Icma.az
close
up
RU
Onlar U 19 və U 21 yığmalarına rəhbərlik etməyə hazırdırlar SORĞU

Onlar U 19 və U 21 yığmalarına rəhbərlik etməyə hazırdırlar SORĞU

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın aşağı yaş qruplarından ibarət futbol yığmalarından yalnız U-17-nin baş məşqçisi məlumdur. Bu komandanı İlham Yadullayev çalışdırır. U-19 və U-21 millilərinin baş məşqçi postu isə boşdur. Bu məsələnin AFFA İcraiyyə Komitəsinin qarşıdakı iclaslarında həllini tapacağı gözlənilir.

İdman.biz xəbər verir ki, "Report" bununla bağlı Azərbaycanın tanınmış mütəxəssislərinə müraciət edib. Onlar sorğumuza cavab olaraq AFFA-dan dəvət gələcəyi təqdirdə U-19 və U-21 yığmalarına rəhbərlik etməyə hazır olduqlarını bildiriblər.

Mahmud Qurbanov: “Əlbəttə, təklif gəlsə, qiymətləndirmək olar. Yığmada çalışmaq təcrübəm var. Həmçinin 4 il “Neftçi”nin əvəzedicilərində, gənclərlə işləmişəm. Belə bir təklif olsa, əlbəttə, razılaşaram”.

Adil Şükürov: “Millilərdə çalışmaq məsuliyyətli işdir. Xüsusən də indiki dönəmdə bu məsuliyyət ikiqat artır. Limitin ləğv olunmasından sonra gənc futbolçulara şans verilməsi məsələləri bir qədər çətinləşib. Əsasən də 21 yaşa qədər olanlara oyun praktikası qazandırılması, U-19-dan uşaqların cəlb olunması və sair - hamısı çox geniş müzakirə mövzusudur. Təklif olsa, bu məsuliyyətli yükün altına girə bilərəm. Görə biləcəyim işdir. Əvvəllər millilərdə çalışmışam və işlərin necə aparılmalı olduğunu bilirəm”.

Arif Əsədov: “U-19-da iki dəfə çalışmışam. Bu, 1988-1989 təvəllüdlü futbolçuların dönəminə təsadüf edib. Həmin nəsildən Cavid Hüseynov, Elvin Məmmədov, Rahid Əmirquliyev kimi futbolçular çıxdı. Daha sonra 1995 təvəllüdlü futbolçularla işlədim. Bu yığmadan da Namik Ələskərov, Coşqun Diniyev, Elvin Camalov kimi oyunçular üzə çıxdı. Hansı ki, Azərbaycan futbolunda sözlərini dedilər. Bundan əlavə, U-19-da nəticə də vermişəm. Ermənistana qalib gəlməklə ilk dəfə mərhələ adlayıb, elit raunda vəsiqə qazanmışdıq. Bu baxımdan geriyə qayıtmaq, yəni U-19-da çalışmaq istəməzdim. Amma U-21 maraqlıdır, bu yığmada işləməklə bağlı düşünmək olar. Çünki əsas milliyə yaxındır və futbolçular yetişdirmək mümkündür. Həm də son illərdə uğurlu nəticələr olmayıb. Lakin konkret təklif olmadığı üçün nəsə deyə bilmirəm”.

Aftandil Hacıyev: "Bu barədə nəsə deməyim düzgün deyil. Çünki hələ təklif olmayıb. Hazırda çalışdığım yerdən narazı deyiləm. İndi durum elədir ki, hər yerdə yaradılan şəraitə baxmaq lazımdır. Millidə çalışmaq hər kəs üçün şərəfdir".

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Fevral 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri