siyasi fəaliyyəti ilə yanaşı təbliğatla da məşğul olmalı idi. Çünki bolşeviklərə bu, hava-su kimi lazım idi. Ona görə də Ayna Sultanova “Şərq qadını” jurnalına redaktor təyin olunur. Burada da onun qatı bolşevik ideyalarının təbliğatçısı olması özünü büruzə verir. “Aprel inqilabı mənə nə verdi”, “Firqə təmizliyinə hazırlanmalı”, “Firqə qurultayı qadınların işi haqqında nə dedi?”, “Rədd olsun çadra”, “Türk qadını traktor başında”, “Pionerləri unutmamalı”, “Azərbaycanda qadınlar təşqilatı canlanmalıdır”, “Şura aparatını təmizləməyə hazırlaşın” hər və s. məqalələr Şura hökumətini, onun ideyalarını təbliğ etməyə bir çağrışdır.

“Aprel inqilabı mənə nə verdi?” adlı məqaləsində yazırdı:

“Günümüz-güzaranımız çox pis keçirdi. Bu vaxt baxtımızdan Şura hökuməti gəldi. İşçi və kəndli hökuməti, yoxsulların yardımçısı. Aprel inqilabı qızları doğrudan da azad və xoşbəxt etmişdi" .

Başqa bir məqaləsində zərərli adamlardan danışırdı:

“Hazırda Şuralar İttifaqının hər tərəfində Şura aparatının təmizliyinə hazırlıq aparılmaqdadır. Bir necə il ərzində bura zərərli adamlar daxil olmuşdu”.

Bu məqalədən sonra Mirzə Cəlil mədəni mühitdən tədric edilərək əsəb xəstəliyinə tutuldu və dünyasını dəyişdi. Müşfiqin, Seyid Hüseynin başını qara buludlar aldı, Hüseyn Cavid sürgün edildi...

***

Sultanovanın əsas fəaliyyəti müsəlman qadınlarının ictimai həyatda rolunun artırılmasına yönəldilmişdi. O, qadınların savadsızlığına və çadranın sosial çətinliklərinə qarşı açıq formada çıxış edirdi. Məsələn, o yazırdı ki, qadın çadranı çıxarmasa, məktəbə gedə bilməyəcək, savadsızlığını aradan qaldıra bilməyəcək. Bu çağırışı ilə Sultanova qadınların təhsilə və ictimai fəaliyyətdə iştirakına diqqət çəkirdi. O, respublika daxilində yeni qız məktəblərinin açılmasını və qızların ali təhsil müəssisələrinə qəbulunda təkid edirdi.

Sultanovanın redaktorluq etdiyi "Şərq qadını" jurnalı geniş kütləni maarifləndirirdi. Jurnalda qadınların elm, mədəniyyət, tibb və incəsənət sahəsindəki nailiyyətlərinə geniş yer verilirdi. Məsələn, bu nəşrdə qadın və qızların elm, mədəniyyət, sənət və tibb sahəsindəki ilk yazıları çap olunurdu. Jurnalın səhifələrindən ucalan azadlıq səsi Türkiyənin, İranın, Əfqanıstanın qadınlarını da hərəkətə gətirib. Redaksiyanın ünvanına İstanbuldan, Tehrandan, Təbrizdən, Qəzvindən məktublar gəlib. 1926-cı ildə İranın Rəşt şəhərindən alınmış məktubda yazılıb:

"Şərq qadını” jurnalının nəşri İran qadınları arasında da böyük intibah yaradıb. İndi İran qadınları öz hüquqları qeydinə qalmağa çalışırlar. Belə ki, Rəşt şəhərində ilk dəfə ziyalı qadınlardan Mərziyə Zərabi xanım təşəbbüs göstərərək "Nameyi-Nisvani-Şərq” adlı məcmuə nəşr etməyə başlayıblar”.

***

O, qadınları ictimai həyatda çadrasız çıxış etməyə çağırır, bunun qadın azadlığının tərkib hissəsi olduğunu vurğulayırdı.

O, Sovet qanunlarının cəmiyyət səviyyəsində tətbiqini tələb edir, bu kimi köhnə ənənələrin qadağan edilməsini vacib sayırdı.

Kommunist Partiyasının fəal qadınlarının başqalarına nümunə göstərməsini istəyirdi. Sultanova yazırdı ki, müəllim və partiya işçiləri qabağa çıxıb digərlərinin də cəsarətini artırmalıdır.

Bu çağırışlar Azərbaycan cəmiyyətində geniş rezonans doğurdu. Sultanovanın ideyalarının təsiri ilə qadınların təhsil hüquqları genişləndi və ölkədə ilk dəfə qadınlar partiya strukturlarında və qanunverici orqanda təmsil olunmağa başladılar. “Şərq qadını” jurnalı vasitəsilə Sultanova bütün savadlı azərbaycanlı qadınları bir yerə yığıb onlara publisist kimi formalaşmağa imkan yaratmışdı.

Sovet hakimiyyəti Sultanovanın fəaliyyətinə yüksək qiymət verdi və onu əhəmiyyətli postlara gətirdi. 1923-cü ildən o, Azərbaycan KP-nın Mərkəzi Komitəsinin qadınlar şöbəsində məsul vəzifələrdə çalışdı. 1930–1937-ci illərdə isə Sultanova Azərbaycan SSR Xalq Maarif Komissarı yanında müavin, sonra maarif komissarı vəzifələrinə yüksəldi. Bu illərdə respublikada yeni məktəblərin tikintisinə və minlərlə müəllimin hazırlanmasına rəhbərlik edirdi. Sultanova mədəni tədbirlərə də xüsusi diqqət ayırırdı.

1937-ci ildə Ayna Sultanova ən ali vəzifələrdən birinə – Xalq ədliyyə komissarı postuna gətirildi. Beləliklə, o, Sovet Azərbaycanının ilk qadın nazirinə çevrildi.

***

1937–38-ci illər Sovet Azərbaycanı üçün dəhşətli dövr idi. Stalin repressiya maşını bütün ölkə boyu minlərlə insanı “xalq düşməni” adı ilə hədəfə almışdı. Ayna Sultanova da bu kütləvi təqiblərdən yan keçmədi. O, 1938-ci ilin yazında ailə üzvləri ilə birlikdə həbs edildi və “xalq düşməni” kimi ittiham olundu. Hər nə qədər yüksək post tutsa da, bu onu qurtarmadı. Bəzi mənbələrə görə, o, Stalinə müraciət üçün Moskvaya gedərkən yolda həbs olunub.

Onu da əksinqilabi millətçi təşkilatın üzvü olmaqda, burjua-millətçi təşkilatın işində iştirak etməkdə, ziyankarlıqda, Azərbaycan MK katibinə terror hazırlayan qrupa rəhbərlikdə ittiham edirlər.

Dindirməni erməni müstəntiq B.Martirosyan aparır.

10 noyabr 1937-ci il dindirməsi:

Sual: İstintaqa məlumdur ki, siz əksinqilabi burjua millətçi təşkilatın üzvüsünüz. Təklif edirik ki, istintaqa düzgün ifadə verəsiniz.

Cavab: İnkar edirəm ki, mən əksinqilabi millətçi təşkilatın üzvü olmamışam.

Sual: Siz düzgün danışmırsınız. İstintaqa məlumdur ki, siz əksinqilabi millətçi təşkilatın üzvüsünüz, müqavimət göstərməyin və istintaqa düzgün məlumat verin.

Cavab: Təkrar edirəm, mən heç vaxt əksinqilabi təşkilatın üzvü olmamışam.

Sual: Siz həqiqəti demək istəmirsiniz. Təklif edirik, müqavimət göstərməyi dayandırasınız və düzgün ifadə verəsiniz.

Cavab: Mən müqavimət göstərmirəm və həqiqəti deyirəm. Mən heç vaxt əksinqilabi millətçi təşkilatın üzvü olmamışam.

3 iyul 1938-ci ildə Matuleviç, Kolpakov, Kulik və Kazlovun iştirakı ilə Ayna Sultanovanın məhkəməsi baş tutur. İstintaq dövründə olduğu kimi 55 dəqiqəlik məhkəmədə də Ayna Sultanova özünü müqəssir hesab etmir. O, son sözündə də məhkəməyə heç bir əksinqilabi millətçi burjua təşkilatının üzvü olmadığını bildirir. Bütün bunlara baxmayaraq, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə “xalq düşməni” damğası ilə Ayna Sultanova güllələnır. Mənbələrə görə, o, istintaq zamanı ağır işgəncələrə məruz qalmışdı. Beləliklə, Ayna Sultanova öz inqilabi yolunda son damla qanına qədər dayanmış, lakin Stalin repressiyalarının qurbanına çevrilmişdi.

***

Məhərrəm Zülfüqarlı "Sovet dövrünün heykəlləri: Ayna Mahmud qızı Sultanova" məqaləsində Ayna Sultanovanın güllələnməsi haqqında yazır:

"Ayna Sultanova və repressiyalara məruz qalmış digər sovet rəhbərlərini tamamilə səhvsiz və günahsız da hesab etmək düzgün deyil. Məsələn, A.Sultanovanın 30-cu illərdə yəni repressiyaların tüğyan etdiyi vaxtda ədliyyə komissarı işləməsi və bununla da onun repressiyaların bilavasitə iştirakçısı olması deyilənləri sübut edir. Onun ədliyyə komissarı kimi fəaliyyəti obyektiv öyrənilmədən, nə qədər günahsız insanın onun imzası ilə həbsxanalara atılması, güllələnməsi aşkara çıxarılmadan onun fəaliyyətinə qiymət vermək düzgün deyil. Bundan başqa onun kimi partiya və sovet rəhbərlərinə yalnız hakimiyyətdaxili intriqalara görə repressiyaya uğradığına görə haqq qazandırılması da fikrimizcə yanlışdır. Bütün bunlar Azərbaycan tarixinin XX əsrin 30-cu illər tarixinin öyrənilməmiş ağ və qara ləkələridir. Məhz tariximizi bu ləkələrdən təmizləməklə sovet dövründə heykəlləri qoyulmuş şəxslərin fəaliyyətinə obyektiv qiymət vermək mümkündür".

Bu qərar onun taleyinə son nöqtəni qoydu. Sultanovanın edamı uzun illər gizli saxlanıldı. Mənbələrə görə, o, istintaq zamanı ağır işgəncələrə məruz qalmışdı. Beləliklə, Ayna Sultanova öz inqilabi yolunda son damla qanına qədər dayanmış, lakin Stalin repressiyalarının qurbanına çevrilmişdi.

Tədqiqatçı Nəsiman Yaqublu Ayna Sultanovanın Bakıya həhs olunaraq gətilməsi anını təsvir edərək yazırdı:

“O, bəlkə də dünyanın yeganə sərnişiniydi ki, mənzil başına çatmaq istəmirdi. Bu qatar ayrılıq qatarı idi.. Bu qatar ölüm qatarı idi... Bu qatar onu doğmalarından, evindən-eşiyindən ayırıb aparırdı".

***

O, Leninin şərəfinə oğlunun adını Vladlen qoymuşdu. Ancaq nə bu fakt, nə də sadiq fəaliyyəti onu xilas edə bilmədi.

Tək onu yox, minlərlə sadiq sovet tərəfdarını da...

Həyasızlığın ritmik forması - Meyxanaçılar niyə şair ola bilmir? "Bütün kişiləri döyüb apardılar" - Səfərovlar ailəsinə sübh tezdən edilən basqının təfərrüatları Azərbaycan-Ukrayna dostluğuna aid film çəkildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:15
embedMənbə:https://kulis.az
archiveBu xəbər 03 İyul 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see222

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see143

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see125

Kurtlar Vadisi Pusu nun 53 yaşlı aktrisası soyundu FOTOLAR

02 İyul 2025 09:09see123

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see119

4 əsrin faciəsi...

02 İyul 2025 10:18see119

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see118

İstifadəçi məlumatlarını qanunsuz toplayan “Google” 314 milyon dollar ödəyəcək

02 İyul 2025 08:44see118

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see117

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see117

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see117

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see117

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see116

Peşəkar jurnalistlərin unudulmaz ustadı

02 İyul 2025 10:29see116

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see116

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see115

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see113

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see112

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see112

Mərkəzi Elmi Kitabxana 2025 ci ilin altı ayı üzrə hesabat verib

02 İyul 2025 18:28see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri