Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

“ÖNCƏ VƏTƏN” layihəsində: Mən ŞƏHİD olacağam, ana...

“ÖNCƏ VƏTƏN” layihəsində: Mən ŞƏHİD olacağam, ana...

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Xalidə Xalid

Araşdırmaçı yazar/Türkiyə

Azərbaycanımın dəyərli oxucuları!
“Öncə Vətən” layihəsi ilə yenidən sizinləyəm.
Nəzərinizə çatdırım ki, bu layihə Türkiyə mətbuatındaAzərbaycan ŞƏHİDLƏRİNİN tanıdılması ilə başladı vəAzərbaycan mətbuatında Türkiyənin ŞƏHİD övladlarınınhəyat hekayələrini sizə təqdim etməklə davam edir.

Bu, mənim sizinlə “Öncə Vətən” layihəsində dördüncü görüşümdür.

ŞƏHİD– şəkillərdən boylanan baxışları, dodaqlarındakıtəbəssümü ilə unudulmayan bir igid.
ŞƏHİD– səssizliyi qəhrəmanlıq dolu, sükutu ucalığınmücəssəməsi…
ŞƏHİD-varlığı zamanla unudulmayan, könüllərdə əbədiyaşayan, arzuları gerçəkləşməyən, həyat hekayəsi yarımçıqqalan gənc.
ŞƏHİD-özü Vətən torpağında məkan qurub, ruhu isə toy otağında dolaşan bəy.
ŞƏHİD- hər xatirəsi ürəklərdə bir işıq, hər sözü yaddaşlardasilinməz bir iz…

Bir ŞƏHİD torpağa tapşırılanda, bütöv bir millətin çiyinlərinədaha böyük bir məsuliyyət düşür; çünki onların bizə əmanətburaxdığı Vətən olur.
Hər dəfə ŞƏHİDLƏR haqqında məqalə yazanda bunu yenidənanlayıram, onları yanımda hiss edərək.
Hər ŞƏHİD mənim üçün yaxın dostuma, sirdaşıma çevrilir, sanki kompüter qarşısında yazdıqlarımı qulağıma pıçıldayır.

Bu, oxucuya qəribə görünə bilər. Amma bu bir həqiqətdir, ŞƏHİDİN varlığını duymadan onun haqqında ürəkdən gələnbir kəlmə belə yazmaq mümkün deyil.

Bu mövzu tamamilə fərqlidir. Bu mövzunun içində ən öndəVətən dayanır, ardınca sevgi, eşq, sədaqət, vəfa, vicdan, cəsarət, musiqi, şeir, dastan, hekayə və daha nələr, nələr gəlir.

Hər bir ŞƏHİD ömrü- gözəlliklərdən, çətinliklərdən, acılardan, qovuşmayan eşqlərdən, yarım qalan sevdalardan ibarətdir.

Və elə buna görə onların hekayəsini yazmaq, sadəcə bir məqalə deyil - bir ömrü diriltmək, bir nəfəsi yenidənhissetməkdir.

Onların həyatından yazmaq, bir insan taleyini deyil -bir millətin yaddaşını qorumaq deməkdir…

Sabaha yaxın idi. Süleyman yenə öz otağında, pəncərəninönündə oturub ətrafı seyr edirdi.
Ata-anası və bacıları da onunla bərabər həmin otaqda idilər. Amma onlar Süleymanın da orada olduğundan xəbərsiz idilər.

Hər kəsin baxışlarında nisgil, dodaqlarında “Süleymanım” kəlməsi yuva qurmuşdu.
Bu otaq onun bəy otağı olacaqdı. Evlənəcəyi xanımla bərabərevin əşyalarını seçmişdilər.
Əfsuslar olsun ki, bu otağa bəy-gəlin kimi daxil olmaq onlara nəsib olmadı.

Bu otaq Süleymanın ŞƏHİD otağı oldu. Dolablarda onun hərbi formaları, ayaqqabıları, istifadə etdiyi hərbi əşyalar yer aldı...

ŞƏHİD görür, ŞƏHİD eşidir, ŞƏHİD hiss edir.

Onun daha bir özəlliyi - narahat qaldığı hər hansı hadisədənəvvəl ailəsini, sevdiklərini yuxularda xəbərdar etməsidir. Vəyaxud doymadığı, çox sevdiyi hər hansı bir şey haqqında yenəyuxulara gələrək onu anlatmasıdır.

Süleyman da bu n gün yenə oradaydı -doymadığı bəyotağında, ailəsi ilə birlikdə.
Baxışları uzaqlara zilləndi… Müsahibəyə getdiyi o günə…

Ankara…
Gənc bir oğlan imtahan otağında dayanıb. Qarşısında XüsusiTəyinatlıların təcrübəli komandirləri. Onlardan biri soruşur:
- Bura gəlməkdə məqsədin nədir?

Gənc qəti və sakit səslə cavab verir:
- Ömər Halis olmaq istəyirəm.

O an bu cümlə onun həyat yoluna mayak olur. Bu cavab onun həyatını dəyişir, mülki geyimini əsgər forması ilə əvəz edir.
Onun üçün Vətən sevgisi bir başqaydı, sadəcə söz deyildi. O, bu sevginin rəngini gözlərində, qoxusunu əsən küləklərdə hissedirdi.

Qeyd dəftərçəsinə sevincini belə qeyd etmişdi:

“Xüsusi Təyinatlılardan çağırdılar. Nə edəcəyimi bilmədim, həyacanlandım.”

Elə bu sevginin sehrinə düşərək son nəfəsini də Vətəntorpağına ərməğan etdi…

Süleyman 1996-cı il yanvarın 5-də doğulub. Şəxsiyyətvəsiqəsində isə səhvən 10 sentyabr yazılıb.
Özü həmişə 5 yanvar deyərdi. Çox gülərüzlü idi, həmişəgülümsəyərdi. Həyat dolu bir gənc idi.
Dostları və çevrəsindəki insanlar onu çox sevirdilər. Zarafatcılidi. Qəlb qırmağı heç sevməz, köməyə ehtiyacı olan kimsəyə“yox” deməzdi. Süleyman çox nəzakətli idi, heç kimi incitməzdi. Qeybəti sevməz, “qeybət etməyin, günaha girməyin” deyərdi.

2020-ci ilin noyabrında məzuniyyətə çıxıb gələcəkdi, toyunu edəcəkdi. Qismət olmadı…
Evini almışdı. O xidmətdə ikən evin əşyaları da gəlmişdi. Amma xəyalını qurduğu yuvasına indi yalnız ruhu qonaqgəlir.

Doğulduğu kəndin əhalisi torpağa bağlı, zəhmətkeşinsanlardır. Rəncbərlik, tütünçülük, əkin-biçin onların əsasqazanc yeridir.
Süleyman da alın təri ilə qazanılan çörəyə sahib bir ailəninövladı idi.
Kasıb olsalar da, valideynləri övladlarına heç vaxt çətinlikçəkdirməmişdilər.

Ailədə altı uşaq idilər: dörd qız, iki oğlan. Böyük qardaşı əqliqüsurlu idi. Yeməyini də anası yedirirdi. Uşaqların ən kiçiyiolan Süleyman həmişə anasına deyirdi: “Tunahanıüşütməyin.”
Süleyman ŞƏHİD olandan sonra günün birində Tunahan “Süleyman, Süleyman!” deyə qışqırır.
Anası deyir ki, bilmirəm Süleyman onun yanına gəldi, yoxsagözünə göründü, amma sanki o an nəsə hiss etdi…

O anı Süleyman yaxşı xatırlayırdı, çünki Tunahanın yanına gəlmişdi. Son dəfə qardaşının onu görə biləcəyi şəkildə…

Valideynlərinin onları necə çətinliklə böyütdükləri Süleyman üçün unudulmaz anlardır.
Anası yemədi, onları yedirdi, içmədi, onları içirdi.
Təmizlik işlərinə gedirdi- uşaqlar oxusunlar, təhsil alsınlar deyə. Süleyman anasının çox yorulduğuna dözə bilmirdi. Buna görə də tez-tez ona: “Ana, bu işə getmə, çox yorma özünü” -deyirdi.
Anası isə onu dinləmirdi, uşaqlarına yoxluq hiss etdirməkistəmirdi.

Süleyman anasına heç vaxt “anne” deməzdi, həmişə “ana” deyərdi. Elə də gözəl tələffüz edirdi ki, bu kəlməni…
Anasına və dostlarına həmişə belə deyirdi:
“Xüsusi Təyinatlılarda açdım gözümü, Xüsusi Təyinatlılardada gözlərimi bağlayacağam.”

Arzusuna çatdı -Xüsusi Təyinatlılarda gözlərini yumdu, amma ruhuyla hər zaman, başda Vətən olmaqla, sevdiklərininyanından ayrılmadı.
Vətən acı çəkirsə, o da həmin acını hiss edir; sevdiklərisevinirsə, o da sevinir; qəmlənirlərsə, o da qəmlənir.

Atası Arslan kişi bu kənddə doğulub, böyüyüb. Kənd həyatınıçox sevdiyi üçün bu torpaqdan kənara çıxmağı heç vaxtdüşünməyib.
Övladlarını halal zəhmətlə böyüdüb. Süleyman isə ata-anasına bağlı bir övlad idi.

Beş yaşı vardı, atası ona kiçik velosiped almışdı. O gün Süleyman necə sevinmişdi, bir bilsəniz…
Valideynləri onun bir sözünü iki etməmişdilər. Bir az böyüdükdən sonra atası ona motosiklet almışdı.
Bəzən atasına: “Arslan ağa, mən sənin yanında yata bilərəmmi?”- deyərdi. Atası da: “Gəl, oğlum, gəl yanımda yat”- deyə cavab verərdi.

Şəhadətinin on beşinci günü idi. Atasının yuxusuna gələrəkona: “Ata, mənə görə narahat olma, mən çox yaxşıyam”-dedi.
Arslan kişi hər səhər məzarlığa gedir, onun üçün dualar edir, Yasin oxuyur. Təsəllisini belə tapır. Bircə gün ora gedəbilməsə, həmin gün özünü çox narahat hiss edir.
Arada 4–5 günlük Ankaraya getmişdi. Süleymanı ziyarət edəbilmədiyi o günlər ata üçün sanki cəhənnəm əzabınadönmüşdü.

Anasına tez-tez “Mən ŞƏHİD olacağam” deyərdi. Arifə ana hər dəfə bu sözü eşidəndə ağlayar, belə danışmaması üçün ona yalvarardı:
“Canımın içi, boyuna qurban olduğum, belə demə, nə olar…”
O isə ilıq təbəssümlə gülümsəyərdi. Hətta bir dəfə nişanlısı iləmaşınla gəzərkən ona da:
“Bilirsənmi, mən ŞƏHİD olacağam”- demişdi.

Toyunu etməyə tələsirdi. İndi nişanlısı ilə xəyalını qurduğu bu otaqda anasına dediyi o sözləri xatırlayır:
“Ana, icazə alıb gələcəyəm, yubatmadan toyumu edərik.”

Deyirlər, sən saydığını say, gör fələk nə sayır…
Toy etməyə gələ bilmədi. Bu otağa bəy kostyumunda, sevdiyixanımı ilə qoşa girə bilmədi.
Çünki hər tərəfi Cənnət çiçəkləri ilə bəzənmiş yeni evi olan əbədi dünyaya köçdü.
O dünyada bəzəndi mənzili… Hər tərəf Cənnət çiçəkləri iləbərq vurdu.

Şəhadətindən üç gün əvvəl dostuna:
“Burada vəziyyət çətindir, çox əməliyyatlara gedirik. Sağ qalacağımızı sanmıram,”- demişdi.

Düşüncəsi onu yanıltmayacaqdı. Bölgədəki gərgin döyüşlər, zabit və əsgər dostlarının şəhadəti idi onu belə düşünməyəməcbur edən.

Bir dəfə anasının yuxusuna gələrək:
“Ana, məni evləndirirlər, amma mən Məryəmləevlənəcəyəm”- dedi.
Sözünü bitirər-bitirməz ağlamağa başladı…
Ağladı…

Anası ona: “Yaxşı, oğlum, sakitləş. Mən Məryəmi alacağamsənə.”

Anası evdəkilərə onunla bağlı yuxusunu danışırdı, Süleyman isə sanki bundan xəbərsizmiş kimi dinləyir, baxışları uzaqlaradikilirdi.

“Bir dəfə xəstələnmişdim. Bir neçə gün Süleymanımın otağına girə bilməmişdim. Gecə yuxuma gəldi. Dolaba söykənmişdi. Mənə dedi ki: “Ana, bugün yanıma gəlməmisən.”
Yuxudan oyanıb qaçaraq bura gəldim, amma o yox idi…”

Anası oğlunu görməsə də, oğlu onu hər gün görür.
Süleyman evdə olduğu vaxtlar anasının hər səhər onun otağına gəlib salam verdiyi anları unutmur.
İndi isə anası onun xatirələri ilə bəzənmiş otağına gəlibsalamlaşır…

Anasını aldatdığı vaxtları da yaxşı yadındadır. Nə zaman Arifəana ona zəng edib “Oğlum, hardasan?” deyə soruşsaydı, Süleymanın cavabı belə olardı:
“Şırnakdayam, anam. Narahat olma, əməliyyatda deyiləm.”
Bu, anası üzülməsin deyə söylədiyi şirin bir yalan idi.

Bu şirin yalanlar onun iştirakçısı olduğu döyüş əməliyyatlarının qızgın vaxtlarında söylənilirdi.

Bacıları Əminə, Xədicə, Səhər, Sündüs, qardaşı Tunahan bu gün onun otağına yığışıblar. Tunahan danışılan söhbətlərdə yalnız Süleymanın adını eşitdikdə reaksıya verir, qardaşını sevinclə alqışlayır.

Süleyman onun bu hərəkətlərini gördükcə qəmlənir, çox sevdiyi qardaşının bu acı durumuna heyfslənir.

Bu gün bacılarıyla birlikdə dayısı da onlardadır- çox sevdiyiMustafa dayısı.
Süleyman dayısının onunla bağlı nə danışacağını gözləyirdi…

-Əzizlərim, Süleymansız mənim üçün heç nəyin ləzzətiyoxdur. Ailənin kiçik rəisi idi igidim. Ailəyə həmişə dəstəkolurdu, bilirsiniz.
Hər həftə Ankaradan Vəzirkörpüyə gəlməyini heç unudabilmirəm. Birdən baxardım ki, canlı yayın açıb.
“Oğlum, hara gedirsən yenə?”- soruşduğumda, “Dayı, kəndəgedirəm,”- deyə cavab verirdi.
Mən də “Bizi niyə götürmədin ki?”-deyə küskün vəziyyətalırdım.
Həmin dəqiqə ürəyimi almağa çalışar, “Dayı can, inşallah, növbəti dəfə birlikdə gedərik,”- deyirdi.

Dayısı Ankarada fəaliyyət göstərən “Paytaxt Samsunlular Dərnəyi”nin rəhbəri idi.
Bir gün dayısına zəng edib onlara gedəcəyini söylədi.
Dayısı ona axşam dərnəyin fəaliyyəti çərçivəsində ehtiyacıolan ailələrə yardım paylayacaqlarını bildirdi və üzərinə: “Mənə yardımcı olacaqsansa, gəl”- dedi.
Süleyman heç düşünmədən: “Dayı, elə iş olarmı ki, mənyardım etməyim? Əlbəttə ki, kömək edərəm”- deyə cavabverdi.

Otuza yaxın yardım bağlaması hazırlanmışdı. Süleyman öz maşını ilə dayısıgilə qoşulub yola çıxdı.
Süleyman getdiyimiz evlərin qapısını döyər, mənə danışmağa imkan vermədən ev sahibinə:
“Salam, biz Paytaxt Samsunlular Dərnəyindən gəlmişik. Sizəverəcəklərimiz var…” -deyərdi.

Süleyman dayısının bu sözlərində təsvir etdiyi anları yaxşıxatırlayırdı. O zaman yardımları paylaşdırdıqdan sonra dərindən və rahat nəfəs almışdı.
İmkansız ailələrin gözlərində gördüyü minnətdarlıq işartısınıheç vaxt unutmurdu.

Böyük bacısı Xədicə səssizcə danışılanları dinləyir, bəzən dəiçin-için ağlayırdı. Süleyman isə onun da söhbətə qoşulmasını, qardaşı haqqındakı xatirələrini danışmasını istəyirdi.
Bacı isə sanki danışmağa tərəddüd edirdi. Onun üçün çox ağır idi Süleyman haqqında- Süleymansız danışmaq.

Nəhayət, Süleyman bacısının səsini duydu:

-Hamınız ondan danışırsınız, Süleymanımızdan. Onun haqqında keçmiş zamanda danışmaq hamınız kimi mənə dəçox ağırdır.
Mənim qardaşım keçmişdə qala bilməz. Axı o ŞƏHİDDİR…
ŞƏHİDLƏR keçmiş zamanı sevməzlər. Çünki onlar hərzaman bizimlədirlər: bizim nə etdiyimizi görür, səsimizi eşidir, bizimlə sevinir, bizimlə kədərlənirlər.

Bacılar müxtəlif şəhərlərdə yaşayırdılar. Bayramlarda, tətillərdə hamı ata ocağına toplaşardı. Hər dəfə də biri əskikolardı…

– Son dəfə bir yerdə olduğumuzda bizə “Bir gün hamınızı bu evə toplayacağam” demişdi, yadınızdadırmı?
Topladı da…
Şəhadəti günü hamımızı bir yerə topladı…
Gerçək toyunda bir araya gəldik. Al bayrağa bürünmüş tabutu ilə gəldi ata ocağına…

Hər dəfə iznə gələndə anama “Mən ŞƏHİD olacağam” deyərdi.
Hərbi vəzifəyə başlayandan iki il keçmişdi. Ana, yəqinxatırlayırsan, ŞƏHADƏTİNDƏN bir həftə əvvəl “Oğlum ixtisaslı hərbçi oldu, amma evimizin önünə bir bayraq asa bilmədim” demişdin.
Bir həftə sonra isə hər yer bayraqla doldu: evimizin önü, yollar- hər tərəf bayrağa büründü.

Son olaraq Şimali İraqda xidmət edirdi. Danışanda ordakıvəziyyətlə bağlı heç nə deməzdi. Dilindən zorla söz almağa çalışırdıq.
“Yeriniz-yurdunuz necədir, döyüş olurmu?” deyə soruşduqdasadəcə “Hər şey yaxşıdır” deyərdi.

İçimizdə qorxu hissi olsa da, heç vaxt ona nəsə olacağını ağlımıza gətirməzdik.
Ana o gün tarlada tütün yığarkən qəmlənmişdin,Tunahan üçün ağlayırdın.
Sonra da birdən “Mən niyə ağlayıram, oğlum İraqdadır axı” deyirdin.

O günü -onun şəhadət xəbərini aldığımız günü- bir an beləunuda bilmirik. Elə bir acı idi ki, içimiz yansa da, avqustunqızmar istisində əllərimiz buz kimi kəsmişdi. İnanmaq, qəbuletmək çox çətin idi. Qardaşımın nur üzünü son dəfə görsək də, bu acını, bu itkini qəbul edə bilmədik- hələ də inana bilmirik.
“ŞƏHİDLƏR ölməz” deyirlər axı. Ona görə də qəbul edəbilmirik, bayaq dediyim kimi, o hər zaman bizimlə birlikdədir.

İlk zamanlar dəfələrlə telefonu götürüb Süleymana zəngetdiyimiz vaxtlar olub.
Bəzən də “Süleymandan bir şey soruşacaqdım” deyib telefonu əlimə alıram…

Xədicə bacısı danışdıqca Süleyman da kövrəlir, göz yaşlarına zorla sahib çıxırdı.
Bir həftə idi ki, Süleymanla əlaqə saxlaya bilmirdilər.
Hər dəfə anası zəng vuranda cavab verə bilməsə, sonra özü zəng edərdi.

Həmin gün axşam Şırnakda ilahi oxudu. Ailəsi onun ilahi oxuduğunu və namaz qıldığını bilmirdi. Şəhadətindən sonra dostları onun ilahi söylədiyi videoları ailəsinə göndərdilər.

Əməliyyata getdiyi gün axşam namazını qıldı. Ertəsi gün səhər saat 10:30-da isə ŞƏHİD oldu.
Fətih surəsini oxuyub dostlarına “Bu gün bizə heç nəolmayacaq, dua etdim” demişdi.

Həmin gün xəbər kəndə axşamüstü çatdı.
Anası tarlada həyat yoldaşı ilə birlikdə tütün toplayırdı. Atası, Arslan kişi, Arifə anaya: “Get, uşağa-Tunahana yeməkhazırla” dedi.

Arifə ana evə gələndə həyətlərində əsgərləri gördü. O an ürəyindən “Süleymanıma nəsə olub” deyə keçirdi və“balam…” deyərək ağlamağa başladı.
Xanımının arxasınca tarladan çıxan Aslan kişi həyətlərindəçoxlu insan gördükdə Tunahanın pəncərədən yıxıldığını zənnetdi.

Zabitlərdən biri yaxınlaşıb “Başınız sağ olsun, oğlunuz ŞƏHİD oldu” deyəndə atası dizlərinin üstünə çökdü, anası isəhuşunu itirdi.

Amasyanın Merzifon hava limanında övladlarını qarşılayarkəneşitdikləri o səsi heç vaxt unuda bilmirlər.
Təyyarənin səsi hələ də qulaqlarındadır. Süleymanın tabutunu gətirirdilər və onlara “Üzünü görə bilməzsiniz” dedilər.
Amma ailə israr etdi. Qəsilxanada onun üzünü gördülər…

Sanki içəridə günəş doğmuşdu. Süleymanın üzünə nur çökmüşdü, gülümsəyirdi.

Anasının səsi titrəyir. Beş ildir o alov ürəyini yandırır. Hələ dəgözləri Süleymanın yollarına dikilib, amma Süleyman gəlmir.
Əslində isə Süleyman hər gün gəlir, hər gün onları ziyarət edir-sadəcə onlar bunu görmürlər.

Hər dəfə “Ana, mən gəldim” deyər, çantasını salonun ortasına atardı.
İndi isə artıq səssiz gəlir, sakit gəlir…

Hər dəfə Merzifon hava limanına endiyində anasına zəngedərdi: “Ana, çay dəmlə, gəlirəm.”
Anası çay dəmləyər, növbənöv yemək bişirərdi. Süleyman evəgirənə qədər Arifə ana bir yerdə qərar tuta bilməzdi.
Həyətdə səsini eşidən kimi oğlunu qarşılamaq üçün özünü çölə atardı.

Hər dəfə də Süleyman: “Ana, niyə məni qarşılayırsan?”-deyəsoruşardı.

Eh… Həyat çox qəribədir. Süleymanın gülüşü, zarafatları ilədolu olan evləri indi səssizliyə bürünüb.
Ana gecələri yuxusuz keçirir, onun videolarına və şəkillərinəbaxa-baxa səhəri açır.
İraq dağlarına səslənir: “Süleymanımı qaytarın…”

Bütün bunları Süleyman görür, Süleyman eşidir, Süleyman hiss edir…

Tərcümeyi-hal

Süleyman Arslan oğlu Ural 10.09.1996-cı ildə (rəsmisənədlərdə), əsl doğum tarixi üzrə isə 05.01.1996-cı ildəSamsunun Vezirköprü qəsəbəsində dünyaya göz açıb.

İbtidai və orta təhsilini Çekalan ibtidai məktəbində, orta ixtisas təhsilini isə Vezirköprü Sənaye Peşə Liseyinin “Metal İşləri” ixtisası üzrə alıb. Daha sonra Afyon Kocatepe Universitetinin İscehisar Peşə Yüksək Məktəbində “İş maşınları operatorluğu” ixtisası üzrə təhsil alaraq 2016-cı ildəməzun olub.

2018-ci ilin iyun ayında Terrorizmə Qarşı Mübarizə Təlim vəTədris Mərkəzində təhsilini başa vuraraq İxtisaslı PiyadaÇavuş rütbəsi ilə Xüsusi Təyinatlı Qüvvələr Komandanlığındaxidmətə başlayıb.

2020-ci il 8 avqust tarixində Şimali İraqın Avaşin bölgəsindəbölücü terror təşkilatı üzvləri ilə baş verən silahlı toqquşmazamanı qəhrəmancasına ŞƏHİD olub.

Ruhu şad olsun.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:318
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Dekabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri