Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Onkologiya dakı faciə ilə bağlı hər şeyi danışdı

Onkologiya dakı faciə ilə bağlı hər şeyi danışdı

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Onkologiya Mərkəzində baş verən faciə ilə bağlı yeni detallar üzə çıxıb.

Milli.Az Nocomment.az-a istinadla xəbər verir ki, bu barədə tanınmış aparıcı Ulvira Qarayeva sosial şəbəkədə bir video paylaşaraq, bu günə qədər bilinməyən məlumatları açıqlayıb.

U.Qarayeva bildirib ki, Asif Nəsirli Azərbaycanın yeganə uşaq radioloqu olaraq 18 ildir ki, radioloq işləyən, minlərlə həyatı xilas edən, minlərlə balanı sağlamlığına qovuşduran biri olub:

"Onun qətlinə sağaltdığı pasiyent cəhd etdi. Həmin adam 2025-ci ilin oktyabr ayında altı dəfə kimya alandan sonra sağ-salamat evə göndərilir. Asif Nəsirli onu sağaldır. Həmin adam düz bağırsaq xərçəngindən əziyyət çəkib, Asif həkim onu tamamilə sağaldır və göndərir evinə. Hətta yol pulunu da verir. Bir neçə ay sonra həmin adam qayıdır və öz xilaskarını öldürməyə cəhd edir, amma özü ölür. Xilaskarı isə indi həyat mücadiləsi verir".

U.Qarayeva həmçinin A.Nəsirlinin peşəsinə sədaqətindən də danışıb:

"Təsəvvür eləyin, indi Azərbaycanda nə qədər xərçəng xəstəsi olan uşağın valideyninin ümidi kəsildi. Kimin yanına aparacaqlar? Radioloqlar çox gec yetişir. Ümumiyyətlə, onkologiya, onkoloqlar çox gec yetişir, çünki ağır peşədir, psixoloji çətinlikləri də var. Uşaq radiologiyası isə ümumən zülmdür. Bir çox həkim deyir ki, ümumiyyətlə, radioloq olmaq istəmirəm, uşaq radiologiyasını isə heç istəmirəm. Hətta bir həkim deyir, bir ay uşaq radiologiyası şöbəsinə keçdim. Gördüm ki, bir az da qalsam, ya dəli olacam, ya da öləcəm. Balaca-balaca uşaqlar - saçlar tökülüb, zarıyırlar, heç bilmirlər ki, nədən ağrıyırlar. Bir həkimin paylaşımında oxudum: deyir ki, soruşdum, Asif, necə bacarırsan balaca uşaqlara radiasiya verməyi? Dedi ki, sənin saçın ağarıb? Yox! Amma mənim saçım artıq bu yaşda ağarıb. Bax, belə həkimdir Asif həkim. Dərd çəkə-çəkə müalicə eləyirdi uşaqları. İndi ölümlə üz-üzədir".

U.Qarayeva bildirib ki, hadisə baş verəndən cəmi 3 dəqiqə sonra onu əməliyyata salıblar. Həmin an bütün xəstəxana səfərbər olunub:

"Həmin o gecə dəqiq heç bir həkim evə getməyib. Hamı oradaydı, bütün personal. Göz qırpımında 10 litr qan yığıldı. Təsəvvür edirsiniz? Tez 5 litrini köçürüblər, bədəndə qan qalmayıb. O da bədənə nə qədər stress, nə qədər yükdür. Nəticədə bəlli olub ki, qəlpələrdən biri gedib beyin sapında ilişib qalıb. Orada cərrah müdaxiləsi çətindir, demək olar ki, mümkün deyil. Hərbi doktorlar da gəliblər və deyirlər ki, müdaxilə eləmək olmaz, beyin çox həssasdır. Və indi doktorun vəziyyəti çox ağırdır. Heç kim gözünü yummayıb, heç kim evinə getməyib. İndi doktorlar deyir ki, əlimizdən gələnin artığını etsək də, onu həyata qaytara bilmirik. Ən dəhşətlisi odur ki, onun xanımı da orada işləyir. Həkimlər deyir ki, üzünə baxa bilmirik, qaçırıq, üz-üzə gəlməkdən qorxuruq.

Onlar, ər-arvad gecə-gündüz ordakı xəstələr üçün əllərindən gələni edirdilər. Xanımı da, özü də gecə ilə gəlirdilər xəstəxanaya, əllərində dərmanlarla, radiasiya içində saatlarla... İnsanları xilas etmək üçün... İndi bütün həkimlər şokdadılar. Belə hadisə necə ola bilər? Biz nə edək xəstəxanalarda? Dəmir detektoru qoyaq biz, lentlər qoyaq ki, onun üstündən çantanı qoyub keçsinlər? Necə eləyək bunu? Həkimlərimizi necə qoruyaq, müəllimlərimizi necə qoruyaq biz?"

Aparıcı eyni zamanda sosial şəbəkədə yanlış məlumatların, dezinformasiyaların yayılmasına da etiraz edib.

Xatırladaq ki, Milli Onkologiya Mərkəzində baş verən hadisə nəticəsində qumbara partladan Mübariz Əliyev adlı şəxs həlak olub, həkim Asif Nəsirli isə ağır yaralanıb.
Milli.Az
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 May 2026 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri