Icma.az
close
up
RU
Öncəgörücülük qabiliyyətindən danışıb, gələcəkdə baş verəcəkləri açıqladı

Öncəgörücülük qabiliyyətindən danışıb, gələcəkdə baş verəcəkləri açıqladı

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Müğənni Samir Bağırov "APA"ya müsahibəsində gizli tərəflərindən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi numerologiya, ezoterika, öncəgörmə kimi maraqlı xüsusiyyətlərinin olduğunu etiraf edib:

"Numerologiya məni daha çox özünə çəkir, bəlkə, musiqidən daha çox. Cavan vaxtlarımdan bununla məşğulam. Onda hələ belə şeylərə inanmırdım və inanan insanlara qəribə baxırdım. Rusiya Musiqi Akademiyasında oxuyanda Moskvada kirayədə yaşayırdım. Evin sahibəsi Qenrietta Vasilyevna çox xanım-xatın, səliqəli, aristokrat insan idi. O mənə reinkarnasiya, keçmiş həyat, gələcək həyat və bu kimi şeylərdən danışmağa başladı.

Yaşlı qadın idi, mən də mədəni bir gənc. Sakitcə ona qulaq asırdım, amma tez danışıb qurtarmağını istəyirdim. Bakıdakı dostlar, valideynlərim də bilirdi ki, Moskvadakı ev sahibəm qəribə şeylərdən danışır. Artıq günün birində dözmədim, dedim, Qenrietta Vasilyevna, sizə hörmətim böyükdür, əgər belə güclü ekstrasenssinizsə, görmürsünüz ki, sizə inanmıram və candərdi qulaq asıram. Dedi, mən hər şeyi görürəm və bilirəm, amma sənə bunları danışmağım öz istəyim deyil. Barmağını göyə qaldırdı və yuxarını görsətdi. Dedi, sən seçilmiş insansan. Dedim, bilirəm, Allah mənə səs verib. Dedi, yox, sən qoca yaşında insanları xilas edəcəksən, onlara yol açacaqsan, imkan ver bunu sənə sübut edim.

Qenrietta Vasilyevna məni bir yerə apardı. Hipnozla bütün keçmiş həyatımı son dəqiqələrə qədər yaşadım. İndi də danışıram, tüklərim biz-biz olur... Onunla da içimdə hansısa pəncərələr açıldı. Həmin gündən daxilimdə müharibə başladı: səhnə, yoxsa numerologiya. Qorxurdum deyə, səhnəyə qaçırdım, sənətə üz tuturdum. Hərdən o güclər məni öz tərəfinə çəkirdilər... Bilirsiniz...".

Samir bildirib ki, sənətdən uzaqlaşmasına səbəb də bu olub:

"Axı Qenrietta Vasilyevna mənə demişdi, qoca yaşında... 60-a yaxınlaşıram... Çox qorxurdum deyə, musiqiyə sığındım. Pandemiya vaxtı isə birmənalı numerologiya məni özünə çəkdi və buraxmadı. Hətta əvvəl ümumiyyətlə musiqi ilə vidalaşıb o sahəyə keçməyi düşünürdüm. İndi isə belə fikirləşmirəm. Qərara almışam ki, musiqi ilə numreologiyanı birləşdirib yeni cığırla addımlamalıyam. Buna ezoterika desək, daha aydın olar.

Hər şey çox yaxşı olacaq. Bizi gözəl dünya gözləyir. İki il böhran, bütün dünyada xaos hökm sürəcək, amma sonra hər şey düzələcək. Pis insanlar özünü dəyişməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://axsam.az
archiveBu xəbər 14 Yanvar 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri