Icma.az
close
up
RU
Onlar pensiyaya daha tez çıxa bilər Deputat

Onlar pensiyaya daha tez çıxa bilər Deputat

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Milli Məclisin deputatı Əli Məsimli 3 uşaqlı ailə modeli ilə bağlı təkliflə çıxış edib.

“Pensiya islahatlarında nəzərə alınması vacib olan məsələrdən biri də budur ki, Azərbaycanda yeni doğulan uşaqların sayı əhəmiyyətli dərəcədə azalıb və ailə modeli dəyişib…

Ailələrin əksəriyyəti 2 və 1 uşaqdan ibarətdir. 5 və daha çox uşağı olan ailələr isə azlıq təşkil edir. Ona görə də, ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır. Bu kontekstdə çoxuşaqlı ailə dedikdə bu, 3 və dana çox uşağı olan ailələrə şamil edilməli, pensiya yaşının azaldılması güzəştləri tətbiq edildikdə 3 uşaqlı ailələr başlanğıc kimi götürülməlidir”, – o deyib.

Globalinfo.az-ın xəbərinə görə, Əli Məsimli Modern.az-a açıqlamasında bildirib ki, əslində 3 uşaqlı ailə modeli təkcə onun təklifi kimi dəyərləndirilməməlidir:

“Ailələrdə uşaqların sayı ilə bağlı müzakirələr hər zaman olub və son vaxtlar bu, daha da aktuallaşıb. Biz sadəcə olaraq onu hazırkı reallıqlar şəraitində Azərbaycan üçün daha çox uşağın timsalında ənənəvi sayılan çoxuşaqlı ailələrin varlığının arxa plana keçməsi fonunda ölkə əhalisinin artımına əlavə təkan verə biləcək və uşaqlar üçün müavinət mexanizminin əlçatanlığının artırılmasının optimal modeli kimi təklif etdik. Ölkədə uşaqların sayının azalması “uşaqpulu” məsələsini getdikcə daha da aktuallaşdıracaq. “Uşaqpulu” problemi həll olunana qədər isə bu cür aralıq mahiyyət kəsb edən təkliflər aktual olacaq. Bizim bu təklifi də daha çox həmin “uşaqpulu” məsələsinə mərhələli şəkildə keçilməsi kontekstindən qiymətləndirmək lazımdır”.

Deputat vurğulayıb  ki, Azərbaycanda uşaqların sayı və təbii artım sürətlə aşağı düşür:”Ölkəmizdə 2015-ci ildə 166 min, 2020-də 125 min, 2024-cü ildə isə 102 min uşaq doğulub. Deməli 2024-cü ildə ölkəmizdə yeni doğulan uşaqların sayı 2020-ci illə müqayidədə 33 faiz, 2015-ci illə müqayisədə isə 63 faiz aşağı düşüb. Uşqaların sayının bu cür sürətlə azalması ölkəmizin gələcəyi üçün çox düşündürücü məsələdir. Hazırda Azərbaycanda orta statistik ailə 2 valideyn və 2 uşaq olmaqla 4 nəfərdən ibarətdir və çoxluq təşkil edir. 2 valideyn və 1 uşaq olan 3 nəfərdən ibarət ailələr ikinci, 2 valideyn, 3 uşaq olmaqla 5 nəfərdən ibarət ailələr isə üçüncü yeri tutur.

Son vaxtlar boşanma halları artdığından 1 valideyn 1 və ya 2 uşaqdan ibarət ailələr də artır. Biruşaqlı ailələrin sayının artması ölkədə əhalinin sayınının artım tempinin azalmasına ciddi təsir göstərən amillərdən biridir və orta perspektivdə onun bu yöndəki təsiri daha da güclənəcək. Hər ailədə 2 uşağın olması da ölkədə əhalini artıran model deyil. Hazırda ölkəmizdə ailələrin əksəriyyəti 2 və 1 uşaqlı ailələrdən ibarətdir. 5 və daha çox uşağı olan ailər isə azlıq təşkil etdiyindən və daha çox uşağın timsalında “çoxuşaqlı ailə” modeli arxa plana keçməkdədir. Təsirli tədbirlər görülməsə, 1 və 2 uşaqlı ailələrin sayı daha da artacaq, 3 uşaqlı ailələrdən başlayaraq üzüyuxarı digər ailələrin sayı isə daha da azalmaqla demoqrafik vəziyyət pisləşəcək.

Əli Məsimli

Ailədə uşaqların sayının azalmasına müxtəlif səpgili amillər təsir edir. Amma əhalinin xeyli hissəsinin güzəranı ilə bağlı sosial xarakterli amillər və ailə planlaması məsələsində uşaqların sayına fərdi münasibət daha çox təsir edir. Çünki xeyli ailələrin büdcəsinin hazırkı səviyyəsi şəraitində, eləcə də təkcə hazırda verilən müavinət hesabına ailələrin çoxu 5 və daha artıq uşağın olması və onun müasir tələblərə cavab verə bilən parametrlər üzrə yükünü böyütmək riskini öz üzərinə götürməz. Belə şəraitdə ölkənin iqtisadi inkişafının və qüdrətinin mühüm amili kimi əhalinin artımında Azərbaycan üçün daha çox xarakterik və məqbul olan müsbət dinamikanı saxlamaqdan ötrü 3 uşaqlı ailə modelinə keçmək daha məqbul variantdır”.

Ə.Məsimli deyib ki, bu modeli ön plana çəkməkdən ötrü dövlət tərəfindən məqbul səviyyədə dəstək mexanizmi olsa, model tədricən özünü indikindən daha geniş planda reallaşdıra bilər:

“Bu kontekstdə çoxuşaqlı ailə dedikdə bu, 5 və daha çox uşağı olan ailələrə yox, 3 və daha çox uşağı olan ailələrə şamil edilməli və pensiya yaşının azaldılmasında da hər uşaq üçün 1 il olmaqla 3 uşaqlı ailələrdən başlamalıdır. Bu addım uşaqlar üçün verilən müavinətin dairəsini xeyli genişləndirməklə çoxuşaqlı ailələrə münasibətdə mövcud olan müavinət mexanizminin əlçatanlığını da əhəmiyyətli dərəcədə artırmış olar. Bu model beynəlxalq təcrübəyə daha çox uyğundur. Uşaq sayı artdıqca, həm pensiya yaşının müvafiq surətdə azaldılması, həm də beynəlxalq praktikadan məlum olan hər uşağa görə ödənilən müavinətin məbləğinin artması Azərbaycanda çoxuşaqlılığın təşviq edilməsində daha təsirli rol oynaya bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Aprel 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see363

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see335

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see311

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see306

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see304

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see292

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see286

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see281

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see279

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see257

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see235

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see226

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see225

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see225

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see208

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see207

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see205

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

22 Noyabr 2026 00:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri