Icma.az
close
up
RU
Onlar da övladlarını 1 ci sinfə yola saldılar FOTOLAR

Onlar da övladlarını 1 ci sinfə yola saldılar FOTOLAR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın 15-i ölkəmizdə yeni tədris ilinin başlanması – Bilik günü ilə yadda qalır. Minlərlə birinci sinif şagirdi bu gün ilk dəfə məktəb həyatına qədəm qoydu. Onlar arasında elə uşaqlar da vardı ki, valideynləri günün bu sevincli anında da öz peşələrinin başında idilər. Söhbət jurnalistlərdən gedir.
Hər gün xəbərin ardınca qaçan bəzi jurnalistlər üçün 15 sentyabr daha bir məsuliyyətin və duyğunun daşıyıcısı oldu. Mikrofona, kameraya, klaviaturaya alışmış əllər bu dəfə məktəbli forması, çanta və qələm üçün çalışdı. Onların balaca övladları da bu gün məktəb həyatına addım atdılar.
Bəzi jurnalistlər bu gün iş başında olsalar da, imkan tapıb övladlarını da məktəbdə müşayiət etdilər. Onlar üçün bu, təkcə bir ailə hadisəsi deyil, həm də peşəkar həyatla şəxsi həyat arasında incə bir keçiddir.
Jurnalistlərin peşəsi 9-dan 6-ya qədər davam edən iş rejimi ilə məhdudlaşmır. Onlar üçün istirahət, bayram və ya istənilən "boş gün" xəbər ola bilər. Belə bir peşədə valideyn olmaq, xüsusilə də övladını məktəb həyatına hazırlamaq həm fiziki, həm də emosional güc tələb edir.

Bəzi media nümayəndələri sosial şəbəkələrdə bu günü paylaşaraq həmkarlarını da təbrik etdilər.
Jurnalistlər üçün 1-ci sinifə gedən bir övlad, sanki yeni xəbər mövzusu, yeni bir həyat başlığı kimi hiss olundu.
Modern.az saytı ənənəsinə sadiq qalır, övladlarını 1-ci sinfə yola salan jurnalist valideynlərlə bağlı təqdimat edir


“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy məktəb həyatına qədəm qoyan kiçik oğlu Cahangirə böyük uğurlar arzulayıb.

“Məktəbli olduq. Yolun açıq, bəxtin gözəl olsun, qızım”, - deyə bu paylaşımı jurnalist İmdad Əlizadə 6 yaşlı qızına həsr edib.

"Qafqazinfo"nun əməkdaşı Nizam Rzayev oğlu Rəşidi 247 saylı məktəbin 1ci sinfinə aparıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri - mətbuat katibi Xülya Sabirli 1-ci sinfə gedən övladı ilə bağlı belə paylaşım edib: “Məktəbə başladıq. Biri həyəcanlı, biri yuxulu”.

Afn.az saytının baş redaktoru Həbibə Abdulla kiçik qızı Qəmərin 1-ci sinfə getməsinin sevincini bölüşüb: “Sonuncu 1-cimizi də yola saldıq məktəbə. Bütün 1-cilərə uğurlar, gözəl məktəb illəri və əla təhsil arzulayıram! Zehinləri iti olsun!”.

Kulis.az-ın əməkdaşı Ömər Xəyyam qızının ilk məktəb gününü belə təsvir edib: “Ay ata, böyüyəndə, Günəş olaram mən də…”.

ATV-də çalışan jurnalist Əli Novruzəliyev də əkiz qızları Selcan və Səltənəti 1-ci sinfə yola salıb.

Aslan Əsədov
da bu gün övladını 1-ci sinfə yola salan valideynlər kimi sevinir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Sentyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri