Onlar nəsillərimizin qurduğu hər şeyi məhv edirlər Rusiya XİN
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Rusiya Xarici İşlər Nazirliyinin Üçüncü Avropa Departamentinin direktoru Oleq Tyapkin Almaniyanın Rusiya ilə münasibətləri niyə tamamilə pozduğunu izah etməkdən yayınmasını tənqid edib.
Globalinfo.az xəbər verir ki, diplomat bu barədə Birinci Kanala açıqlamasında bildirib. O, qeyd edib ki, Almaniya hökuməti və elitası sələflərinin illərlə qurduğu münasibətləri həvəslə dağıdır.
“Bu, çox acınacaqlı vəziyyətdir. Almaniya hökuməti bizim sələflərimizin nəsillərinin qurduğu hər şeyi məhv edir. İqtisadi və humanitar əlaqələr tamamilə dondurulub”, – Tyapkin vurğulayıb.
Onun sözlərinə görə, alman siyasətçilər 1945-ci ildən sonra böyük çətinliklə əldə olunmuş tarixi barışığı belə unudublar.
Diplomat əlavə edib ki, adi alman vətəndaşları isə rəsmi Berlindən fərqli olaraq, Rusiyaya qarşı daha anlayışlı mövqe sərgiləyirlər.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 06 Oktyabr 2025 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















