Icma.az
close
up
RU
Ona həmişə bir cəncəl lazımdı Kamal Abdulla labirintdən niyə çıxmaq istəmir?

Ona həmişə bir cəncəl lazımdı Kamal Abdulla labirintdən niyə çıxmaq istəmir?

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Aysel Əlizadənin "Gizli Kamal" yazısını təqdim edir.

Bir müəllif ardıcıl olaraq hansısa mövzuda yazırsa onun bir planı vardır. Kamalın Dədə Qorqudu tez-tez o biri dünyada narahat etməsinin səbəbi də öz planları ilə bağlıdı. Dədəm Qorqud yerini rahatlayır ki, Kamalın mənlə işi bitdi, müəllif gecə yatdığı yerdə birdən dik atılır, “yox e, Təpəgözün niyə üç yox, dörd yox, bir gözü var?!”

Kamal bəy bir müəllif kimi labirintdədi. Elə buna görə də kitablarının birinin adını "Labirint" qoyub. Davamlı labirintdə... Və mənə elə gəlir ki, onun heç bu labirintdən çıxmaq fikri də yoxdu. Bir gün o bu labirintdən çıxsa, sudan atılmış balıq kimi olar. Kamal öz labirintində okeanda akula kimidir. Kamal Abdulla cəncəl yazıçısıdı. Ona həmişə bir cəncəl lazımdı, bir düyün lazımdı, Kamal "kubik-rubik" yığır. Hərləyib-fırlayıb kvadratları rənginə görə yan yana düzür, yenidən pozub yığmağa başlayır. Kamala düzənli mətnlər maraqlı deyil. Ona görə də bu düzənsizliyi bəzən özü yaradır, düzənsizliyə girir, pozur düzəldir, pozur düzəldir. Labirint sevməsi Dədə Qorqud dastanı ilə əlləşməsinin tək səbəbi deyil. Onu bu dastanla bayaq dediyim yazıçı planı da uğraşdırır. Kamal bir plan yazır. Öz yazdığı dillə desək, onun ifadə planı – (aşkar qatı) Dədə Qorqud dastanını bir alim kimi araşdırmasıdır. Mahiyyət planı – (gizli qatı) isə maarifçi planı, yazıçı, aydın narahatlığı - Gizli Kamaldır.

Gizli Kamal düşünür: Nə olacaq? Mənəvi sistemimiz nədən ibarətdir, onu necə yaradaq, o varmı? Özü də cavab verir: Var! Və bu, Dədə Qoqud dastanıdır. “Gizli Dədə Qorqud - Yeni mənalar axtarışında” kitabında yazır: “Dastan Oğuz cəmiyyətinin varlığını göstərən, onun yaşam normalarını bədiiləşdirib öz içində qoruyub saxlayan və bu gün bizə təqdim edən əsl həyat pasportudur”.

Dədə Qorqud bizim mənəvi məktəbimizdi. Kamal Abdulla israrla mədəniyyətimizi xarici kəşfiyyatdan qurtarmağa çalışır. Yad mədəniyyətlərdən qorumaqla məşğul olur. O, bu mesajı verir: Bizim qutsalımız Dədə Qorqud dastanıdır; Dədə Qorqudda hər şey yazılıb. Bu kitab bizim Qorqudi-Kərimimizdi. Buna görə də hər detalını incələyir, hər personajı açdıqca açır. Mənəvi dəyərlərimizin keçmişini açıb-tökməyə çalışır. Mədəni cəmiyyət mifoloji irsini araşdıran, oradakı kodları görən cəmiyyətdir. Buna görə də alim araşdırır: Niyə Təpəgöz Təpəgözdür, mif bizə nə demək istəyir, tək göz nəyi simvolizə edir?

Və biz bu nəticəyə gəlirik: Dünyaya tək gözlə baxan varlıq təhlükəlidir.

Şekspir deyib ki, qədim yunan mifologiyasını bilməyən adamdan yazıçı olmaz. Bu mənada Kamal Abdullanın qədim türk dastanını ələk-vələk etməsi, dastanı yunan mifləri ilə tutuşdurması Şekspirin baxışı ilə onu bəşəri yazıçıya çevirir. Kamal dastanı təkcə mifik və ya ədəbi müstəvidə çözələmir. Təkcə ədəbiyyat elminin predmeti saymır. Böyük alimimiz Rafiq Əliyevlə birgə yazdığı “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabında biz əli qopuzlu Dədə Qorqudu riyaziyyat elminin ənginliklərində tapırıq. Fəlsəfədə, sosiologiyada, məntiq elmində dolaş-dolaş görürük. Burada da biz onun xaosa olan sevgisinin daha doğrusu, anlayışının ifadəsini oxuyuruq. Nədir qeyri-səlislik? Bir az da xaos deyilmi? Bəlkə də xaosdan kosmosa yoldur...

Kamal bəy milli-mədəni kodlar yaradır. Dədə Qorqudu aktual saxlamasının əsas səbəbi də budur. O, bu dastanda kef edir. Bu mövzu həm milli gələcək, mənəvi məktəb sistemi yaratmaq üçün ona hava-su kimi lazımdı, həm də yazıçı labirintini doya-doya gəzmək üçün. Özünü bu dastanın içinə bir dolaşıq kimi salır və orada ləzzətlə geninə-boluna “dolaş”ır. Kamal xaosu sevir, xaos olmayanda onu yaradır və o xaosdan kosmosa yol cızır. Kitabının “Xaos – Kosmos binar oppozisiyası” bölümündə xaosa olan amansız ehtirası duyulur. Kamal qədim şair Orfeyin dili ilə “Qorxulu boşluq” dediyi xaosu həm də bütün düzənlərin təməli sayır. Xaos olmasa, düzəni necə yaradarıq? Onun sualı budur. Kamil insan xaosun içindən doğruları tapıb yerinə qoyandır. O, xaosu öymür, “xaos dağıldı, kosmos yarandı” deyir. Demək, xaos varsa, düzənə gedən yoldayıq. Demək, xaosdan kosmos yaranması elmi hadisədir. Tanrısal bir məziyyətdir. Ol! - əmridir. Oldurmaq, - bax budur insanın bütün təbiət canlılarından fərqi. Problemin əlində giriftar qalmaq deyil, məsələni yoluna qoymağa çalışmaq, ağıl işlətməkdir insan cəmiyyətinin işi. Kamal yazır:

“Cəmiyyət üzvünün potensialı imkan verir ki, o, dərinə inkişaf etsin”. Dərinə inkişaf! Əlbəttə, əksi də olur. Dayaza inkişaf edənlər... Amma Kamal dərinə inkişafa yol qazır. (Birinci yazının sonu)

P S. Bu il Gizli Kamalın yubileyidir.

Keçmiş prezident veriliş aparıcısı olacaq Sadəliyin bətnindəki təntənə - “Şahid olmaq istəyirsən?” Viktor Pelevinin yeni romanı payızda nəşr olunacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see195

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see185

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see181

Payız turizmi üçün ən yaxşı şəhərlərin adları açıqlanıb...

31 Oktyabr 2025 21:06see165

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see146

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see138

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see137

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see136

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see133

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see132

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see129

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see127

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see126

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see126

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see126

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see123

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see123

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see123

12 manata “monqol əti” Azərbaycan bazarında ayaq açıb yürüyür VİDEO

01 Noyabr 2025 10:51see120

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri