Icma.az
close
up
RU
Onlar qazanarkən, bu şəxslər uduzur Həcc ziyarətinin qiyməti niyə yüksəkdir?

Onlar qazanarkən, bu şəxslər uduzur Həcc ziyarətinin qiyməti niyə yüksəkdir?

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu il üçün Həcc ziyarətinin qiymətləri məlum olub. Belə ki, 2025-ci ilə qiymətlər ötən ilə nisbətən 170 manat artaraq 10 min 115 manat müəyyənləşdirilib. Dinə bağlı olan hər insanın ürəyində Həccə getmək arzusu olsa da, bu qiymətlər qarşısında aciz qalırlar. 

Bəs Həcc qiymətləri niyə çoxdur və nəyə görə tənzimlənir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, Həcc qiymətlərinin yüksək olmasının bir neçə səbəbləri var:

"Obyektiv səbəblər içərisində Məkkədə olan otellərə və hava yollarının xidmətlərinə tələbdir. Həcc zamanı kütləvi şəkildə bunlara ciddi tələb yaranır. Bazar şəraitində də bu cür kəskin tələblərin artması zamanı otellərin də qiymətinin yüksəlməsi, təyyarə, hava yollarının da qiymətinin yüksəlməsi normal bazar şərtlərinə uyğundur. Digər bir məqam isə burada rəqabətin məhdud olmasıdır. Çünki Həcc ziyarətin təşkil edilməsi konkret turizm şirkətlərinə, Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqədar təşkilata həvalə edilir və burada da rəqabət boğulur. Rəqabət olmadığına görə də Həcc turizmini təşkil edən təşkilat istədiyi qiyməti təyin edə bilir. Yəni rəqabət olsa, müxtəlif bir çox turizm şirkətləri bu dini ziyarətin təşkilinə cəlb olunsa, daha ədalətli qiymətləri təşkil edə bilərlər, müxtəlif fərqli paketlər təklif edə bilərlər. Amma burada rəqabətin olmaması, boğulması ona gətirib çıxarır ki, bu işi təşkil edən təşkilat əlavə qazanc əldə edir".

İqtisadçının sözlərinə görə, burada uduzan şəxslər dini inanclı olanlardır:

"Bu proses ailələrin büdcələrindən gedir. Bunun dövlət büdcəsi ilə əlaqəsi yoxdur. Qiymətin baha olmasından uduzan dini inanclı şəxslərdir. Qazananlar isə hava yolları təşkil edən təşkilat, Ərəbistanın otelləri, iaşə sektorudur ki, bu cür dini turizm ənənəvi olaraq ildə milyonlarla təbii turist cəlb eləyir və bu ölkənin büdcəsinə milyardlarla xeyir gəlir. Otellər, restoranlar müxtəlif dini aksesuarlar satan şəxslərdir ki, bundan həddən artıq faydalanırlar".

Qeyd edək ki, azərbaycanlı zəvvarlar üçün son 5 ildə Həcc ziyarətinin qiymətlərini aşağıdakı kimidir:

2025: 10 min 115 manat
2024: 9 min 945 manat
2023: 9 min 775 manat
2022: 9 min 95 manat
2021: 7 min 633 manat

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Yanvar 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri